Markesin öz əli ilə yazdığı siyahı: Oxunmalı 15 kitab

Loading

BBC-dən  Ernando Alvarez ədəbiyyat üzrə Nobel mükafatçısı Qabriel Qarsiya Markesin ölümünün 10-cu ilində kolumbiyalı yazıçı ilə nahar etdiyi günü xatırlayır və yazıçının öz qələmi ilə qeyd etdiyi oxunması vacib olan klassiklərin siyahısını təqdim edir.

“Partizan” “BBC Türkcə”yə istinadla həmin yazının ən vacib parçasını, yəni kitab siyahısının yer aldığı hissəni təqdim edir.

– Bəs, oxunması vacib olan klassiklərin siyahısını tutmağa məcbur olsanız, o cədvəldə kimlərə yer verərdiniz? – deyə soruşdum.

Böyük həyəcanla “gəl, həmin siyahını hazırlayaq” dedi və qeyd dəftərçəsini açıb bu siyahını yazmağa başladı:

1. İncil

2. Min bir gecə

2a. Platon və Aristotel

3. Odisseya

3a. Məşhur filosofların həyatı fikirləri – Diogen

4. Sofokl: Şah Edip

5. Sveton: On iki Sezarın həyatı

6. Plutarx

7. İlahi Komediya

8. Horatsi: Poeziya sənəti

9. El Sid (Kampedor)

10. Amadis de Qaula

11. Migel de Servantes: Don Kixot

12. “Poeziya: İspan qızıl dövrü”

13. Fransua Rable: Qarqantua və Pantaqruel

14. Con Milton: İtirilmiş cənnət

15. “Hindistan xronikası” (Amerikada ispan fəthlərindən bəhs edən tarixi mətnlər)