Sənə, bəşəriyyət!

Loading

Bu gün böyük Azərbaycan rəssamı Tahir Salahovun anım günüdür.

“Partizan” bildir ki, Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub.

Atası Teymur Elçin 1937-ci ildə Güllələnib.

1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, daha sonra V. İ. Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə, 1951-ci ildə V.İ.Surikov adına Moskva İncəsənət İnstitutuna daxil olub.

Onlarla təltif və mükafatı var.

1947-ci ildə Tahir Salahov özbək rəqqasəsi Tamara xanımın qızı Vansetta Qarayaqubova ilə ailə həyatı qurub. Vansetta xanımla Tahir Salahovun nikahından Lara (1949), Alagöz (1953) və Aydan (1964) adlı 3 qız övladı dünyaya gəlib, lakin sonradan cütlük arasında münasibətlər pozulub.

Boşandıqdan sonra Tahir Salahov Varvara Salahova (1952–2020) ilə ailə həyatı qurub. Onların 1977-ci ildə İvan adlı oğlu dünyaya gəlib.

Tahir Salahov 20 may 2021-ci ildə 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Rəssaamın məşhur əsərləri:

Növbədən qayıdanlar (1957)

Bəstəkar Qara Qarayevin portreti (1960)

Sənə, bəşəriyyət! (1961)

(Qeyd: Azərbaycanlı rəssam Aygün Hüseynova 2015-ci ildə “Sənə, bəşəriyyət!” əsərində təsvir olunmuş səhnənin öndən görünüşünü işləyib:

Abşeron qadınları (1967)

Roma. Kafe “Qreko” (2002)

Aqava (2007)

Monakoda görüş (2007)