Canlı efirə qəfil zəng! Məşhur azərbaycanlı həkimin ikinci arvadının olduğunu dedilər – Video

Loading

Məşhur psixoterapevt Əli Nağıyev canlı efirdə çətin anlar yaşayıb.

“Partizan.az” xəbər verir ki, “Radio Enerji”ninin qonağı olan həkim canlı efirdə dinləyicilərin suallarını cavablandırarkən gözlənilməz zənglə qarşılaşıb.

Azər adlı dinləyici canlı efirə zəng edərək Əli Nağıyevin pasienti olduğunu deyib. Ardınca qeyd edib ki, Əli müəllim efirdə hər kişinin bir həyat yoldaşının olmasını lazım hesab edir, ancaq mən qəbulunda olanda demişdi ki, mən özüm də yoldaşımdan əlavə bir qadınla yaşayıram.

Zəngdən sonra psixoterapevt vəziyyəti ələ almağa çalışıb. Qeyd edib ki, həkimlər provakasiya edərək bu tip yalanlar danışır. Davamında isə qeyd edib ki, düzdür, həyatında başqa qadın olub, ancaq bu vəziyyətdən nümunə çıxararaq durumu düzəldib.