“Partizan” gənc şair Əlibalanın iki şeirini təqdim edir:
“Ümidsizcə”
Tərgitdim, mavi rəngli şüşələri
əllərimin dalğası altında
mavi rəngli xalçalara çevirməyi
narıncı qablarda
turş dadları xəyal etməyi
və oxuduğun kitabların ətrini arzulamağı..
Ağ rəngli (ərimiş) soyumuş şam – sənin nitqinin ağlımdakı xatirəsi…
Və qaynaşan böcəkləri himayə edən gülüşünün..
Çirkin güldanları parça – parça edən zehninin..
Parıltılı arxların yanında addımlayırsan
məni tərk etmiş halda…
(Mənsə
İşrət dostlarımın
qayğısıyla..)
Ağzıaşağı tutmuşam sanki
artıq köhnəlmiş sobaları
və cavab verirəm gülüşlərə
öndən qırılmış dişlərin çirkinliyinə gülürəm…
Dırnağımı soyumuş çayın içində yaxalayıram…
(Artıq asta – asta
eşq də tərgidir məni,
mavi rəngli şüşələr də)
Sənsə – islanmış paltarlar da
üşüyür deyə düşünürsən…
içinə yağışlar tökülən arxın yanında…
“İntihar”
Cəhdlərin ümidsizliyi.
Tanrının batmış səsi üstünə minlərlə çirkin səda qonub..
(Bəlkə də bu qadındır
Ağ pişiklərin quyruğu qırmanca çevrilə bilməz – (şər kimi qüssə də əbədidir)
(Keşiş dedi – İlahi!…
Və
sənə nə qədər ümid etsəm də