Kateqoriya arxivləri: Araşdırma

Markesin öz əli ilə yazdığı siyahı: Oxunmalı 15 kitab

Loading

BBC-dən  Ernando Alvarez ədəbiyyat üzrə Nobel mükafatçısı Qabriel Qarsiya Markesin ölümünün 10-cu ilində kolumbiyalı yazıçı ilə nahar etdiyi günü xatırlayır və yazıçının öz qələmi ilə qeyd etdiyi oxunması vacib olan klassiklərin siyahısını təqdim edir. Oxumağa davam et Markesin öz əli ilə yazdığı siyahı: Oxunmalı 15 kitab

Pop art nədir, niyə qadağan olunub?

Loading

“Partizan” “Pop art” estetik cərəyanı haqda esse təqdim edir.

Bəs “Pop Art”?

1960-cı il… Bəşəriyyət tarixinin yeni mərhələsi üfüqlərdən boy verir. İnsanlar artıq dünya torpaqları ilə birgə ayın gümüşü torpaqlarında addımlamaqda iddialıdırlar. Bir zaman sonra əlçatmaz xəyal gerçəkləşir və dünya vətəndaşları nəhayətsiz kosmik fəzanın fonunda ay torpaqlarına ayaq basıb heykəl kimi donmuş ilk insanı görür. Oxumağa davam et Pop art nədir, niyə qadağan olunub?

Heydər Əliyevlə KQB-də rastlaşan yazıçının heç yerdə danışmadığı:”Məni güllələyəcəkdilər!”- İlk dəfə

Loading

Mövlud Süleymanlının altmış il əvvəlki ölümü
Xalq yazıçısı Mövlud Süleymanlı vəfat etdi. Sağ olsaydı, bu cümləyə görə məni xeyli tənqid edərdi. Deyərdi, vəfat nədi? Ərəb-fars sözlərindan uzaq durun. Su kimi, dup-duru sözlərimiz var.
Yaxşı, ustad, onda belə deyək: Mövlud “Şeytan”sız dünyaya “Köç” etdi.

Xalq yazıçısı kimi Bakının göbəyində basdırılacaqdı, ancaq onun üçün göbək bəzən ürəkdən də önəmli olduğu üçün, göbəyinin kəsildiyi yeri düşündü. Ancaq o yerlərdə – Qərbi Azərbaycanda, Qızıl Şəfəqdə hazırda şəfəqlər qızılı olmadığı üçün göbəyini kəsən adamın yanını seçdi: Şamaxı, anasının məzarının yanı…
Ürək-göbək demişkən, bu yazımın böyük hissəsini ustadın 60 il əvvəl “ürək-göbəyini” yediyi günə həsr edəcəm.

Tanıdığımız hər insan eynimizdə nəyləsə asossasiya olunur. Ən azından üzüylə. Mövlud Süleymanlı deyəndə ağlıma həmişə “istəkli” sözü gəlib. Çünki o, yaratdığı bulaq kimi təmiz “Bulaq” radio-verilişində aparıcılar yad kökənli “əziz” sözünü istifadə etməsin deyə günlərlə fikirləşib və istəkli sözünü tapıb. Xatırlayırsınızsa, “Bulaq” verilişinin ən sevimli sözlərindən biri də məhz “istəkli” idi.

Gələk İstəkli Mövlud Süleymanlının başına gəlib ürəyində saxladığı həmin xatirəyə.
XX əsrin ortalarında Bakıda SSRİ-yə qarşı yaradılmış gizli təşkilatdan çoxunuzun xəbəri var. Mövlud Süleymanlının həmin təşkilatda başına gələn bir əhvalatdan isə məncə çoxunuzun xəbəri yoxdur.

O deyir:

“60-cı illərdə gəncliyin verdiyi emosiya və cəsarətlə SSRİ-yə qarşı təşkilatlanmışdıq. Elə biliridik ki, alçaq təpələri biz yaratmışıq. Düzdür, işimizi məxfi görürdük. Günlərin birində nişanlımla görüşə gedirdim. Anidən hiss etdim ki, kimsə məni götürdü, gözümü açanda gördüm ki, bir zirzəmidə nəhəng sarışın oğlan elə gözlərimin açılmağını gözləyir. Ona baxan kimi kəlmə də kəsmədən başladı məni əzişdirməyə. Həyatımda elə döyülməmişdim. Döyülməyimin səbəbini demirdi. Təxminən bilirdim, anacaq özümü bilməzdiyə vurub soruşurdum. Danışmırdı. Sonra dedim ki, birini də vursan, öləcəm. Bəsdi.
Başa düşmüşdüm ki, buradan sağ çıxmağım mümkün deyil. Elə içəridəcə güllələnəcəm. Ölümümə əmin olduğum anda yuxu kimi bir hadisə baş verdi.

Ölüm hökmümün veriləcəyini düşündüyüm bir kabinetə girdim.
Kabinet uzun idi. Otağın o biri başında masa arxasında bir adam oturmuşdu. Masasındakı işıq üzünə düşürdü. Diqqətlə baxdım. Gözləri mavi idi. Başa düşdüm ki, o, həmin adamdır. Haqqında əfsanələr eşidib üzünü görmədiyimiz Heydər Əliyev.
Mənə tərəf baxmırdı. Vərəqləri oxuyurdu. Elə mənə baxmadan da dedi:

– Alma yeyirsən?

Bu sözləri eşidəndən sonra, yaşamağa azca ümidim yarandı, dizlərim əsməyə başladı.

– Çox sağ olun.

– Bəlkə çay istəyirsən?

Yenə təşəkkür etdim.

Sonra məni yaxına çağırıb üzümə baxdı. Dedi, Sovet Sosialist Respublikaları İttifaqını yıxmaq istəyirsiz? Qorxudan heçnə deyə bilmədim. Hiss etdi ki, üzümdə ölüm qorxusu var. Bir az da susub böyük qardaş qayğısıyla dedi:

“Cavan oğlansan. Özün də istedadlı, bacarıqlı gəncsən. Sənin indi oxuyan, savadını artıran yaşındı. Sən ölkəmizə lazımlı adam ola bilərsən. Bu ölkə sizin yıxa biləcəyiniz bir quruluş deyil. Burdan çıx, düz evə get. Bir də bu barədə düşünmə”.

Təşəkkür eləməyə belə cürətim çatmadı. Çıxdım.

Nişanlıma görüş verdiyim ünvana getdim. Gördüm hələ də məni gözləyir. Onu Bülbülədəki evlərinə ötürüb “elektriçka”ya oturum. Oturan kimi düz yanımda bayaq məni əzişdirəm həmin yekəpər oğlanı gördüm.

Dedim, qurban olum, nişanlımı yola salırdım, evə gedirəm. Üzümə də baxmadı, elə bil onunla deyildim. Növbəti dayanacaqda düşüb getdi.

2003-cü ilə qədər bu barədə heç kəsə danışmadım. Sonra bunu yazmaq istəyimlə bağlı prezident Heydər Əliyevə müraciət etdim. Müavinlərindən biri ilə danışmışdım. Heydər Əliyev yazmağıma razılıq vermişdi.

Mövlud Süleymanlı bu xatirəsini bizə 2020-ci ilin 31 oktyabrında danışmışdı. İkinci Qarabağ müharibəsinin tam gücü ilə davam etdiyi günlərin birində. Ona görə danışmışdı ki, Azərbaycana, dövlətə çox inanırdı. Azərbaycanın təməlindən bu günə “Köç” romanı təhkiyyəsində danışıb post-müharibə dönəminə qədər gəlmişdi.

Mən isə bu xatirəni həm ona görə yazdım ki, elektron mətbuatda da olsun, həm də ona görə yazdım ki, Mövlud da elə Azərbaycan kimi adam idi. Bir hissəsi Qərbi Azərbaycanın Loru mahalında, bir hissəsi Şərqdə, Xəzər dənizində… Ömrü keşməkeşlərdə arınıb, astanalarda durulub.

“Dəyirman”da üyüdüldü, “Yel Əhmədin bəyliyi”ni gördü, “Köç”dü.
Mövlud Süleymanlı öz ədəbi yolunu öz sözləriylə hördü. Sadəcə bu təriqin yol yox, cığır olmasını istədi. Ədəbiyyat dağının yamacına naxış salan qüdsi cığır.

O qədər qüdsi ki, haqqındakı nekroloqu da tamamlamaq üçün də öz sözü, öz şeiri lazım olur.

Qanadın yorulmasın, məndən sonra uçan quş.
Sağlığa uçasan səni.

Məndən sonra gələn qış, soyuğun sünbülə dönsün.
Gül kimi açasan səni.

Məndən sonra axan su, ruhumdan keç.
Beləcə bütöv, sağlam, duru – Aranımdan, dağımdan keç.
Məndən sonra gedən yol, mən sənə vardım getdim, başa varasan.
Məndən sonra gələn söz, səni aradım getdim, həmişə uca durasan.

Aramızda yalan olmadı.
Biri üzündən aldı, biri tozundan aldı, özündən alan olmadı.
Məndən sonra gələnlər, sağlıqla yaşayın.
Amma bilin ki, doğulan kimi vaxtın oğlu olur adam,
gedəndə də, elə-belə getmir, gedəndə də qalır adam.

Bizimləsən, ustad. Getdiyin yerdə mövludun mübarək. Qaldığın yerdən başla…

Sərdar Amin

 

Atasını, anasını, arvadını çəkərək Kann festivalını qazanan rejissor – Ceylandan minimalist film dərsi

Loading

“Partizan” Almaz Cilalının “Kiçik büdcə – böyük film” essesini təqdim edir.

Kino yarandığı gündən ən böyük büdcə tələb edən sənət sahəsi olaraq tanınıb. Həm kollektiv istəyən sənət olması, həm də hərəkətlilik, kütləvilik sərgiləməsi hər gün bu sahənin biznes əsasını bir az da artırır, sözügedən sənətin başında fantastik məbləğlər dolaşır. Təbii ki, filmlərə milyonlarla pul xərcləməyin səbəbi qazancdır. Prodüserlər, şirkətlər adətən filmə qoyduqları pulun bir neçə qatını əldə edir, nəticədə kino dünyanın ən gəlirli sənət sahəsinə çevrilir.

Lakin XX əsrin ortlarından başlayaraq minimalizmin bir estetik cərəyan olaraq sözünü deməsi, bütün sahələrə olduğu kimi kinoya da mühüm təsir göstərdi. Bu gün artıq minimalist filmlər dünya kinosunun səmimi simasına çevrilərək sadiq izləyiciləri ilə baş-başadır.

Minimalizm kino janrı deyil, minimalizm kinonun bir siması formasıdır, hansı ki bu forma üzərindən bütün janrlarda film çəkmək mümkündür. Lakin əsas məqsədi kommersiya oln müəlliflər, təbii ki, bu sahədə qol-qanad aça bilmirlər.

Adından göründüyü kimi, minimalizm bir estetik cərəyan olaraq sadəlikdə gizlənmiş möhtəşimlikləri aşkarlamaqdan ötrü bərqərardır. Minimalizmi ilə bağlı gəlinən yanlış qənaətlərdən biri bu sahənin kasadlıqdan, çarəsizlikdən atılmış addımlar toplusu olması ilə bağlıdır. Əslində isə minimalizm ifrat dəbdəbəyə qarşı baş qaldırmış olduqca sanballı bir cərəyandır. Minimalizmin siması adilik yox, sadəlikdir. Minimalist müəlliflər illərdir dünya tamaşaçısına sübut etməkdədir ki, ifrat dəbdəbə olmadan da yüksək sənət nümunələri yaratmaq mümkündür.

Minimalist film təkcə büdcəsi ilə ölçülmür. Düzdür, bu filmlərin bir qayda olaraq büdcələri aşağı olur, ancaq hər büdcəsi aşağı olan film minimalist sayılmır. Çünki elə bir film ortamı yarana bilər ki, prodüser, rejissor fərdi əlaqələri, heyətin fədakarlığı sayəsində aşağı büdcəli film çəkər, lakin filmin səhnələri əslində tutumlu, bol materiallı, kütləvi ola bilər. Bu o deməkdir ki, film minimalist yox, sadəcə fərdi bacarıqla hasil edilmiş aşağı büdcəli məhsuldur.

Minimalist film müəllifinin yoxdan var etmək bacarığı güclü olmalıdır. Dar sərhədlər, aşağı büdcə, az insan, bər-bəzəkdən xali səhnələr, sadəlik içində vacib mətləblərə toxunmaq, yaxud müəllifin xüsusi bacarığı nəticəsində sırf səhnənin atmosferini xüsusi həssaslıqla ötürmə minimalist filmlərin ümdə göstəriciləridir.

Minimalist rejissorların əlindən tutan ilk amil təbii dekorasiya, mövcud infrasturukturdur. Təbiətdə var olan əsrarəngiz guşələrin gözaltı edilməsi, onların lazımi məqamlarda filmə daşınması, gərəkli infrasturukturu tikdirmək əvəzinə artıq haradasa mövcud binanı, küçəni, qələbəliyi obyektivə cəlb etmək minimalsit film müəlliflərinə vacib olan sənət xüsusiyyətlərindəndir.

Rejissorların, prodüserlərin büdcəsini azaldan amillərdən biri bahalı aktyor-aktrisalardır. Minimalistlər adətən məşhur oyunçulardan qaçır, az tanınan, fədakar, potensialını ifadə etmək istəyən, kölgədə qalan istedadlı aktyor-aktrisalardan istifadə edir. Sırf bu səbəbdən minimalist rejissorlar dünyaya ən çox aktyor-aktrisa qazandıran müəlliflərdəndir.

Kinoda minimalizm adətən müəllif filmlərində diqqət çəkir. Bunun bir neçə səbəbi var:

  1. Müəllif filmlərində adətən orijinal, sınaqdan çıxmamış mövzulara müraciət olunduğundan prodüserlər, şirkətlər bu filmlərə ciddi pul xərcləməyi risk sayır, nəticədə rejissor fərdi prodüsserliyi və fərdi büdcəsi ilə həmin filmi çəkmək barədə düşünür. Nəticədə kütləvi səhnələrdən qaçmaq zorunda qalır.
  2. Müəllif filmləri adətən kommersiya məqsədli olmur. Bu tip filmlər kütləvi zövqə hesablanmadığından kütləvi səhnələrdən iraq qalır.

Minimalist film müəlliflərinə cəsarət, dəstək və yol göstərən kino təriqətlərindən biri “Doq ma-95”dir. Məhz bu hərəkatdan sonra sinəsində kino nəğməsi, film sevgisi olan, lakin avadanlıq çatışmazlığı, büdcə yoxluğu səbəbilə filmini və istedadını üzə çıxara bilməyən yüzlərlə şəxs kinoya gəldi.

Bu gün Azərbaycan üçün də çox keçərli olan bu hərəkatın əsasını məşhur danimarkalı rejissor Lars Von Trier soydaşı və həmkarı Tomas Vinterberqlə birgə qoyub. Trier “Krallıq” filmi üzərində çalışarkən ağlına belə bir ideya gəlir:

“Pulla, xüsusi bahalı avadanlıqlarla yaradılan kino əsl sənət deyil. Rejissor gördüyünü və düşündüyünü çəkməli və bunun üçün bahalı avadanlıqlardan, kompüter qrafikasından istifadə etməli deyil”.

Əslində “Doqma-95” ideyası kinoda “yeni dalğa”nın banilərindən olan fransız rejissor Fransua Trüffonun 1954-cü ildə “Cahiers du cinema” jurnalında dərc olunan bir yazısından doğub.

“Doqma-95”in 10 əsas qaydası var və onların arasında diqqət çəkən müddəalar bunlardır:

“Film kameranın deyil, kamera filmin yanında olmalı, kamera əldə daşınan olmalı, hərəkətli kadrlar zamanı kamera xüsusi relslər, bahalı avadanlıqlar üzərində deyil, əldə, çiyində hərəkət etməli, xüsusi montaj effektləri qadağndır, səs görüntüdən kənarda yazıla bilməz və s.”.

“Doqma-95” əsas ideyası bu idi: film çəkmək istəyirsən? Götür kameranı, çək, bunun üçün sənə xüsusi dəm-dəstgah lazım deyil.

Minimalist kinonun komponentləri “Doqma-95” hərəkatının tələbləri ilə birə-bir uyuşmasa da, əslində bu iki ideya eyni məqama xidmət edir və “Doqma-95” ideyası minimalist filmlərə ən böyük təkan vermiş sənət hərəkatlarındandır.

Minimalist filmlərdə əsas sözü məşhur adlar, dəbdəbə püskürən görüntülər deyil, ideya, situasiya, atmosfer deyir. Məşhur aktyor-aktrisa heyətinə müraciət etmədən kinoda şedevr yaratmağın mümkünlüyünü dünyaya bir daha sübut edən rejissorlardan biri qonşu Türkiyəyə 32 il sonra yenidən “Qızıl palma budağı” (Kann Film Festivalının ali mükafatı) qazandıran Nuri Bilge Ceylandır.

Nuri Bilgə kinoya atasını, anasını, qohumlarını çəkərək gəlib və ilk 3 filminin – “Qoza” (1995), “Qəsəbə” (1997), “May sıxıntısı” (1999) filmlərinin baş qəhrəmanları məhz öz ata-anasıdır. Bunun ardınca çəkdiyi “Uzaq” (2002), “İqlimlər” (2007) filmlərində də yenə baş rollarda bacısı oğlu Mehmet Emin Toprak, həyat yoldaşı Ebru Ceylan və özünü çəkib.

Ən maraqlı məqam budur ki, demək olar ki, heç biri peşəkar aktyor-aktrisa olmayan, əksərinin ilk dəfə çəkildiyi bu heyətlə Ceylan başda Kann olmaqla dünyanın nüfuzlu festivallarında 10-larla mükafat qazanıb.

Bu gün dünya ilə kino dilində danışmağı hələki bacarmamış ölkələrdən olan Azərbaycanda minimalist filmin inkişafı, müəlliflərin bu cərəyana daha çox müraciəti kinomuzun xilası kimi görünür. Sənətin inkişafına ciddi dəstək göstərə biləcək özəl sektorun bu sahəyə hələki ayaq açmaması müəllifləri minimalist filmlər barədə düşündürə bilər.

Dünyanın ən yaxşı 50 filmi – Siyahı

Loading

“Partizan” dünya kinosunun şedevrlərini təqdim edir. Ən yaxşı 50 filmlik siyahını Partizan.az üçün kinoşünas Sevda Sultanova hazırlayıb.

Təqdim etdiyimiz siyahıya dünya kinematoqrafiyasında yeni kinodili yaradan, fərqli dramaturji yanaşma, rakurs, rəng həlli gətirən, montaj eksperimentləri edən, bir sözlə, kino sənətinin imkanlarını kəşf edən rejissorların filmləri salınıb. Siyahıda yalnız 50 film nəzərdə tutduğumuzdan, digər dahiyanə ekran əsərləri burda yer almayıb.

1. Mikelancelo Antonioni – “Fotoböyutmə” (Blowup, 1966)

Blow-Up - Rotten Tomatoes

2. Rober Bresson – “Həyat belədir, Baltazar” (Au Hasard Balthazar, 1966)

Balthazar (1966) - IMDb

3. Andrey Tarkovski – “Güzgü” (Mirror, 1975)

Fayl:Güzgü (film, 1974).jpg — Vikipediya

4. Lars fon Trier – “Dalğaları yararkən” (Breaking the Waves, 1996)

Breaking the Waves (1996)

5. Luis Bunuel – “Viridiana” (Viridiana, 1961)

Viridiana (1961) - IMDb

6. Vittorio De Sika – “Şuşa” (Shoeshine, 1946)

Shoeshine (1946) - IMDb

7. Jan Lyuk Qodar – “Son nəfəsdə” (Breathless, 1960)

Breathless (1960) - IMDb

8. Pol Tomas Anderson – “Maqnoliya” (Magnolia, 1999)

Magnolia (1999) - IMDb

9. Fritç Lang – “Metropolis” (Metropolis, 1927)

Metropolis (1927) - IMDb

10. Jan Renuar – “Böyük illüziya” (La Grande Illusion, 1937)

The Grand Illusion (1937) - IMDb

11. Karl Dreyer – “Janna Darkın iztirabları” (The Passion of Joan of Arc, 1928)

The Passion of Joan of Arc - Wikipedia

12. Rayner Veyner Fassbinder – “Əli: Qorxu ruhu gəmirir” (Ali: Fear Eats the Soul, 1974)

Ali: Fear Eats the Soul (1974) - IMDb

13. Federiko Fellini – “Şirin həyat” (La Dolce Vita, 1960)

Tatlı Hayat (film, 1960) - Vikipedi

14. Alfer Hiçkok – “Arxa pəncərə” (Rear Window, 1954)

Rear Window - Wikipedia

15. Stenli Kubrik – “Qətl” (The Killing, 1956)

The Killing (1956) - IMDb

16. İnqmar Berqman – “Pıçıltılar və çığırtılar” (Cries and Whispers, 1972)

Cries and Whispers (1972) | The Criterion Collection

17. Bernardo Bertoluççi – “Konformist” (The Conformist, 1970 )

The Conformist (1970) - IMDb

18. Hovard Houks – “Çapıqlı üz” (Scarface, 1932)

Scarface (1932 film) - Wikipedia

19. Abbas Kiarostami – “On” (Ten, 2002)

Ten (2002) - IMDb

20. Ulrix Zaydl – “Cənnət: Sevgi” (Paradise: Love, 2012)

Paradise: Love (2012) - IMDb

21. Akira Kurosava – “Yeddi samuray” (Seven Samurai, 1954)

Seven Samurai (1954) - IMDb

22. Roberto Rosselini – “Almaniya, sıfır ili” (Germany, Year Zero, 1948)

Germany Year Zero (1948) - IMDb

23. Klod Şabrol – “Mərasim” (La Cérémonie, 1995)

La Cérémonie (1995) - IMDb

24. Sidni Lümet – “Qəzəblənmiş on iki kişi” (12 Angry Men,1957)

12 Angry Men (1957) - IMDb

25. Fridrix Murnau – “Faust” (Faust,1926)

Faust (1926 film) - Wikipedia

26. Kendzi Midzoquti – “Yağışdan sonrakı ayın nağılı” (Ugetsu,1953)

Ugetsu (1953) | The Criterion Collection

27. Mixael Haneke – “Gizlilik” (Caché, 2005)

Caché (2005) - IMDb

28. Sergey Eyzenşteyn – “Potyomkin zirehli gəmisi” (Battleship Potemkin, 1925)

Battleship Potemkin - Wikipedia

29. Dziqa Vertov – “Kinogöz” (Kino-Eye, 1924)

Kino Eye (1924) - IMDb

30. Pedro Almodovar – “Onunla danış” (Talk to Her, 2002)

Talk to Her (2002) - IMDb

31. Frensis Ford Koppola – “Söhbət” (The Conversation, 1974)

The Conversation (1974) - IMDb

32. Con Kassavetis – “Təsir altındakı qadın” (A Woman Under theInfluence,1974)

A Woman Under the Influence - Wikipedia

33. Jan Viqo – ”Atalanta” (L’Atalante,1934)

L'Atalante (1934) - IMDb

34. Kim Ki Duk – “Yaz, yay, payız, qış…və yenə də yaz” (Spring, Summer, Fall, Winter… and Spring, 2003)

Spring, Summer, Fall, Winter... and Spring (2003) - IMDb

35. Emir Kusturitsa – “Anderqraund” (Underground, 1995 film)

Underground - BAŞKA SİNEMA

36. Lukino Viskonti – “Tanrıların ölümü” (The Damned, 1969 film)

The Damned (1969) | The Criterion Collection

37. Kventin Tarantino – “Kriminal qiraət” (Pulp Fiction, 1994)

Pulp Fiction - Rotten Tomatoes

38. Lyudmila Şepitko – “Yüksəliş” (The Ascent, 1977)

The Ascent (1977) | The Criterion Collection

39. Orson Uells – “Şanxaylı ledi” (The Lady from Shanghai,1947)

The Lady from Shanghai - Wikipedia

40. Robert Oltmen – “Qısa hekayələr” (Short Cuts, 1993)

Short Cuts (1993) | The Criterion Collection

41. Vim Venders – “Berlin səması” (Wings of Desire, 1987)

Wings of Desire (1987) | The Criterion Collection

42. Paolo Pazolini – “Akkatone” (Accattone, 1961)

Accattone (1961) - IMDb

43. Vudi Allen – “Qahirənin al qızılgülü” (The Purple Rose of Cairo, 1985)

The Purple Rose of Cairo (1985) - IMDb

44. Martin Makdonax – “Bruggedə” (In Bruges, 2008)

In Bruges (2008) - IMDb

45. Yasudziro Odzu – “Tokio əhvalatı” (Tokyo Story, 1953)

Tokyo Story - Wikipedia

46. Coel və İtan Koen qardaşları – “Farqo” (Fargo,1996)

Fargo - Rotten Tomatoes

47. Alen Rene – “Keçən il Marienbadedə” (Last Year at Marienbad, 1961)

Last Year at Marienbad (1961) - IMDb

48. Billi Uyalder – “Sanset bulvarı” (Sunset Boulevard, 1950)

Sunset Blvd. (1950) - IMDb

49. Martin Skorseze – “Taksi sürücüsü” (Taxi Driver,1976)

Taxi Driver (1976) - IMDb

50. Hirosi Tesiqahara – “Qumluqdakı qadın” (Woman in the Dunes, 1964)

Woman in the Dunes - Rotten Tomatoes

Xosrovun çimən Şirini görməsi – Şəbdizin incə ağzından şəlalə kimi axan sirr

Loading

Bir miniatürün danışdıqları…

Miniatür əsərlər daşıdığı sirlə daim estetləri riqqətə gətirən sənət növüdür. Diletantlara perspektivsiz, uzaqlığı olmayan, müstəvi üzərində təsvir edilmiş bu görüntülər çox bəsit təsir bağışlaya bilər. Lakin miniatür məktəbinin mütəvazi qanunlarını, müəlliflərin xəlvətilik ehtirasını, rəsmi küfr hesab edən təriqətlərin arqumentlərini duyan şəxslər bu əsərlərə ayrı estetik plastda nəzər salır. Oxumağa davam et Xosrovun çimən Şirini görməsi – Şəbdizin incə ağzından şəlalə kimi axan sirr

Poeziyanın son dayanacağı – Vizual şeir nədir?

Loading

Qədim Yunanıstanın isti torpaqlarında dolaşıb günəşin altında heç bir şeyin yeni olmadığını anlayan Ellada şairlərilə inanc sistemi dünya müharibələrinin ümidsizliyinə gömülmüş iyirminci əsr şairlərini mütləq şəkildə eyni fikir narahat edirdi. Tamamilə yeni poeziya yaratmağın mümkünsüzlüyü! Oxumağa davam et Poeziyanın son dayanacağı – Vizual şeir nədir?