Bıçaq Xalq artistinin başını üzəcəkmiş – Saçlarına sürtünüb… – Video

Loading

“Partizan” Azərbaycan kino tarixinin ən sanballı detektiv filmlərindən olan “Arxadan vurulan zərbə” haqqında nadir faktlar təqdim edirik.

“Arxadan vurulan zərbə” filmi Elçinin “Ox kimi bıçaq” povesti əsasında 1977-ci ildə çəkilib. Filmin rejissoru Arif Babayev, ssenari müəllifi Elçindir. 2. Film Əhməd Qəmərlinin müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli uzun axtarışlardan sonra cinayətkarı tapmağa müvəffəq olur.

3. Filmdə çəkilən, lakin efirə getməyən kadrlar var. Məsələn, Cəbinin ölümü ilə bağlı olan yas mərasimi səhnəsi sonradan çıxarılıb. Montajın səbəbi bilinmir. Ağır olsa da, aktyorların sözlərinə görə səhnə qüsursuz alınıb. Lakin hansısa səbəblərdən efirə verilməyib.

5. Çəkiliş zamanı Ziba rolunda oynayan aktrisa Amaliya Pənahova rejissora improvizə etmək istədiyini deyib. Rejissorun icazəsi ilə o, Zibanı aparmağa gələn maşının çox köhnə olduğunu görəndə lağ edib və “Ə, bu nə maşındır, başqa maşın tapmadın?” deyib. Bu sözlər ssenaridə yoxdur.

Digər faktlarla TV11-in “Profilm” verilişində tanış ola bilərsiniz.