Millət vəkili Xəzər TV-dən yazdı: “Televiziya rəhbərinin bayağı yumoru…”

Loading

Təsadüfən Xəzr TV-nin “komediaxana” kimi urvatsız bir verilişinə baxdım.

Bir məsələ məni düşündürdü:

Görəsən bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Bunlara komediya haqqında dərslər, aktyorluq dərsi, davranış dərsi keçilibmi?

Baxanda hiss edirsən ki, bunlar deyəsən Televiziya rəhbərinin bayağı yumoru və davranışından başqa heç nə öyrənməyiblər. Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz?Onlara bayağı və təlxək davranışları təlqin edirsiniz?

Bayağı hərəkətlər, duzsuz yumorlar, seçilmiş küçə mövzuları bunların yalnız özlərinə xoş gələ bilər.

Vaxtilə televiziyalarda efirə gedən “Komediyalar aləminə səyahət” verilişini səbirsizliklə gözləyərdik. Ağ-qara göstərən televizorda yaddaşlarımızdan indi də silinməyən məzmunlu tamaşalara baxardıq. İndi plazma növlü televizorun komediyaları həmin ağ-qara göstərən televizorun bircə tamaşasına belə dəyməz. Hər şey aydındır: texnologiya var, lakin teatr və aktyorluq təhsili, istedad və sənətə hörmət yoxdur…

Etibar Əliyev

Bir şeyi unutdum: məktəb dərnəkləri də yoxdur ki, istedadı vaxtından əvvəl üzə çıxarsın.