“Azərbaycan xalqı bu qədər həzin bir həsrət duymamışdı…” – Rəsulzadə

Loading

“Partizan” Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan böyük fikir adamı Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabından “İstiqlal məfkurəsi” sərlövhəli yazısını təqdim edir.

Azərbaycan məclisi-mǝbusanının ilk çələsəsini açan natiq məclisi təzyin edən bayrağa xitabən “Bir kǝrǝ yüksələn bayraq bir daha enməz!” – demişdi.

Bayraq əgər yalnız müxtəlif rəngli qumaşlardan ibarətsə, Azərbaycan istiqlal bayrağı enmiş, parlaman cadəsindəki məclisi-məbusan binasının üstündə mavi, al vǝ yaşıl rəngli və hilal-sitarəli bir qumaş yoxdur. Yox, əgər maddətən ələladə bir qumaşdan başqa bir şey olmayan bayraqlar mənən bir millətin hürriyyət və istiqlalını tərmiz edən bir timsal isə, o halda, hal-hazırda Bakı binalarının üstündə çəkiclə oraq əlamətini göstərən qırmızı qumaş Rusiya əsarətini örtməkdən başqa bir şey deyildir.

Əvət, bu kitabın qabında siyah çərçivə içərisində görükən Azərbaycan bayrağı – Azərbaycan hürriyyət və istiqlalının bu müqəddəs timsalı bu gün Bakının, Gəncənin və sair Azərbaycan biladının üstündən enmiş, fəqət, nǝrǝyǝ?…

Eşqi-istiqlal ilə yanan və həsrəti-hürriyyətlə sızlayan Azəri gəncliyinin ürəyi yarılsa, bu bayrağın orada mənqu olduğunu görülər. Əvət, heç bir zaman Azərbaycan xalqı bu qədər həzin bir həsrət duymamışdı. Hangi köylüyü, hangi əmələyi, hangi münəvvər və ya əsnafı dinləsəniz “AZƏRBAYCAN”dan yana-yaxıla bəhs edər. Azərbaycan dövri-istiqlalına bolşeviklər Müsavat dövrü deyirlər. Fəqət, xalq bu dövrə AZƏRBAYCAN dövrü deyir. O, şimdiki rejimi, Azərbaycan – deyə qəbul etməyir. Xalqın düşüncəsində AZƏRBAYCAN məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir AZƏRBAYCAN yoxdur.

Bolşeviklər tərəfindən sıxı bir sansor altında nəşr olunan mətbuatdan xalqın hissiyyatını tədqiq və təqib etmək qabil deyildir. Bilxassə ki, bu mətbuat aləmi mədəniyyətinin bildiyi mətbuat kibi deyildir. Hakim firqənin kontrolu xaricində bir qəzetə çıxmadığından xəlqin duyğusunu bolşeviklikdə çıxan qəzetlərlə ölçmək olmaz. Məmafih, ara-sıra çıxan və bir-iki nüsxə nəşr edildiyindən sonra təkrar qapanan məcmuələrdə görülən bir taqı ədəbi parçaların ruhu təhlil olunursa, şairin nə kibi qeyri məmnun, həsrətzədə və müntəzir bir mühitdən mülhəm olduğunu görürsünüz. Burada vəziyyətindən məmnun, inqilabilə müftəxir bir kommunizm ilhamına təsadüf edəməzsiniz. Çünki AZƏRBAYCAN KOMMUNIZMI yoxdur. Buradakı kommunizm istilakar bir qüvvətdir. O, qətiyyən xaliq bir qüvvət olmaz. O, yalnız uçurar, yıxar, edam edər. Zehniyyəti, tərbiyəsi və inkişafi-ictimaiyyəsi etibarilə milli və dekomrat bir inqilab üçün hazır bulunan bu mühitə milliyyəti-münkiri, dekomrası müxǝrribi bir qüvvətin təsəllütü, bittǝb nikbin bir ruh inkişaf verǝməz!

Kommunizm nə yaparsa-yapsın, Rusiya imperializmi hangi rəngə girirsə-girsin meydanda bir həqiqət var: Millətlər kəndilərini tanımışlar. Azərbaycan türk olduğunu idrak eyləmiş, sənələrdən bəri axan qanları mən bir göldən ziyadə, vəzi-həmldə axan qanlara bənzətmək istərəm. Zatən, dünya inqilabat və müharibələrində axan qanlar daima yeni məfkurələrin tövlidinə səbəb olmuş deyilmi dir? Bütün alam və iztirabına təhəmmül etdiyimiz bu fǝcaye içərisində böyük bir fikir doğmuşdur. Fikri-istiqlal!

MÜSTƏQİL AZƏRBAYCAN bu gün maddətən Rusiya qüyudatı ilə dərzəncir olsa da, mənən mövcuddur. Azərbaycan istiqlalı bir fikir olaraq vaqedir. Bolşeviklərə Qafqaziyada rǝyi-ammə müraciət təklif edilsə, qətiyyən razı olmazlar. Çünki bütün xalqın həman istiqlali-idarə lehinə rəy verəcəklərini bilirlər.

Azərbaycanın bu qədər fəlakətlər nəticəsində əldə etdiyi bir qazanc varsa, o da bu istiqlal fikrinin rüsuxidir.

Şimdi istiqlal və hakimiyyəti-milliyyə sevdasilə yaşa yan bir Azərbaycan gəncliyi vardır ki, ÇKnın amansız edamlarına rəğmən, gecə-gündüz çalışıyor, ilk fürsət və imkanı bəkləyib duruyor. Bu fürsət gəlincə o, meydana çıxacaq və o zaman yanıq könlündə atəşin çizgilərlə mə nən mənquş bulunan bayrağı maddətən yüksəldərək deyə cək ki:

Əvət, bir kərə yüksələn bayraq bir daha enməz! Əvət, böyük faciələr, əzim sarsıntılar, məşəri hərəkətlər əsrində yaşayan Azəri gəncliyi üçün müstəqil yaşamaq misaqi-millidir. “Misaqi-milli’nin nə kibi möcüzələr ya ratdığını o, Şərq milliyyətpərvərliyinin ələmdarı, böyük qardaşı Türkiyənin göstərdiyi xarüqədən öyrənmişdir.

Hərbi-ümumi ilə başlayan hadisati-aləm daha nəticəyə varmamışdır. Bu nəticə millətlərin həqqi hakimiyyətlərini təmin etmək surətilə hasil olacaqdır. Bayrağındakı rəng lərin mədlulu vəchlə müasir bir türk və islam mövcu diyyəti-siyasiyyəsinə təkrar qovuşmaq ümidilə, bu mövud nəticəyə çarçeşmlə intizar edən milliyyətpərvər Azərbay can hal-hazırda bittǝb pək fəci bir dövr keçiriyor. Böyük hirmanlar və çəkil haǝz təzyiqlər içərisində küzəran edən bu dövrdə Türkiyənin istilakar Rusiya ilə mütəlif bulun maq zərurətində qaldığı müddətcə Azərbaycan pǝk acı bir nəsibə təhəmmül edəcəyini hiss və təqdir eylər. Fəqət, işbu zərurət tərixiyəyi-mütəvvəkkilanə qaltanırkən pək çox arzu edir ki, “misaqimilli”si ilə yalnız kəndinin deyil, bütün şərqilərin “hüquqi-bəşəriyyə”sini elan edən yeni Türkiyə müasir Rusiya imperializmini qızıl sözləri ilə deyil, qara işləri ilə təqdir eyləsin!