Axundovun babası afrikalıdır? – Türkiyə ensiklopediyasında yeni iddia

Loading

Türkiyənin məşhur “İslam ensiklopediyası”nda (TDV İslam Ansiklopedisi) Azərbaycanın materialist filosofu, dramaturq Mirzə Fətəli Axundovun soyu ilə bağlı yeni iddia qeyd olunub.

“Partizan” bildirir ki, Türkiyə Diyanət Vəqfinin elektron resursu olan islamansiklopedisi.org.tr elektron fondunda Axundovun babasının Afrikalı olduğunu diqqətə çatdıran iddia yer alıb.

İddiada qeyd olunur ki, Mirzə Fətəlinin anası Nanə xanım Nadir şahın xidmətçisi olmuş bir afrikalının soyundandır.

Ensiklopediyada qeyd olunan iddia onun Puşkinə yazdığı poema ilə “əsaslandırılır”:

“Axundzadənin çox sonralar məşhur çağdaşı Puşkinə duyduğu sevgi damarlarındakı Afrikalının qanı səbəbindəndir”.

Qeyd edək ki, Axundov 1837-ci ildə böyük rus şair Aleksandr Puşkinin ölümünə “Şərq poeması”nı yazıb. Fars dilində qələmə alınan qəsidə ağı janrındadır.

Ensklopediyada “Puşkinə duyduğu sevgi” qeydi də bu poema ilə bağlıdır.