Məmməd Arazın nadir səs yazısı yayıldı: “Vəsiyyət edirəm, bu məktubu oxumayın!” – İLK DƏFƏ – VİDEO

Loading

Xalq şairi Məmməd Arazın səs yazısı yayılıb.

Nadir səs yazısını “Partizan”a Xalq şairi Məmməd Arazın Ev Muzeyinin direktoru Əzizə Süleymanova təqdim edib. Onun sözlərinə görə, səs yazısı publikaya ilk dəfə təqdim olunur.

Səs yazısında Xalq şairi kiminləsə ürək sözlərini bölüşür. Səfərə gedəndə kövrək olduğunu, xatirlərini bölüşdüyünü, eyni zamanda az qala vəsiyyət etdiyini deyir:

“Mənim idarənin seyfində iki məktubum var. Birinin üstünə, “Açmayın, oxumayın!” yazmışam. Birinin üstünə isə “Açın, oxuyun!” yazmışam”.

Maraqlıdır, görəsən, Xalq şairin bir zamanlar “Açmayın, oxumayın!” yazdığı məktubda nə qeyd olunub?

Məmməd Araz səs yazısında çox həssas məqamlara toxunur, eyni zamanda o, ən sevimli şeirlərini səsləndirir. Həmin şeirlərdən biri də məşhur “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeiridir.

Həmin səs yazısını oxuculara təqdim edirik: