Şərif Ağayar: “Seyran Səxavətinkini pişik aparıb”

Loading

Yazıçı Şərif Ağayar həmkarı Seyran Səxavətə ironik irad bildirib.

“Partizan” xəbər verir ki, o, Seyran Səxavətin yutub kanallarından birinə verdiyi müsahibə zamanı cəsarətsiz və qeyri səmimi olduğuna toxunub:

“Deyir, Kəramət Böyükçölə zəng vurdum, atasının ev alması münasibəti ilə təbrik etdim, o da dedi, mənə niyə zəng edirsən, evi alan atamdır.
Davam edir Seyran müəllim, deyir, mən də söz altda qalan deyiləm, hazırcavabam, dedim, təbrikimi geri götürürəm…
Sitatın sonu.

Lakin məncə söz altda qalmamaq və hazırcavablıq belə olardı: “Əzizim Kəramət, Qəşəm müəllim ömür boyu ev istəyib, verməyiblər, heç jurnalistlərin binasından da vermədilər, məncə, indi sənə görə veriblər, ona görə sənə zəng vurdum…”
Amma bunu Kəramətə deməyə, Yaşar Nuri demiş, DÖT* lazımdır. Seyran müəlliminkini isə pişik aparıb. Çünki özü də AYB-də işə başlayıb və bu yaxınlarda iki otaqlı ev alıb”.

Şərif Ağayar fikrinin davamında qeyd edib ki, Seyran Səxavət müsahibə zamanı onun da bostanına daş atıb:

“Yeri gəlmişkən, Anarın xoşuna gəlməkdən ötrü müsahibədə adımı çəkmədən mənə də ilişib, böhtan atıb, sonra təhqir edib, ancaq sizin şahidliyinizlə bütün bunlar haqqında heç nə yazmıram. Ümid edirəm, davam etməz və külahları dəyişmərik. Yoxsa, vallah əlimdən ala bilməyəcəksiniz”.