Pambıq üzərindəki qığılcım… – Vüsal Bağırlıdan yeni esse

Loading

“Partizan” Vüsal Bağırlının “Pambıq üzərindəki qığılcım…” adlı essesini təqdim edir.

Real həyatda gördüklərini, fantaziya, təxəyyül və xəyallarını hissı-hissə toplayıb barmağında sıxdığın qələmlə vərəqə, həzin klaviş toxunuşuyla mətn redaktoruna, leylək lələyi ilə papirus vərəqinə köçürür yazar.

Kiçik həcmli  əsər, qısa bir hekayət, fikri dəqiq, lakonik çatdıran əhvalatdan, yaxşı yazıdan əfzəlnə ola bilər axı?

Ətrafda baş verən hadisələr, keçmiş xatirələr, xəyalların yaratdığı fantaziyalar tədricən qoz ləpəsinə bənzəyən beyin yarımkürələrinə, neyronların dərinliyinə hopur, qaranlıq meşədə qəfil görünən tanış cığır kimi dolğunlaşır, tədricən canlanır, ədəbi süjet xəttinə, formalaşmış yazıya çevrilir.

Fəqət, yaranma ərəfəsində olan möcüzəni  vəhşi-xam, əhliləşməmiş, hələ tam formalaşmamış şəkildə mətnə köçürmək, hələ onun, bitkin bir yazı, hekayə olması anlamına gəlmir.

Budur mətn üzərində işin gərgin, çiy mərhələsi başlayır. Yazılmış hər sözü,tri, cümləni, ifadəni bir az zənginləşdirmək, mənadan- mənaya salmaq, davamını, sonluğunu gətirmək, korrektə-redaktə etmək, yonmaq-cilalamaq lazım gəlir.

Hekayə ən geniş yayılmış nəsr janrıdır. Bu epik proza nümunəsinin öz yüksək sənətkarları, elitustadları var. Kimləri deyək, kimləri sadalayaq?

Lakonik O.Henrini, hissiyatlı Anton Çexovu, yoxsa qadın qəlbinin bilicisi Ki de Mopassanı? Bəlkə satirik novella ustadı Əziz Nesindən“bəşəriyyətin xoşbəxtliyi naminə poetik dualar” (Teodor Drayzer) yaradan Şervud Andersondanbəhs etməliyik?!

Həqiqətən, bir çox hekayələr ağılı başdan çıxarır, insanı məftun edir, beyinləri ovsunlayır. Çexovun “5 nömrəli palata”sı, Tolstoyunİvanİliçin ölümü”, NesninTarzan”ı, DmitriQriqoroviçinKənd”i, O.Henrinin “Sonuncu yarpaq”ı  məhz belə proza nümunəsidir.

Digər daha geniş formalı yazı əsərlərindən fərqli olaraq, hekayədəki əsas personajlar məhdud saydadır, süjet xətti isə adətən vahid, sadə xətt üzrə inkişaf edir.

Məsələn, Ki de Mopassan öz kiçik həcmli əsərlərində satiranı, lirikanı və psixoloji analizi ustalıqla birləşdirirdi.

O. Henri Amerikada novella sənətinə ikinci nəfəs gətirmişdi. O, komik paradokslar, ikiqat dönüşlü süjet xətti, gözlənilməz sonluqlar üzrəvirtuoz idi. Əsl təzadlı dönüşlər, “Happy end” sonluqlar ustadı.

Şervud Anderson isə bir-biri ilə daxili süjet əsasında birləşən, qəribə formsalı müstəqil hekayələr (“Vaynzburq, Ohayo” hekayələr toplusu) yazırdı.

Anton Çexovun hekayələrində hadisələr, şərait sanki tərpənməzdir, tam sükut içərisindədir. Fəqət burada hiss və həyəcanlar, qəhrəmanın psixoloji durumunun dərinliyi fasiləsiz hərəkət edir, daim oynaqdır. Onun hekayələri kiçik hadisə üzərində qurulur, süjet xətti bəzən tədricən, bəzən isə , gözlənilmədən, ildırım sürətiylə inkişaf edir və obrazlar sonradan öz həyatlarının kənar müşahidəçisinə çevrilirlər. Burad, konfilkt mənbəyi personajların hiss-həyəcanlarının paradoksal uyğunsuzluğudur(“İonıç”, “Yeni malikanə”) və bütün insan həyatı sanki preslənərək kiçik hekayənin içərisinə sıxışdırılmışdır (“İtlə gəzən qadın”, “Nişanlı qız”).

Cek Londonun sözlərinə görə hekayə əhval-ruhiyyə, vəziyyət və fəaliyyətin tamlığını əks etdirən yazı nümunəsidir.

Onlar üç hissəyə bölünür:

OÇERK, NOVELLA VƏ HEKAYƏ.

Bu yazı nümunələri həm yüngül və yumoristik, həm də mənalı və öyrədici ola bilirlər. Janr düşüncəyə, təbəssümə, təsəvvürə  və ümidə yol açır. Bəzən sadə bir söz və ya cümlədə qalın, sanballı kitab qədər məna gizlənir.

Aşpaz öz şah əsərini hazırlayarkən xörəyə nəəlavə edir? Sözsüz ki, tərəvəz və ədviyyatları. Bunlarsız keyfiyyətli və dadlı yeməkdən bəhs etməyin mənası yoxdur.

Zərgər məmulat üzərində işləyir, qiymətli metalın kiçik diametrli səthinə sapfir, əqiq,yaqut, almaz düzür, göz əzələlərini gərərək onları gərgin zəhmətlə cilalayır. Sənətkarın hər hərəkətində diqqət, düşüncə, ciddiyyət, bir vəhövsələ duyulur.

Peyzaj, portret, natürmort üzərində işləyən rəssam eskizə forma konturları, incə cizgilər, kölgə effektləri verir. O, dalğın görünsə də bütün diqqətini  öz şah əsəri, işinin ətrafında cəmləyə bilir.

Yazar isə təsəvvüründə, təxəyyülündəformalaşdırdığı, beyninin hansısa künc-bucağında yaratdığı mövzuları, faktları toplayır, onları hiss və həyəcanlarının süzgəcindən keçirərək, gözünün nurunu, fantaziyasını mətnə, vərəqə köçürür.

Kiçik, bir neçə sətirlik yazıya incə hisslər, gərilmiş emosiyalar və dərin düşüncələr yerləşdirmək bacarığı yüksək yaradıcılıq ustalığı tələb edir.  

Bəzən yazının süjet xətti, pambıq üzərinə düşmüş qığılcım kimi insanı qəflətən yaxalayır, içdən çalxalayır, lakin onu kağıza, mətnə daxil etmək isə həmin an mümkünsüz olur.

Səhər oyanıb həmin mövzunu qələmə almaq istədikdə isə görürsən ki, o isti otağa qoyulmuş dondurma kimi əriyib, artıq beyinin hansısaqalın, mübhəm neyron pərdəsi arxasında gizlənib və səhərə yaxın görülən yuxu kimi buxarlanaraq uçub, yaddaşlardan əbədi silinib.

Bəzən isə oxuduğun hər hansı əsər, film süjeti, yaşadığın həyat epizodu, oxuduğun tarixi hadisə, qonşunun ailə dramı, küçə itinin həyatı, adi qarışqa yuvası üzərində aparılan müşahidələr sonradan maraqlı hekayəyə çevrilir.

Kiçik hekayələr beynimizdə intellektual orqazm yaradır. Bu əhvalat miniatürləri, avtobioqrafik süjetlər və həyat epizodları hiss-həyəcan fırtınasına, hətta erudisiya qasırğasına belə səbəb ola bilir.

Vüsal Bağırlı