Səlim Müslümov 20 milyonu necə oğurlamışdı? – İki sual, bir cavab

Loading

Səlim Müslümov büdcəyə 20 milyon(!) qaytardı.

27 milyon mənimsəyibmiş.

8 milyonluq mülkünə də həbs qoyulub.

Bir adamın mənimsəmə prosesi zamanında kənardan, yuxarıdan, aşağıdan görünmürmü?

Həmin illər ərzində palataların, maliyyə nazirliyinin və başqa qurumların yoxlamaları, auditləri olmayıbmı ki, bu boyda büdcə şişib ortada?

Adam az qala bir qərinədir fond sədri, nazir vəzifəsindədir.

Özü də əhalinin ən yazıq, zəif təbəqəsi ilə işləyir; qocalarla, qazilərlə, əlillərlə, möhtaclarla… Və 20 milyon.

Aydın görünür ki, prosesdə təqsir təkcə Səlim Müslümov və ondan aşağıdakılarda deyil.