Dünya şöhrətli türkiyəli rejissor Nuri Bilgə Ceylan daha bir filminin çəkiliş meydanında baş verən maraqlı məqamları sosial şəbəkədə yayıb. Oxumağa davam et Nuri Bilge Ceylan daha bir filminin kadrarxasını yaydı – Video
Dünya şöhrətli türkiyəli rejissor Nuri Bilgə Ceylan daha bir filminin çəkiliş meydanında baş verən maraqlı məqamları sosial şəbəkədə yayıb. Oxumağa davam et Nuri Bilge Ceylan daha bir filminin kadrarxasını yaydı – Video
Məşhur psixoterapevt Əli Nağıyev canlı efirdə çətin anlar yaşayıb. Oxumağa davam et Canlı efirə qəfil zəng! Məşhur azərbaycanlı həkimin ikinci arvadının olduğunu dedilər – Video
Mövlud Süleymanlının altmış il əvvəlki ölümü
Xalq yazıçısı Mövlud Süleymanlı vəfat etdi. Sağ olsaydı, bu cümləyə görə məni xeyli tənqid edərdi. Deyərdi, vəfat nədi? Ərəb-fars sözlərindan uzaq durun. Su kimi, dup-duru sözlərimiz var.
Yaxşı, ustad, onda belə deyək: Mövlud “Şeytan”sız dünyaya “Köç” etdi.
Xalq yazıçısı kimi Bakının göbəyində basdırılacaqdı, ancaq onun üçün göbək bəzən ürəkdən də önəmli olduğu üçün, göbəyinin kəsildiyi yeri düşündü. Ancaq o yerlərdə – Qərbi Azərbaycanda, Qızıl Şəfəqdə hazırda şəfəqlər qızılı olmadığı üçün göbəyini kəsən adamın yanını seçdi: Şamaxı, anasının məzarının yanı…
Ürək-göbək demişkən, bu yazımın böyük hissəsini ustadın 60 il əvvəl “ürək-göbəyini” yediyi günə həsr edəcəm.
Tanıdığımız hər insan eynimizdə nəyləsə asossasiya olunur. Ən azından üzüylə. Mövlud Süleymanlı deyəndə ağlıma həmişə “istəkli” sözü gəlib. Çünki o, yaratdığı bulaq kimi təmiz “Bulaq” radio-verilişində aparıcılar yad kökənli “əziz” sözünü istifadə etməsin deyə günlərlə fikirləşib və istəkli sözünü tapıb. Xatırlayırsınızsa, “Bulaq” verilişinin ən sevimli sözlərindən biri də məhz “istəkli” idi.
Gələk İstəkli Mövlud Süleymanlının başına gəlib ürəyində saxladığı həmin xatirəyə.
XX əsrin ortalarında Bakıda SSRİ-yə qarşı yaradılmış gizli təşkilatdan çoxunuzun xəbəri var. Mövlud Süleymanlının həmin təşkilatda başına gələn bir əhvalatdan isə məncə çoxunuzun xəbəri yoxdur.
O deyir:
“60-cı illərdə gəncliyin verdiyi emosiya və cəsarətlə SSRİ-yə qarşı təşkilatlanmışdıq. Elə biliridik ki, alçaq təpələri biz yaratmışıq. Düzdür, işimizi məxfi görürdük. Günlərin birində nişanlımla görüşə gedirdim. Anidən hiss etdim ki, kimsə məni götürdü, gözümü açanda gördüm ki, bir zirzəmidə nəhəng sarışın oğlan elə gözlərimin açılmağını gözləyir. Ona baxan kimi kəlmə də kəsmədən başladı məni əzişdirməyə. Həyatımda elə döyülməmişdim. Döyülməyimin səbəbini demirdi. Təxminən bilirdim, anacaq özümü bilməzdiyə vurub soruşurdum. Danışmırdı. Sonra dedim ki, birini də vursan, öləcəm. Bəsdi.
Başa düşmüşdüm ki, buradan sağ çıxmağım mümkün deyil. Elə içəridəcə güllələnəcəm. Ölümümə əmin olduğum anda yuxu kimi bir hadisə baş verdi.
Ölüm hökmümün veriləcəyini düşündüyüm bir kabinetə girdim.
Kabinet uzun idi. Otağın o biri başında masa arxasında bir adam oturmuşdu. Masasındakı işıq üzünə düşürdü. Diqqətlə baxdım. Gözləri mavi idi. Başa düşdüm ki, o, həmin adamdır. Haqqında əfsanələr eşidib üzünü görmədiyimiz Heydər Əliyev.
Mənə tərəf baxmırdı. Vərəqləri oxuyurdu. Elə mənə baxmadan da dedi:
– Alma yeyirsən?
Bu sözləri eşidəndən sonra, yaşamağa azca ümidim yarandı, dizlərim əsməyə başladı.
– Çox sağ olun.
– Bəlkə çay istəyirsən?
Yenə təşəkkür etdim.
Sonra məni yaxına çağırıb üzümə baxdı. Dedi, Sovet Sosialist Respublikaları İttifaqını yıxmaq istəyirsiz? Qorxudan heçnə deyə bilmədim. Hiss etdi ki, üzümdə ölüm qorxusu var. Bir az da susub böyük qardaş qayğısıyla dedi:
“Cavan oğlansan. Özün də istedadlı, bacarıqlı gəncsən. Sənin indi oxuyan, savadını artıran yaşındı. Sən ölkəmizə lazımlı adam ola bilərsən. Bu ölkə sizin yıxa biləcəyiniz bir quruluş deyil. Burdan çıx, düz evə get. Bir də bu barədə düşünmə”.
Təşəkkür eləməyə belə cürətim çatmadı. Çıxdım.
Nişanlıma görüş verdiyim ünvana getdim. Gördüm hələ də məni gözləyir. Onu Bülbülədəki evlərinə ötürüb “elektriçka”ya oturum. Oturan kimi düz yanımda bayaq məni əzişdirəm həmin yekəpər oğlanı gördüm.
Dedim, qurban olum, nişanlımı yola salırdım, evə gedirəm. Üzümə də baxmadı, elə bil onunla deyildim. Növbəti dayanacaqda düşüb getdi.
2003-cü ilə qədər bu barədə heç kəsə danışmadım. Sonra bunu yazmaq istəyimlə bağlı prezident Heydər Əliyevə müraciət etdim. Müavinlərindən biri ilə danışmışdım. Heydər Əliyev yazmağıma razılıq vermişdi.
Mövlud Süleymanlı bu xatirəsini bizə 2020-ci ilin 31 oktyabrında danışmışdı. İkinci Qarabağ müharibəsinin tam gücü ilə davam etdiyi günlərin birində. Ona görə danışmışdı ki, Azərbaycana, dövlətə çox inanırdı. Azərbaycanın təməlindən bu günə “Köç” romanı təhkiyyəsində danışıb post-müharibə dönəminə qədər gəlmişdi.
Mən isə bu xatirəni həm ona görə yazdım ki, elektron mətbuatda da olsun, həm də ona görə yazdım ki, Mövlud da elə Azərbaycan kimi adam idi. Bir hissəsi Qərbi Azərbaycanın Loru mahalında, bir hissəsi Şərqdə, Xəzər dənizində… Ömrü keşməkeşlərdə arınıb, astanalarda durulub.
“Dəyirman”da üyüdüldü, “Yel Əhmədin bəyliyi”ni gördü, “Köç”dü.
Mövlud Süleymanlı öz ədəbi yolunu öz sözləriylə hördü. Sadəcə bu təriqin yol yox, cığır olmasını istədi. Ədəbiyyat dağının yamacına naxış salan qüdsi cığır.
O qədər qüdsi ki, haqqındakı nekroloqu da tamamlamaq üçün də öz sözü, öz şeiri lazım olur.
Qanadın yorulmasın, məndən sonra uçan quş.
Sağlığa uçasan səni.
Məndən sonra gələn qış, soyuğun sünbülə dönsün.
Gül kimi açasan səni.
Məndən sonra axan su, ruhumdan keç.
Beləcə bütöv, sağlam, duru – Aranımdan, dağımdan keç.
Məndən sonra gedən yol, mən sənə vardım getdim, başa varasan.
Məndən sonra gələn söz, səni aradım getdim, həmişə uca durasan.
Aramızda yalan olmadı.
Biri üzündən aldı, biri tozundan aldı, özündən alan olmadı.
Məndən sonra gələnlər, sağlıqla yaşayın.
Amma bilin ki, doğulan kimi vaxtın oğlu olur adam,
gedəndə də, elə-belə getmir, gedəndə də qalır adam.
Bizimləsən, ustad. Getdiyin yerdə mövludun mübarək. Qaldığın yerdən başla…
Sərdar Amin
1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olan Rasim Balayev 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Oxumağa davam et Dəlixanada yatdı, erməni evində yaşadı, əmisi qızıyla evləndi – Rasim Balayevin gizlinləri…
31 yanvar Şərqdə ilk demokratik respublikanın banisi, azərbaycanlı siyasi-ictimai xadim, publisist Məhəmməd Əmin Rəzulzadənin Doğum günüdür.
“Partizan” onun ailə üzvləri haqqında dəhşətli faktları təqdim edir. Oxumağa davam et Rəsulzadə soyadı bitir – Sonuncu Rəsulzadə kimdir?
Azərbaycan kino tarixinin ən qüsursuz aktyorlarından birini anırıq. Onu sovet kinosunda yalnız SSRİ Xalq artisti Vçeslav Tixonovla müqayisə edirdilər… Bu adam kinomuzun Abasqulu bəyi, Qaraşı, Bəxtiyarı Həsən Məmmədovdur… Oxumağa davam et Leyla Şıxlinskaya ilə öpüşməkdən imtina etdi, rus aktrisa ilə öpüşdü – Video
1934-cü ildə Azərbaycan Şura yazıçılarının birinci qurultayı keçirilib. Oxumağa davam et Cəfər Cabbarlı da Hüseyn Cavidi baltalayanlardan olub – Gizlədilən fakt – Video
“Partizan” Azərbaycan kino tarixinin ən sanballı detektiv filmlərindən olan “Arxadan vurulan zərbə” haqqında nadir faktlar təqdim edirik. Oxumağa davam et Bıçaq Xalq artistinin başını üzəcəkmiş – Saçlarına sürtünüb… – Video
“Partizan” TV11-in “Bu adam” layihəsindən SSRİ Xalq artisti Nəcibə Məlikovanın həyatını təqdim edir. Oxumağa davam et Rejissor ona yataq təklifi etdi, əri atdı – “Ögey ana”nın şəxsi həyatı… – Video
O, iki dəfə ailə həyatı qurub. İlk evliliyi 1979-cu ildə 18 yaşında əslən Gəncədən olan gitara ifaçısı Eldar Abdullayevlə olur. 1981-ci ildə onların Ənvər, 6 ildən sonra isə ikinci oğlu Əkbər dünyaya gəlir. Oxumağa davam et Özündən 15 yaş kiçik oğlanla evlənən Nəsibə Abdullayeva – O, azərbaycanlıdır, yoxsa fars? –
Erməni fahişə roluna görə film efirdən kənarda qaldı. Aktrisanı, rejissoru öldürmək istədilər.
“Partizan” “Sahilsiz gecə”nin olmayan sahillərində baş verən bir neçə qaranlıq məqama aydınlıq gətirir.
Ətraflı videomaterialda…
“Partizan” TV11-ə istinadla açıq sevişmə səhnəsinin yer aldığı 5 Azərbaycan bədii filmini təqdim edir. Oxumağa davam et Açıq sevişmə səhnəsinin olduğu 5 Azərbaycan filmi – Həmin səhnələr – Video
“Partizan” TV11-in “Bu adam” verilişini təqdim edir.
Həsənağa Səttar oğlu Turabov 24 mart 1938-ci ildə Bakı şəhərində anadan olub.
1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti adına layiq görülür. 1987–2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.
Məktəb illərində Solmaz adlı qızı sevir, sonralar bu sevgi daha da güclənir. Lakin, Turabovun həm aktyor, həm də bakılı olması bu sevdaya mane olur. Qızın əslən şuşalı və Qasım bəy Zakirin nəticəsi olan anasının Turabov xoşuna gəlmir.
Aktyor haqqında nadir faktlar videomaterialda:
“Partizan” Bəxtiyar Vahabzadə haqqında nadir faktlardan ibarət “Bu adam” verilişini təqdim edir. Oxumağa davam et Bəxtiyar Vahabzadə bu səbəbdən şəkər olub: “Oğlunu İranda…” – Şok faktlar – Video
“Partizan” TV 11-in “Profilm” verilişini təqdim edir.
Çəkilişlərinə 1985-ci ildə başlanan “Bağ mövsümü” filmi yazıçı Elçinin “Dolça” povesti əsasında lentə alınıb. Ssenari müəllifi Elçin, rejissoru Tofiq Tağızadədir. Oxumağa davam et Rejissorumuz qızına görə filmə yataq səhnəsi salıb – Ata qız qalmaqalı… “Çılpaq yatırsız? – Video