Nə qoydular deyəyim, nə kəsdilər dilimi – Əlifba gününə

Loading

Bu gün – 1 avqust Azərbaycan Dili və Əlifbası Günüdür.

Partizan” bu münasibətlə Əli bəy Hüseynzadənin “Hali-vətən” şeirini təqdim edir.

Ucundadır dilimin,

Həqiqətin əzəmi.

Nə qoydular deyəyim,

Nə kəsdilər dilimi.

 

Bilirmisən cühəla

Nə etdilər vatana?

Nə qoydular uyuya,

Nə qoydular oyana.

 

Durur bila-hərəkət,

Rəvamı bir diriyə?

Nə getmədə iləri,

Nə dönmədə geriyə.

 

Ədu qırır qapıyı,

Biz evdə bixəbəriz.

Nə başqa başqalarız,

Nə ittihad edəriz.

 

Ayıltmadı qələmim.

Şu türk ilə əcəmi.

Nə qoydular yazayım,

Nə qırdılar qələmi