SSRİ-yə qarşı Azərbaycanda yaranmış gizli təşkilat – Üzvləri kimlər idi? – Tarixi foto

Loading

SSRİ-yə qarşı 1962-ci ildə 95 nəfər Azərbaycan ziyalısının gizli yığıncağında çəkilən foto.
27 dekabr 1962.

1962-ci ildə yaradılmış MAQ-ın tarixi hələ 1957-ci ilə dayanır. Belə ki, 1957-ci ildə Elmlər Akademiyasında kristalloqraf-alim Xudu Məmmədov və Oqtay Eldəgəzin tanışlığı baş tutur. Bu təsadüfi tanışlıq onların əqidə birliyini üzə çıxarır, təhlükəli milli mübarizə yollarının şərti cizgiləri cızılmağa başlayırdı.Beləliklə, 1962-ci ilin Dekbarn 27-də 95 nəfər Azərbaycan ziyalısı bir araya gəlmişdir. Belə bir çətin tarixi dövrdə 2–3 nəfər istisna olmaqla, biri-birini tanımayan 100 – ə yaxın insanın milli mübarizə üçün toplaşması Azərbaycan xalqının milli mübarizə yolunda hər şeyi gözə aldığının göstəricisi idi. Nəticədə həmin toplantıda MAQ-ın (Milli Azadlıq Qərargahının) yaradıldığı elan edilmiş, qərargaha sədr Oqtay Eldəgəz, müavin isə görkəmli alim, professor Xudu Məmmədov seçilmişdir.

1956-cı il, Sentyabr ayının 16-sı İran şahı Məhəmməd Rza Pəhləvi xanımı Sürəyya xatunla ilk dəfə Moskvaya gəlmiş, birinci, gizli qapılar arxasında Azərbaycan SSR-inin Astara rayonundan tutmuş Yardımlıya kimi 5 minarlıq (kilometrlik) torpaq zolağının əvəzsiz olaraq İrana verilməsi barədə Xruşşovdan razılıq almışdı.Bu zaman Milli Azadlıq Qərargahı hələ təşkilatlanmamışdı, lakin gələcəkdə Milli Azadlıq Qərargahını qurub təşkilatlandıracaq olan milli mübarizə mücahidləri bu hadisədən xəbər tutmuşdular. Akademik Yusif Məmmədəliyev və Xudu Məmmədov bu xəbəri eşidən kimi torpaqların verilməsinin qarşısını almağa başladılar.Belə bir vaxtda onlara kömək edəcək şəxs milli azadlıq mübarizəsinin əsas simalarından olan, Azərbaycan SSR-in Nazirlər Sovetinin sədri Sadıq Rəhimov idi ki, o da bu tapşırığı yerinə yetirməyi öz öhdəsinə götürdü. Həmin vaxt kömək edə biləcək olan şəxslərdən biri də MK-nin 1-ci katibi İmam Mustafayev idi. Azərbaycan SSR-in şərti yumşaq tərzdə Kreml rəhbərliyinə yetirildi. Nəhayət, Azərbaycan SSR-in istəyi SSRİ-nin rəsmi mövqeyi kimi İran dövlətinə bildirildi ki, Tehranın torpaq arzuları geri götürüldüyü təqdirdə, Sovet İttifaqı İsfahan-Qırxçıraq (Şirvan) qaz boru kəmərinin öz ərazisindəki inşaat xərclərini öz üzərinə götürür və Araz çayı üzərində müştərək su-elektrik qovşağının tikintisinə icazə verir. Bu ilk növbədə Sadıq Rəhimovun və təzəcə sürət almış Milli Azadlıq Qərargahının başlanğıc uğurları idi.

Üzvləri

Oqtay Eldəgəz — Tarixçi, müəllim
Xudu Məmmədov — Professor
Yusif Məmmədəliyev — Akademik
Əlisöhbət Sumbatzadə- Akademik
Hüseyn Arif — Şair
Əsədulla Qurbanov — Fəlsəfə elmləri doktoru
Bəxtiyar Vahabzadə — Şair, dramaturq
Yusif Vəliyev — Azərbaycanın xalq artisti
Rüstəm Səfərəliyev — Sosialist Əməyi Qəhrəmanı
Bəxtiyar Məmmədov — Azneft birliyinin baş mühəndisi

Müəllif: Tahir Tahiroviç