Şuşa sözünün mənası nədir? – Filosof polemika açdı

Loading

“Partizan” filosof Niyazi Mehdinin “Şuşa” sözünün etimologiyası, mənası ilə bağlı sosial şəbəkədə açdığı polemikanı təqdim edir:

Əziz dostlar, «Şuşa» sözü dilimizin sirli kəlmələrindəndir. Onun açımı üçün təklif olunan «şiş», «şüşə» sözləri inandırıcı deyil.

«Şüşə» daha inandırıcı olsa da «şüşə»nin «şuşa»ya fonetik transformasiyası inandırıcı deyil – bu çevrimin bir əsası ola bilərdi, sübut etsəydin ki, «şuşa» «şüşə»nin rus tələfüzüdür və dolanıb ruscaya keçəndən sonra dilimizə rus formasında qayıdıb. Bunun da sübutu inandırıcı deyil.

Maraqlıdır ki, «şuşa»ya «qala»da deyirdilər. «Qala» deyəsən, sami dillərindən gələn sözdür, ancaq necə oldu ki, «Qala» «Şuşa»nı sıxışdrıb dilimizdən çıxara bilmədi, indi ikisi də işləkdir.

«Şuşa»nı elam-şumer dönəmi ilə də bağlayırlar. Bu dönəmlə bağlı «qarqar», «bərdə» («partau») kimi sözlərimiz var, ancaq bu dövrdən qalma sözün ucqar dağ şəhərinin adına necə keçməsi cavabı çətin sualdır.

Biz Qafqaz dillərinə, dialektlərimizə, o biri türk dillərinə geniş axtarış edib problemi düşünməliyik.

Bu üzdən dostlər sizə üz tuturam: kim bildiyi ləhcənin, türk dillərinin, bəlkə də Qafqaz dillərinin sözlüyündə «şuşa»nı açmağa kömək edəcək sözləri bilirsə, qeyd etsin.