“Partizan” Vüsal Aydının yeni essesini təqdim edir. Tənqidi mətn Rasim Qaracanın “Zülmətdə alatoran” romanı haqdadır. Oxumağa davam et Zəhlətökən kitab – Rasim Qaracanın romanı sərt tənqid edildi
“Partizan” Vüsal Aydının yeni essesini təqdim edir. Tənqidi mətn Rasim Qaracanın “Zülmətdə alatoran” romanı haqdadır. Oxumağa davam et Zəhlətökən kitab – Rasim Qaracanın romanı sərt tənqid edildi
“Cavad xan” filmi tənqid olunub.
“Partizan” xəbər verir ki, TV11-in “Profilm” verilişində sözügedən film analiz olunub.
Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanının motivləri əsasında, Rövşən Almuradlının rejissorluğu ilə çəkilib.
2009-cu ildə ekranlara çıxan film tamaşaçılar tərəfindən birmənalı qəbul edilməyib..
Analizi rəqdim edirik:
“Partizan” Azərbaycan oxucusunun yaxından tanımasa da, “Gecəyarı qapıları döyməyin” şeirini əzbər bildiyi Zülfüqar Rüfətoğlunun şeirlərini təqdim edir. Oxumağa davam et “Gecəyarı qapıları döyməyin” şeirinin müəllifindən… – Şeirlər
“Partizan” Əli Zərbəlinin “Ürəkbulanma” hekayəsini təqdim edir. Oxumağa davam et Ürəkbulanma – Əli Zərbəlinin yeni hekayəsi
“Partizan” məşhur Serb yazıçı Milorad Paviç “Ot haqqında rəvayət” hekayəsini təqdim edir. Oxumağa davam et Xəlifəyə xəyanət edən həyat yoldaşı – Moloheya…
“Partizan” “Kitabdan” rubrikasını təqdim edir.
Rubrikada müxtəlif müəlliflərin araşdırma kitablarında yer alan maraqlı faktlar, məqalələr oxucularımızın diqqətinə çatdırılacaq.
Rubrikamızın növbəti sayında Nobel mükafatlı yazıçı Herman Hessenin “Knulp” romanından “Knulpun dostunun evində xəstə yatdığı səhnə”ni təqdim edirik. Oxumağa davam et Ərinin dostuna vurulan gəlin
“Partizan” 1993-cü ildə təqdim olunan “Təhminə” filmi haqqında bir neçə maraqlı faktı diqqətinizə çatdırır.
– Film yazıçı “Anar”ın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında lentə alınıb.
– Romanın sonunda qoca Zaurun gözünə yenidən cavan Təhminə görünür. Hamı qocalıb, ancaq Təhminə illər əvvəlki kimi təravətli və həmin donda Zaurun qabağında addımlayır. Yaşlı Zaur nə qədər çalışsa da, ona çata bilmir. Sonda Təhminə bir binanın blokuna girir. Zaur özünü blokun girişinə salır və Təhminən neçənci mərtəbəyə qalxdığına baxır. Təhminə liftin 6-cı düyməsini basır və lift qalxır. Zaur liftə çatıb yenidən çağırır. Lift qayıtdıqda Zaur diqqət edir ki, bina beşmərtəbəldir, nə altıncı mərtəbə var, nə də liftin 6-cı düyməsi.
Bununla da Anar çoxlarının fahişə kimi baxdığı Təhminəni əksər insanlarda olmayan üstün pilləyə qaldırır. Yəni insan beşmərtəbilidrisə, Təhminə bunun altıncı mərtəbəsidir.
Filmdə isə qeyd olunan sonluq yoxdur. Bəlkə də buna görə filmin adı “Beşmərtəbəli evin altıncı mərtəbəsi” deyil.
– Filmdə Təhminə Azərbaycan televiziyası üçün sabahkı proqramı oxuyanda deyir: “Park” bədii filminə baxa bilərsiniz. “Park” filminin rejissoru Rasim Ocaqov, baş rolun ifaçısı isə Fəxrəddin Manafovdur.
– Filmin prodüseri həmin vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti-Neft və qaz emalı üzrə Baş İdarənin rəisi Rəsul Quliyev olub. Film ekranlara çıxanda, yəni 1993-cü ildə isə Rəsul Quliyev artıq Azərbaycan Respublikası Baş nazirinin müavini idi. Elə həmin ilin noyabrında isə o, Azərbaycan Respublikasının Ali sovetinin sədri təyin olunur.
– Filmin sponsoru Bakı Neftayırma Zavodudur. (“Azneftyağı”)
– Maliyyə problemlərinə görə filmin çəkilişləri bir müddət yubanıb.
– “Təhminə” rolunu Xalq artisti Amaliya Pənahova oynamaq istəyib. O, müsahibəsində bu məsələ barədə deyir:
“Filmdə mən çəkilmək istəyirdim, bu istək neçə ildir ki, mənim ürəyimdə qalıb. O zamanlar mənə sirr idi ki, niyə Rasim Ocaqov mənə heç təklif də etmədi? İstanbulda Beynəlxalq kino festivalında olanda, rəhmətlik Ocaqovla söhbət açıldı, o mənə gözəl sənətkar olduğumu dedi, mən də izin vermədim ürəyimdə qubar qalsın, dedim, mən gözəl sənətkar olsaydım, siz “Təhminə”yə çəkərdiniz. O da heyrətlə bir mənə, bir yoldaşıma baxdı və dedi:
“Filmdəki açıq səhnələrə görə rolu sənə təklif etməyə ürək etmədim, qorxdum birdən razılaşmazsan”.
Sizə dediyimi o zaman ona da demişdim ki, filmdə açıq heç bir şey görmədim və mən o sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim. Həm də o, səhnələrdə nə vardı axı? Onu elə başa salacaqdım, heç istəməyəcəkdi o səhnəni çəksin. Ona görə də bir neçə il öncə düşünmüşdüm ki, eyniadlı filmi özüm fərqli şəkildə çəkim və baş rolu da özüm ifa edim.
– Filmdə “Təhminə” rolunda oynayan türk aktrisa Meral Konratı azərbaycanlı aktrisa, Əməkdar artist Nəcibə Hüseynova səsləndirib.
– Meral müsahibələrindən birində qeyd edir ki, film təklifi zamanı o, Azərbaycana gəlmək istəmirmiş. Aktrisa Azərbaycanda oğurlanmaqdan qorxurmuş.
– Əvvəlcə Zaur roluna başqa aktyor çəkilir. Fəxrəddin Manafov isə Spartak rolunu canlandırır. Sonra isə Təhminə rolunun ifaçısı Meral Konrat filmdən imtina edərək İstanbula qayıdır. Aktyor dəyişdirildikdən sonra qayıdır.
– Filmin bəstəkarı Emin Sabitoğludur, amma ekran işində daha çox Şopenin 9-cu noktornundan da istifadə edilib.
– Filmdəki ad günü səhnəsində çəkilənlərdən biri də məhz məşhur bəstəkar Emin Sabitoğludur.
– Filmin nümayişindən sonra bir müddət hər kəs Fəxrəddin Manafov və Meral Konratın sevgili olduğunu düşünür. Buna səbəb isə sovet filminə öyrəşmiş tamaşaçının senzurasız bir filmlə üz-üzə qalması idi. Aktyor və aktrisanın açıq səhnələrdə səmimi oyunu Azərbaycan tamaşaçısını çaşdırmışdı.
– Meral Konrat “Təhminə” rolundan sonra bir çox filmlərdə – “Bahar sevgisi”, “Əlvida”, “Tale”, “Malikanə” kimi ekran işlərində obrazlar canlandırsa da, o karyerasının ən yaxşı və yaddaqalan obrazının “Təhminə” olduğunu deyir.
– Zaurun atası rolunu canlandıran Xalq artisti Həsən Məmmədov xahiş edir ki, filmdə Təhminə ilə bağlı işlətdiyi təhqiramiz sözü dəyişsin. Aktyor deyir ki, istəmirəm, tamaşaçı məndən söyüş eşitsin. Ancaq rejissor Rasim Ocaqov bununla razılaşmır və Həsən Məmmədov Zaur evi tərk edərkən onun arxasında deyir:
“Onda rədd ol! Rədd ol o q*hbənin yanına!”
– Filmə görə Bakıda ev tikilib.
– Əksər səhnələr Bakıda Pavilyonda çəkilib. Digər səhnələr isə Türkiyədə və Rusiyada.
– Fəxrəddin Manafov və Meral Konrat “Təhminə” filmindən təxminən 20 il sonra Zülfiyyə Xanbabayevanın klipinə çəkilib.
“Partizan” yazıçı Rəşad Səfərin “Yaradıcı insanların faciəsi və qələbəsi” adlı essesini təqdim edir. Oxumağa davam et “Yaradıcı insanların faciəsi və qələbəsi” – Rəşad Səfər yazır…
“Babək” filmi öz dövrü üçün nəinki Azərbaycan kino arenasında, SSRİ plastında ən böyük büdcəli və meqa kinolayihələrdən idi. Buna görə də əksər sözünü demiş rejissorlar bu layihədə özünü görmək istəyirdilər. Kinoya quruluş vermək isə bir nəfərin taleyinə yazılmışdı.
“Partizan” rejissor, yazıçı, ssenarist Həsən Seyidbəylinin həyatına son qoyan filmin kadrarxasından maraqlı fakt təqdim edir:
Bəli. 1979-cu ildə lentə alınan “Babək” filminin rejissorluğu ilk olaraq Həsən Seyidbəyliyə həvalə olunub. Əsərə quruluş verməyə hazırlaşan rejissor fotoproblardan, kinoproblardan, sınaq çəkilişlərindən sonra dərhal rol bölgüsü aparmağa başlayır.
Bədii Şuranın təsdiqindən sonra filmin çəkilişi ərəfəsində məlum olmayan səbəblərdən “Babək” filmi ondan alınaraq kinorejissor Eldar Quliyevə verilir.
Film üçün mübarizə aparan Həsən Seyidbəyli çəkiliş ərəfəsində səhhəti ilə bağlı xəstəxana şəratində müalicə alır. Müalicə müddəti uzandıqca, sağalacağına gümanı azalan H.Seyidbəyli gözlənilmədən fikrini dəyişir və filmin quruluşçu rejissor işindən könüllü olaraq imtina edir.
Rejissor 1980-ci ilin yayında dünyasını dəyişir.
Əsl adı Harutyun Sayatyan olan şair Sayat Nova 14 iyun 1712-ciildə Tiflisdə doğulub. Erməni, gürcü və əsasən Azərbaycan dillərində şeirlər yazan erməni şair və aşıq Sayat Novanın günümüzə qədər gəlib çatmış əsərlərin çoxu Azərbaycan dilində qələmə alınıb. Sayat Novanın anası Sara Tiflis şəhərində anadan olmuş, atası Karapet isə Hələb şəhərindən gəlmiş ermənilərdən olub. Oxumağa davam et Erməni şairin Azərbaycanca yazdığı şeirlər
Partizan.az Seymur Həzinin “Alatava” serialı haqqında yazısını təqdim edir. Oxumağa davam et “Şərif Ağayarı onlara sırımaq istəyirdim” – Seymur Həzi məşhur serialdan yazır
“Nəsrin bulvar söhbətləri” layihəsi çərçivəsində İlham Əzizlə Rəşad Səfərin növbəti həmsöhbəti tanınmış tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusifli oldu.
“Partizan” üç nasirin söhbətini təqdim edir. Oxumağa davam et “Ədəbiyyatı gözəl bilirlər, amma yazmağı bacarmırlar” – Nəsrin bulvar söhbəti
Nəsrin bulvar söhbətləri” layihəsi çərçivəsində İlham Əzizlə Rəşad Səfərin növbəti həmsöhbəti yazıçı Orxan Əyyub oldu.
Orxan Əyyub yeni çapdan çıxmış “Külək gülü” romanının müəllifidir.
Partizan üç nasirin söhbətini təqdim edir.
***
Oxumağa davam et “Yazıçının cəmiyyətdə vacib rolu olduğunu düşünmürəm” — Nəsrin bulvar söhbəti
“Partizan” məşhur gürcü yazıçı İrakliy Kvirikadzenin “Paracaniada” oçerkindən kiçik bir hissəni Babək Məmmədlinin tərcüməsində təqdim edir.
“Nəsrin bulvar söhbətləri” layihəsi çərçivəsində İlham Əzizlə Rəşad Səfərin növbəti həmsöhbəti yazıçı Mübariz Örən oldu.
Mübariz Örən “Balıq gülüşü” hekayələr kitabının müəllifidir. Bununla yanaşı, müəllifin silsilə hekayələri, esseləri, müsahibələri də müxtəlif vaxtlarda oxuculara təqdim olunub. 2019-cu ildə “Balıq gülüşü” hekayələr kitabına görə “Qızıl kəlmə” mükafatına layiq görülüb. 2020-ci ildə “Sodomor” romanı Fransada çap olunub.
Oxumağa davam et “Yazıçı haqsızlıqlara reaksiya verməlidir, yazmalıdır!” – Nəsrin bulvar söhbəti