O, iki dəfə ailə həyatı qurub. İlk evliliyi 1979-cu ildə 18 yaşında əslən Gəncədən olan gitara ifaçısı Eldar Abdullayevlə olur. 1981-ci ildə onların Ənvər, 6 ildən sonra isə ikinci oğlu Əkbər dünyaya gəlir.
20 ildən sonra müğənninin ailəsində problemlər yaranmağa başlayır. 2000-2002-ci illərdə o, hətta səhnə fəaliyyətinə fasilə verir. Həyat yoldaşı ilə yollarını ayıran müğənni bir müddət tək yaşasa da, ikinci dəfə özündən on beş yaş kiçik olan şəxslə ailə qurur. Müsahibələrində bu barədə deyir:
“Mənim birinci həyat yoldaşım da azərbaycanlı idi. Onun ailəsi Azərbaycanda yaşayırdı. İki oğlumuz oldu, amma bəzi səbəblərə görə ailəmiz uzunömürlü olmadı. Ondan bir neçə il sonra ikinci dəfə ailə həyatı qurdum. Artıq xeyli vaxtdır ki, məni çox sevən bir şəxslə həm kəbin, həm də rəsmi nikahla ailə qurmuşam. O da azərbaycanlıdır. Atası Gədəbəydən, anası Səmərqənddən olan azərbaycanlılardandır. Həyat yoldaşım məndən on beş yaş kiçikdir. Elmi işlə məşğuldur. Əvvəl Cenevrədə, indi isə mənim oğlanlarımla birlikdə Londonda yaşayır. Böyük oğlumun 27, kiçik oğlumun isə 21 yaşı var. İki-üç ay Özbəkistanda qalıram, qalan vaxtı mən də Londonda oluram”.
“Partizan” Xalq artisti Nəsibə Abdullayeva haqqında maraqlı faktları özündə ehtiva edən videomaterial təqdim edir.
TV11