“Partizan” TV11-ə istinadla açıq sevişmə səhnəsinin yer aldığı 5 Azərbaycan bədii filmini təqdim edir.
1) Yarasa filmi. 1995-ci ildə rejissor Ayaz Salayev tərəfindən lentə alınan filmi Xalq artisti Rasim Balayev və belarus aktrisa Mariya Lıpkina arasında öpüşmə səhnəsi, eyni zamanda Mariya Lıpkinanın bədənnüma çılpaq səhnələri və aktrisanın sevişmə səhnəsi ilə Azərbaycan filmləri arasında ən cəsarətli səhnələrə qədər varmış həm ilk, həm də son filmdir.
2. Gecə qatarında qətl. 1990-cı ildə Əbdül Mahmudovun lentə aldığı bu film də yetərincə açıq səhnələri ilə yadda qalır. Filmdəki ifadələr və görüntülər açıq-saçıqlığı ilə diqqət çəkir. Filmdə Xalq artisti Fəxrəddin Manafovun yataq səhnəsi ən açıq səhnələrdən biridir.
3) Nar bağı. 2017-ci ildə rejissor İlqar Nəcəfin çəkdiyi Nar bağı filmində də Azərbaycan kino sənətinin ən cəsarətli səhnələrindən birini müşahidə edirik. Aktyor Səmimi Fərhad və aktrisa İlahə Həsənovanın rol aldığı səhnə kənddə narların asıldığı damda baş verir.
4. Növbəti ekran əsəri Yavər Rzayevin 2011-ci ildə lentə aldığı “İlahi məxluq” tammetrajlı filmidir. Filmdə aktyor Nurəddin Mehdixanlı və aktrisa Vəfa Zeynalova arasında iddia olunan səhnə də yetərincə cəsarətli səhnə hesab oluna bilər.
5) Beşinci film hələ Azərbaycan tamaşaçısı üçün əlçatan olmasa da, səsi uzaqlardan gələn Asif Rüstəmovun Mərmər soyuğu filmidir. Filmdə aktyorlar Elşən Əsgərov və Natəvan Abbaslı arasındakı səhnə, eyni zamanda Xalq artisti Qurban İsmayılovun oğlunun sevgilisi ilə yataq səhnəsi hə mahiyyət, həm də vizual olaraq yetərincə açıq səhnələrdir.