Kor*navirus – Üçüncü Dünya Müharibəsini kimlər nə məqsədlə başlatdı?

Loading

– İnsanları öldürən həqiqətənmi koronavirusdur?

– Şişirdilmiş pandemiyanın səbəbi nədir, bu gedişat kimlərə sərf edir?

– Üçüncü Dünya Müharibəsindən kimlər sağ çıxacaq?

– Yeni dünyada kimlərin yaşamaq haqqı var?

– “Nuhun gəmi”sinə minmək üçün nə etməliyik?

Koronavirusun cücərdiyi ilk günlərdən bu günə qədər virus haqqında bir-birini təkzib edən 10-larla informasiya yayıldı. Aydın məntiq kifayət edir ki, elə bu informasiyaları tutuşdurub burada böyük bir fırıldağın olduğu anlasın. Məsələn, öncə çindən yayıldığı deyilən videolarda insanlar küçədə getdiyi yerdə, ofisdə oturduğu yerdə ilan çalmış kimi qıvrılıb ölürdü.

Sonra qeyd olundu ki, koronavirus da elə bütün qrip viruslarının göstəricilərinə məxsusdur. Bu virusdan kimsə quyruq, buynuz çıxarmır. Əvvəlcə dedilər ki, yoluxduğun virus burnunu axıdırsa, demək korona deyil, ardınca dedilər ki, yox, hər orqanizmə bir cür təsir edir.

Hətta deyirlər ki, bu virusu hiss etmədən də keçirə bilərsiz. Belə bir məzəli informasiya…

Bütün xəstəliklərin ən sərrast vaksini həmin xəstəliyə yoluxub sağalmaq və bu virusa qarşı immunitet qazanmaqdır, ancaq dedilər ki, koronavirusa təkrar yoluxma da mümkündür. Yaxşı, əgər belədirsə, dediyiniz – gözlənilən vaksin nəyə lazımdır? Təkrar yoluxma mümkündürsə, vaksin nəyimizə lazımdır?

Öncə qeyd olunurdu ki, “tibbi maska” adlandırılan bez parçasının qoruma funksiyası sıfra bərabərdir. (Hətta bu açıqlamanı bu gün bir əsgər kimi bütün ölkələrin qarşısında farağat durduğu ÜST vermişdi, ardınca deyildi ki, yox, hamı bir nəfər kimi maskadan istifadə etməlidir).

Bu mətndə xüsusi kateqoriyalaşdırılmamamış, individual baxış məhsulu olan bir sıra araşdırma, fakt, rəy və müşahidələr toplanıb.

Diqqətlə nəzər yetirəndə görərik ki, bir qayda olaraq, virusdan qorunma qaydalarının heç birində ən ümdə məqamlar qeyd olunmur. Lazım olduğu göstərilən bütün detallar dərman şirkətlərinin cibinə, əməl olunmalı bütün qaydalar isə orqanizmə yox idarətmə sturukturlarının işinin rəvanlığına hesablanıb.

– Məsələn, xüsusi tapşırıq almayan, bu oyunun içində olmayan və laboratoriyanın yetirməsi olmayan sadə həkimlər, ağsaqqal ekspertlər istisna olaraq bütün həkimlər və robotlaşmış “ekspertlər” çin gəlincikləri kimi eyni informasiyanı təkrarlayırlar. Onların heç biri virusa qarşı atılacaq ən ümdə addımın, sağlam qidalanmanın vacibliyini dillərinə də gətirmirlər. Çünki bu kimi ekspertlərin fərdi qənaətləri, öyrəndiyi ümumi bilginin lazımi yerə istiqamətləndirmək kimi bacarıqları yoxdur. Özündən əvvəl həmkarları tərəfindən qurulan bir rəvan cümlənin təkrarçılarıdır.

– Tutuquşu ekspertlərin virusa qarşı təkrarladığı vasitələr yalnız dərman pereparatlarının adı, tibbi maska, spirt və karantin qaydalarına əməl etməklə bağlıdır. Heç biri dərman pereparatlarındansa, təbii vasitələrə üstünlük vermək, tərkibində C vitamini olan meyvələrdən istifadə etmək, bədənin maye kütləsini artırmaq barədə danışmır. Halbuki insan xəstələnmədən əvvəl orqanizmini maye ilə yetərincə təmin etsə, viruslara qarşı ən lazımı addımı atmış olur.

– Yay boyu insanları çimərliklərdən, parklardan, günəşin altından çəkib qapalı evlərinə salan qurumlar bir kərə də olsun, yayda otaqları kondisionerlə ifrat dərəcədə soyutmağın pnevmaniyanın, ağciyər xəstəliklərinin bir nömrəli səbəbi olduğunu demədi.

– Əkisnə, bu kimi xəstəliklərin bir nömrəli düşməni olan psixi basqı, ölüm ajiotajı, mənəvi təcavüz bir gün də olsa, mətbuatdan yan gəzmədi.

Psixi basqı, neqativ atak nəticəsində insanların kütləvi ölə biləcəyi, xəstəliyi ağır keçirəcəyi halda niyə insanlara bir dəfə də olsun bu yöndə rəsmi, tibbi tövsiyyə edilmir? Əgər hamımız yoluxacağıqsa, hələki çarəsi də tapılmayıbsa, insanları bir illərlə vahimədə saxlamağın nə mənası var? Əgər bu səbəblə insan ölümü və yoluxmanın çoxalmağı kimlərinsə işinə yaramırsa, niyə psixi təsirlə ağırlaşan xəstəlik və artan ölüm sayları kimsəni narahat etmir?

– Dünyanın demək olar bütün ölkələrində aşağı yuxarı eyni dərəcədə yoluxma olduğu halda görülən ilk tədbirlərdən biri – sərhədlərin qapadılması bu qədər zamandan sonra niyə bərpa olunmur? Hamının ətrafında koronavirus olduğu iddia olunursa, buna bir fransızdan, yaxud azərbaycanlıdan yoluxmağın nə mənası var, hərçənd sərhədlərin bağlı qalması bəzi ölkələrə milyardlarla ziyan vurur. Avropa isə 15 günlük qapanmadan sonra Aİ tərkibində sərhədləri açdı (onsuz da sərhədləri yox idi). Avropa hazırda sərhdləri açıq şəkildə yaşayır. Təbii, pandemiya Avropaya bizim kimi ölkələrə vurduğu ziyanı vurmayacaq? Sərhədlərin bağlı qalması siyasi-iqtisadi təmənna daşımırsa, koronavirusun bütün sərhədləri aşmağından illər keçdikdən sonra ölkə sərhədlərinin bağlı qalmasının nə mənası var?

Meyar: Bir işin içində əmin olduğunuz xırda bir yalan aşkarladınızsa, demək o iş büsbütün yalandır. Heç kəs milyonluq halal sərvətinə bir manatlıq haram qatmır.

COVİD-ə qarşı tələb kimi qoyulmuş davranışların əks effekti:

– İnsanların qapalı məkanlarda olması yoluxma sayını artırırsa, insanların evlərə qapadılması niyə çıxış yolu kimi təqdim olunur?

Virusun ölkəmizin sərhdlərindən yenicə daxil olduğu vaxtlarda insanların evlərə qapadılmasının müəyyən məntiqi açıqlaması var idi. Bəs, hər gün 4000-dən çox insanın virusa yoluxduğu halda o insanların evdə olması, yoluxmanı azaldacaqmı? Evlərə yığılan kütlə kimdən təşkil olunub? Yoxsa virus ailələrə yaxın durmur? Yəni ailəyə xüsusi etimad göstərən bir virusla üz-üzəyiksə, bu başqa məsələ. Yoxsa mənim dostum Əhmədlə parkda, çay evində üz-üzə oturmağımla, doğma qardaşım Məmmədlə evdə üz-üzə oturmağımın nə fərqi var? Axı bu gün Azərbaycanda Əhməd də, Məmməd də virus daşıcılığı potensialı ilə eyni təhlükəyə malikdir. Hətta evlərdə insanlar daha yaxın olur, ünsiyyətdə məsafəni belə qorumur. Belə olduğu halda onların parklarda, restoranlarda müəyyən sosial məsafədə saxlanması daha effektiv olmazdımı? Yəni qeyd olunan reallıq fonunda baxsaq, restoranlarda masalar və oturacaqlarası məsafə qadağası insanları evdəkindən daha təhlükəsiz şəraitdə saxlamırmı? Belə çıxmırmı ki, biz restoranlarda kənar şəxslərin sosial məsafə tələbi ilə daha təhlükəsiz şəraitdəyik, nəinki səhərdən axşama qədər eyni insanlarla üz-üz qalıb dalaşarkən, sevişərkən, mübahisə edərkən…

– Virus düşünülənin əksinə dünyanın ən böyük canlısıdır. Qrip virusları hər il tibb elm adamlarının onlara qoyduqları müxtəlif adlar altında dünyanın üzərinə çökür, böyük bir quş kimi aylarla səmamızda qanad çalır. O, dünyanın ən sonuncu uyğun adamını (bədəni həmin virusa yoluxacaq durumda olan) yoluxdurmadan öz qanadlarını yer kürəsindən çəkmir. Ən sonuncu uyğun adamın bədənində canını tapşıran virus çox güman ki, xələfinə yeni detal verərək ölür.

Virusların təbiətin ən vacib üzvlərindəndir. Onlar hər il insanların üzərinə çökərək təbii seçim edir, başqa bir xəstəlikdən, səbəbdən bəlkə də biabırçı və ağır şəkildə öləcək adamı qısa müddətdə çökdürür. Bu zərbədən özünə gələn insan immunitet qazanaraq, növbəti mərhələyə adlayır, daha sağlam, yenilənmiş bir həyata qədəm qoyur, artıq başqa səbəblərdən çökmüş orqanizmlər isə bioloji dövrünü başa vurur. (Nə qədər amansız səslənsə də, bu təbiətin tələbidir)

İnsanların müdaxiləsi olduğu halda isə virusların üzərimizdəki hökmranlıq müddəti uzanır. Viruslar onsuz da yer üzərində yoluxdura biləcəyi sonuncu uyğun orqanizmdən də süzülməyincə bizdən əl çəkməyəcək.

COVİD-19 adlandırılan (minbir virusdan biri) hazırda yaşadığımız (bəlkə də artıq məhv olub, yerini yeni qrip virus tutub) virusdan özümüzü qorumağa cəhd edərək virusun ömrünü uzadırıq. Bəlkə də bununla da biz COVİD-19-u bəşəriyyətin ən aqressiv, deformasiyaya uğramış, xəstəhal (poetik dildə desək, arsız) virusuna çevirik. Virusda mutasiya mümkündürsə, çox güman ki, bunun səbəbi də elə özümüzü ondan qorumağa çalışaraq, onun ömrünü uzatmağa səbəb olmağımızdır. Əks halda, o bir mövsüm ərzində canımızdan süzülüb keçəcəkdi.

Dünya əhalisini yekdil olaraq karantinin şişirdilməsinə göz yummağa vadar edən səbəb – Media

Eyni yerdən tənzimlənən dünya mediası kamerasını haraya çevirsə, medianın işıqçıları işığını hayana tutsa, biz də dünyaya həmin bucaq altında baxırıq. Bu azmış kimi həmin işıqçıların kölgə saldığı yerlərə kənar gözlə baxmaq istəsək də, bir şey görə bilmirik. Təəssüf ki, bu gün həqiqət yox tribuna daha yararlı nəsnəyə çevrilib. Bəlli tribunalardan səslənən fikirlər birbaşa həqiqət kimi qarşılanır, digər informasiyalar ya qulağımıza çatmır, ya da qırıq-qırıq gələn həmin səslərin üzəri də tribunadan gələn səslə örtülür. Bu reallıq isə insanları debilləşdirir. Bəlli tribunadan gələn səs bütün insanları yekdil edir. Fikir rəngarəngliyinə yer saxlamır. O tribunalardan gələn səs dəmir həqiqət olub dünyanı arxasınca aparır. Uzun illər ərzində nəhəng akademiya halını alan qurumun lobaratoriyası hər cür uzman yetişdirir. Dünyanın bütün yetişkin insanları belə akademiyalarda qiymətləndirildiyindən kənarda peşəkar birinin formalaşması inandırıcı görünmür. “Əgər bu yalandırsa dünya alimləri niyə susur?” dedikdə bir məqamı unutmayaq. Dünya alimləri, çağdaş elm adamları, sözü eşidilən bütün məşhurlar bu və ya digər şəkildə həmin laboratoriyanın məhsullarıdır və elm də həmin akademiyalarda istehsal olunur. Bu üzdən həmin akademiyaların üzərinə həqiqət yazıb buraxdığı bağlamaları, demək olar, heç bir elm adamı açıb araşdırmır.

(Ötən il “Solovyovun verilişi”ndə deyirdilər ki, dünyanın ən məşhur vaksinoloquna koronavirus barədə danışmaq qadağan edilib).

– Bu köklü-köməcli mövzuya diqqət çəkərək yaratdığım fonda maska məsləsinə toxunaq. Koronavirusun yayıldığı deyilən ilk günlərdə ÜST-ün açıqladığı kimi (hərçənd sonralar bu msələdən danışılmadı) “qoruyucu maska”ların virusdan qorunmaqda effektivliyi yoxdur. Azacıq məntiqi olan insanlar qəbul edir ki, həm aşağıdan, həm yuxarıdan bir neç burun deşiyi boyda dəliyi qalan ucuz bez parçasının ölçüsü dilimizə yatmayacaq qədər xırda viruslardan qorumaqda bir işə yaramır. Həm parçanın məsamələrindən, həm açıq qalmış dərmədeşikdən virus rahatlıqla nəfəs yolumza daxil ola bilər. Hətta heç kəs o virisun kipriyimizə, qulağımıza, saçımıza, paltarımıza, tez-tez üzümüz sürtdüyümüz əllərimizə qonmadığından və bir an sonra həmin virisun bu yolla nəfəsimizə gedəcəyindən də sığortalanmayıb.

Bu təbiətin qanunudur, virus gəlibsə, illah da bir deşik tapıb girəcək. Virusdan qorunmağın əlahiddə yolu öz bədənini onun sevdiyi məkana çevirməməkdir. Orqanizmin immunitet və digər lazımi göstəricilərlə təmindirsə, virusa yerindəcə ona qalib gəlmiş olacaqsan. Yox əgər bədənin zəifləyibsə, üst-üstdən 5 maska taxsan da, ona yoluxacaqsan.

– Gələk “maska” adı verdiyimiz o əskinin bizim orqanizmimizə əks təsirinə. O bez parçası tibbdə istifadə üçün yaradılıb, daha çox həkimlərin, cərrahların birdəfəlik istifadə etdiyi yüngül qoruma vasitəsdir. Daha çox həkimin azğından çıxan tüpürcəyin, nəm nəfəsin açıq yara üzərində yarada biləcəyi fəsadın qarşısının alınmasına və xəstənin qanının, iltihabının həkimin ağzına, burnuna sıçramasının qarşısını almağa hesablanıb. (Əslində heç bu işi də düz-əməlli yerinə yetirə bilmir.)

Biz onunla burunumuz qapatdıqda isə orqanizmimizə bir neçə yerdən zərbə vururuq. Ağ ciyərlərmizdən boşaltığımız nəm karbon qazının bir hissəsi yenidən ciyərlərimizə qayıdır. Burnumuzla parça arasında nəm hava təbəqəsi yaranır, normal oksigen almağımızın qarşısı alınır.

COVİD-dən dünyasını dəyişdiyi deyilən əksər insanların pnevmaniya (ağ ciyərə həddindən artıq maye yığılması, Ağ ciəyər iltihabı) səbilə öldüyünü nəzərə alsaq, tibbi maska dediyimiz bez parçasının bizim ciyərimizə daim nəm nəfəs göndərən səbəb olduğunu görməzdən gəlməli deyilik.

Eyni zamanda nəzərə alaq ki, verilən nəfəs təkcə bədəndən xaric olan karbon qazından ibarət deyil, əslində verilən nəfəs bir ifrazatdır. Verilən nəfəsin tərkibinə təkcə kimyəvi yöndən yox, həm də mənəvi yöndən baxılmalıdır. Verilən nəfəs ahdır, ağır havadır. Tibbi maska onu burnumuzun qarşısında saxlayaraq, öz canına hopduraraq yenidən ağ ciyərlərimizə qaytarır.

Az əvvəl mediadan boşuna söz açmadım, əgər həmin media qurumlarından maskanın bu kimi zərərlərindən biri səslənsəydi, eşidən hər kəs son dərəcə mütəəssir olacaq və tibbi maskanın lazımsız bir şey olduğuu rahatlıqla qəbul edəcəkdilər. İndi isə insanlar əziz əşya kimi bədənlərinin ən gözəl yerində, simalarında gəzdirməkdən çox da narahat deyillər.

– Növbəti aktı isə hər biriniz müşahidə etmisiniz; koronavirus tozanağı qaldırılandan bu yana testi pozitiv çıxan qaranquşlar məhz ən çox qorunan, burnundan maska, əlindən spirt düşməyənlərdir. Bu necə ola bilər? Ən ümdə şərt qorunmaqdırsa, ən çox qorunanlar niyə yoluxurlar?

– COVİD-19 əqli xəstəlikdir. İnsan öncə ona beynində yoluxur, sonra hər nə qədər örtünsə də, bir yerdən o virisu tapır, yoluxur, çox hallarda da elə o virusdan ölür. Çünki bu adamlar bütün ruhları ilə həmin tribunalardan yayılan informasiyaları qəbul edir, bədənnüma inanır və özlərini həlak edirlər.

Əsrlər öncə təsdiqlənmiş metodlar var, insanın bir şeyə inanması məsələnin 90 fazini təşkil edir. “Dağ edilmiş qəpik” testi, “öncəgörən kimi təklif olunmuş saxta bir insanın verdiyi ölüm proqnozunun reallaşması” və s. Elmin də təsdiq etdiyi kimi insan inanaraq, daha doğrusu əmin olaraq xərçəngə də qalib gələ bilər, səhhəti ilə bağlı bir kəlmə yalan informasiyayla qısa müddətdə ölə də bilər.

Koronavirsun öldürdüyü adamların böyük hissəsi hər il yoluxduqları virusu ayrı ad altında və öldürücü virus kimi qəbul etdikləri üçün yenilirlər. Onlar pandemiya sıxıntısından sarsılmış, özlərini xırda xəstəlikdən belə xəstəxanalıq etmiş adamlardı. Hamı panikadadır, boğazı qaşınan, asqıran, temperaturu qalxan – hər kəs ölməkdən qorxur, təcili yardıma zəng edir, bu halda təbii ki, ölkədə pandemik situasiya yaranacaq. Amma fikir verirsinizsə, 2020-ci ilin mart, aprel və may ayları karantin olsa da, hətta dəfələrlə sərtləşdirilsə də, xəstə tapılmırdı, illüziya yaradılsa da həqiqi vəziyyət ağır deyildi. Hamı deyirdi, xəstələlən, ölən olsaydı, biz də eşidərdik. Artıq bu gün hamımız eşidirik. 2020, 2021-ci illərdəki “profilaktik tədbir” dünyada həqiqi yeni xəstəliyin əsasını qoydu.

Əgər düşünürsünüzsə ki, ciyərə suyun yığılması xərçəng, ürək, ruhi xəstəliklərindən fərqli olaraq fiziki prosesdir, yanılırsız. Ciyərə su yığılması təkcə fizki proses deyil. Əslində bütün qrip viruslarına yoluxan şəxslərin ağ ciyərlərinə müəyyən miqdarda maye yığılır. Virusu ağır keçirənlərin ağ ciyərlərindəki iltihab, bəlğəm bəzən bir mövsüm ərzində təmizlənmir, təngnəfəs olurlar, gecələr boğulurlar.

Ağ ciyər dalan (tupik) orqan olduğundan onun içinə nəfəslə dolan toz, kir başqa yolla çıxa bilmir, orada mütləq iltihab yaranmalı və həmin iltihab və mayenin içində xəstə tərəfindən öskürək, asqıraq və digər vasitələrlə çıxır. Koronavirisun ölümcül virus olması ilə bağlı hər gün eşidilən inormsiyalar isə vəziyyəti bir az da qəlizləşdirir, insan təngnəfəs olduqca ciyərlərin sıradan çıxması sürətlənir. Unutmayaq, ağ ciyər də ürək kimi mənəvi orqandır. Lap klassik əsərlərə baş vursaq, orda ürəklə yanaşı “yanan”, “parçalanan” ikinci orqan ciyərdir. Ürəyim kimi ciyərim, ciyərparəm sözləri də işlək olub. Yəni, ciyər birbaşa mənəvi orqandır və psixi basqıdan, kütləvi neqativ proqnozlardan – xüsusən də ağ ciyər xəstəiyi ilə bağlı alınan ardıcıl informasiyalardan insan çox rahat boğula bilir, boğulma da insanın hər nəfəsdə bir az da ciyərinə su yığması deməkdir.

Koronavirusdan söz düşən kimi ən çox verilən suallar ən diletant yanaşmalardan biri.

Məsələn, “koronavirusa inanırsan?” sualı kimi. “Korona” adı verilmiş bir virus təbii ki, mövcuddur və bu gün həqiqətən bir çox insanlar bu səbəblə dünyasını dəyişir. Lakin psixi təsir və dünya üzrə sırf bu virus səbəbilə kütləvi ölüm gözləntisi yaradılmasaydı, bu virusun öldürücülük qüvvəsi digərlərindən çox da fərqlənməyəcəkdi. Bəlkə də qrip viruslarından daha az olacaqdı. Məsələn, bir fərdi nümunə: 2018-ci ilin yaz-payız aylarında yoluxduğum virus daha ağrılı idi, nəinki sonrakı 3 il.

Koronavirus yox, onun haqqında yaradılmış informasiya və başladılan saxta pandemiya (koronavirus barədə bu terminin istifadə olunduğu ilk günlərdə pademik vəziyyət yaranmamışdı, hətta indiyədək bəzi Avropa ölkələrinin statistik cədvəllərində pandemiya yox, epidemiya yazılır) bir çox tərəfləri ilə özünü deşifrə edir. Saxtalığını isbat edən yönləri xüsusi həssaslıq, bilgi, skeptik baxış tələb etdiyindən bunu ifşa edən üsul yoxdur. Deşifrə prosesi fərdi qabiliyyət tələb etdiyindən, Avropa ölkələrində də kütlə şişirdilmiş rəqəmlərl, tibbi xalat geyindirilmiş görkəmlə bu hala gətirilən prosesi görə bilmədi. Bəli, ötən il əksər xəstəxanalar virusa yoluxmuş xəstələrlə doldu, artıq insanlar adi qriplə belə mübarizədə acizlik çəkir, qorxudan xəstəxanaya qaçır, xəstəxanalarda isə bir Allah bilir nələr baş verir…

Ağciyər xəstəsidirsə, niyə uşaqlar yoluxmur?

– Çünki uşaqlara psixi basqı mümkün deyil, onlar aldadılaraq xəstələndirilə bilinməyən varlıqlardır. Bunun üçün də texnoloqlar uşaqların üstünə əvvəlcədən bir quş qoydular.

Daha çox yaşlılar ölür

– Niyə? Çünki yaşlılar onsuz da bu və ya digər şəkildə ölür, həm də onların psixoloji təsirlə öldürülməsi daha tez başa gəlir, orqanizmləri zəifdir. Bir sözlə, bu amansız ssenaridə qocalar statistika üçün “ən yaxşı” materiallardır. “Virus daha çox qocaları öldürür” informasiyası olmasaydı, sabah açıqlana biləcək ölən şəxslərin siyahısındakı qoca təvəllüdlər bir çoxlarını şübhləndirə bilərdi. Ortaya belə bir sual çıxa bilərdi: Niyə ancaq qocalar? Bu sualın cavabı əvvəlcədən hazırlnıb. “Bu COVİD-19-un xüsusiyyətidir”.

– 2020ci iıdə insanlar yayda çimərliklərdən uzaq saxlandı. Çünki dəniz insanların ən çox immunitet qazandığı və stress atdığı məkanlardır. Bu isə COVİD-19 müharibəsində əks cəbhənin silahlanması deməkdir. Azərbaycanda hər şeydən əvvəl toyların saxlanmasının da görünən iki əsas səbəbi var. Birincisi Azərbaycanda böyük bir biznes zəncirinin ilk halqası olan toyları saxlamaqla biznes çarxına mıx soxuldu, ikinci qafqazlıların psixoloji reablitasiya “xəstəxana”ları olan toyxanalar saxlanılaraq insanlar COVİD-in cənginə verildi.

– Dünya üzrə yaradılan bu pandemiya illuziyasına qarşı düşünərlərin gəldiyi bəzi ağlabatan, kövrək qənaətlərə qarşı isə əks arqumentlər həmən hazırlanır. Pandemiya tamaşasını deşifrə edəcək ipucular gəldikcə bu ipucuların insanların fikrini oğurlamaması üçün ortaya atılan ən effektiv üsul həmin arqumentlərə uyğun zarafat, lətifə, lağ ifadə yaradaraq onları puç etməkdir. Məsələn, şişirdilmiş virusa qarşı vaksin, peyvənd adı ilə insanlara yeni virusun vurula biləcəyi iddisı ortaya düşən kimi Azərbaycamda “qaqa, biz çip taxacaqlar” zarafatı yarandı. Bu zarafat ağılabatan “vaksin-peyvənd” məsəsləsini kölgədə qoydu. Hamı bir ağızdan bu fikrə şəbədə qoşdu və iddia beşiyindəcə məhv oldu.

– Yazın əvvəllərindən Hopkins universiteti hansı ölkədə nə qədər adamın öləcəyi ilə bağlı proqnozlar açıqlamışdı. Çox güman ki, bu proqnoz yox, bir növ tapşırıq idi. Yeri gəlmişkən həmin proqnozlarda Azərbaycanda 1000 nəfərin öləcəyi proqnozlaşdırılmışdı. O zaman Azərbaycanda koronavirusdan gündə bir adam “ölürdü”. Bu sayın minə çatacağı inandırıcı deyildi. Artıq bizdə ölüm göstəricisi minlərlədir…

– Yeri gəlmişkən, pandemiya tozanağının qaldırlıdığı ilk aylarda dünyanın bütün ölkələrində, indi isə bir çox ölkələrdə koronavirusla bağlı statistikanı açıqlayan, bu tamaşanı kurasiya edən qurumlar rəsmi, ənənəvi səhiyyə qurumları yox, universitetlər və ölkələrdə yaradılmış müvəqqəti qurumlar idi.

Bizdə də bu işi yeni qurulan bir qurum kurasiya edir: TƏBİB. Zəif arqument olsa da, adından göründüyü kimi TƏBİB üzərində düşünülmüş kreativ layihədir. Mahiyyəti önəmli olan bir qurum olsaydı, adı TQDK kimi çətin bir abreviatura yaradardı. Bircə anda yaradılan qurumun adı da işinə uyğun bir abreviaturada cəmləşdi. Bu da maraqlı məqamdır. Dünya və Azərbaycanda bu işin altına rəsmi orqanların, Səhiyyə Nazirliklərinin girməməsi bu qondarmanın hər an ifşa oluna biləcəyi ilə bağlıdır. Ölkəmizdə pandemiya dövründə Səhiyyə Naziri Oqtay Şirəliyevin bir dəfə də olsun bu müstəvidə gözə görünməməsi, çox güman ki, mütəxəssisin, yaxud daha ciddi bir instansiyanın bu məqamı ciddiyə almasıdır.

Pandemiyaya qol qoymayan ölkələri nə gözləyir?

Çox güman ki, başqa ad altında sanksiya! Yaxud Belarusiya misalı inqilab. Ən acısı isə budur ki, əgər pandemiya şəraitinin yaradılması tapşırığı kənardan gəlirsə, bu tapşırıq Azərbaycana daha ağır şərtlərlə təqdim olunur. Çox güman ki, ölkəmiz siyasi icraçıların bölüşdürdüyü bölgüdə son səbətdədir. Məslən, normal ölkələrdə insanlar pandemiya, karantin şərtlərindən Azərbaycada olduğu qədər əziyyət çəkmir. Rusiya kimi qarışıq ölkədə pandemiyanın kəskin günlərində hər kəs rahat işinin başında oldu. Yalnız ərzaq mağazalarına girərkən maskadan istifadə zururi oldu, vəssalam. Sonra isə, ümumiyyətlə, qadağan olundu.

Bunu niyə edirlər?

– Qırxayaqlı hörümçək kimi bir neçə yerə şaxələnmiş bu ideya haqqında birmənalı danışmaq, konkret səbəblər yazmaq ilk baxışdan gülünc görünə bilər. Çünki, az əvvəl qeyd etdiyim kimi, ideyanın faşına hesablanmış istənilən arqumentə əks lətifə hazırdır.

– Bu qərarın dünya üzrə hakimiyyət cəmiyyət münasibətlərində birinciyə avantaj qazandıran tərəflərindən biri insanları daim nəzarətdə, əsarətdə, qorxu altında saxlamaqdır. Karantin müddətində evdən çıxama qadağası, maska taxmaq məcburiyəti insanları polis yanında gözükölgəli edir. Hər polisi gördükdə özlərini yığışdırdılar. Bu “qudurmuş” kütlənin “ipini yığmaq” üçün əvəzsiz fürsət idi.

– Uzun illərdir ki, təbiət öz təbii seçimini insanlar üzərində ənənəvi şəkildə apara bilmir. İnkişaf nəticəsində hər bir fərdin yaşamaq və nəsil artırmaq imkanı və hüququ olduğundan dünyada qüsurlu insanların sayı artır. Qüsurlu qismində təkcə fiziki problemlilər nəzərdə tutulmur, bu daha çox ilk baxışdan normal görünsə də daim problem yaradan, hər məsələdə fikrin dəyişən, öz yolu, fərdi təşəbbüsü olmayan İQ səviyyəsi çox aşağı olan adamlardır. Bu test onların sayının azaldılması üçündur. Faşist qərar olsa da, reallıqdır.

– Qida təhlükəsizliyinin təminatında insan artımının aruzolunmaz proqnozlar vəd etməsi, atmosfer çirklənməsi və dünya əhalisinin sayının gün-gündən düşünüləndən daha çox artması dünya “başbilən”lərini uzun illərdir narahat edir. XX əsrin ikinci yarısından etibarən insanların ömrü uzanıb, ölüm insanlara bir neçə il gec yaxınlaşır. Bir sıra xəstəliklərin çarəsinin tapılması da əhalinin yer kürəsində daha çox qalmasına şərait yaradıb.

Əhalinin çox olması qida, atmosfer, bioloji problemlərlə yanaşı “başbilənlər”i müxtəlif yönlərdə narahat edir. Artıq klassik müharibələrlə kütləvi insan öldürmək mümkünsüz hala gəlib. Eyni zamanda müharibələr insanlar arasında amasnız seçim etdiyindən – daha sağlam insanların ölməsi müharibəni müəlliflərin gözündə effektsiz üsul edir.

İnsanın özünü özünə qarşı çevirmək ideyası bu müstəvidə “unikal” tapıntıdır. Fərdi özündən yaxşı, tez və problemiz öldürə biləcək ikinci canlı yoxdur. Öz haqqında bədgüman olan insan çox yaşamır, xırda yarasını böyüdüb fil edə bilən, özünə rahatlıqla qənim kəsilə biləcək bir varlıqdır insan.

Özünə qənim kəsilə biləcək insanlar kimlərdir?

– İtaətkar adamlar. Bu adamlar bütün informasiyalara müstəvi üzərində baxır, hazırhulqum məlumatları qəbul edərək anında yalana təslim olur. Bu tip insan növü isə müasir dünya üçün lazımlı sayılmır.
Qərb itaətkar yox, üsyankar, inadkar, şübhəsini qoruyan adamları sevir.

Sonuncu böyük filosof sayılan, Avropa fəlsəfəsinin atası İmanuel Kant deyir:

“Zəka əxlaqın mənbəyidir. Estetika mühakimə qabiliyyətinolan insanların ifasında yaranır”.

Filosofun fikrindən irəli çıxsaq, bu gün dünyaya estetika yarada bilən insanlar gərəklidir. Daha doğrusu hər gün yeri daralan gəmidə daha çox bu adamların – özlərinə niyə sualı verə bilən, mühakimə qabiliyyəti olan, skeptik adamların haqqı var. Açıq dillə ifadə etsək, “koronavirus maskaradı”na inanıb özünü xəstəxanalıq edən, özünü boğan insanlar Yeni dünyaya gərəkli deyil.

– Bəli, bu Hitler siyasətidir. Sadəcə bu ideyanı inkişaf etdirən adamların Hitleri qiymətləndirib, onun zamanında bu ideyanı həyata keçirmək cəhdini alqışlamaq cəsarəti yoxdur. Əslində Dostoyevskindən qaynaqlanıb, Freyddə inkişaf edib Hitlerdə həyata keçən “ali irq”, “üst insan” modeli bu gün də arzuolunandır. Sadəcə bu fikirləri etiraf etmək, “üst insan”dan savayı yerdə qalan insan tipinə tam insan yox, ikinci dərəcəli insan adlandırmaq faşizm baxışıdır. Bu baxışı açıq yürütmək mümkün olmadığına görə ideyaya görə ikinci dərəcəli adamlar özlərini qırmalıdırlar.

– Üç il öncəyə qədər inandırıcı görünməsə də, bu ideya ayaq tutub yeridi. Artıq insanlar sıradan bir virusla özlərini öldürürlər. Ətrfımda şəxsən tanıdığım bir neçə adam özünü qurban etdi.

– Əgər koronavirus, pandemiya reallığında nələrsə şişirdilirsə, bunu kimlər edir, məqsədləri nədir, kimi suallar şərqli insanı düşündürən ilk suallardır. Qərb nəticəyə, bu qərarlar nəticəsində özünə dəyən ziyana baxır, biz isə qazanan tərəfin məqsədinə, qazanılınan məbləğə və s.

– Təbii ki, bu mətndəki əksər iddialar individual yanaşma məhsuludur. Müddəlara fərdi müşahidələr analizlər sonunda qələmə alınıb. Tam bu üzdən mənim üçün də məsələdə xeyli qaranlıq məqamlar qalmaqdadır. Ona görə sonda yazdıqlarıma dair ağlıma gələn əks iddiaları da bölüşmədən mətni bitirmyəcəm.

– Şişirdilmiş rəqəmlər (çünki gözümüzün qarşısında müxtəlif səbəbələrlə ölən yüzlərlə adama da “koronavirus” diaqnozu qoyuldu. Bu təkcə Azərbaycanda yox, başqa ölkələrdə də qeydə alınmışdı, bir neçə ay öncə mətbuatda Braziliyada əyalət rəhbərlərindən birinin ÜST-ün nümayəndəsinə iradı tirajlanmışdı. O, qeyd edirdi ki, Braziliyada başqa səbəblərlə ölən minlərlə adamın ölüm səbəbi kimi koronavirus göstərilib yazılıb) həm də növbəti həqiqi pandemiyaya hazırlıq prosesi ola bilər. Məsələn, koronavirusdan dünyada ölənlərin ümumi sayı 5 milyon olarsa, sabah 5 milyon insanı öldürə biləcək xəstəliyi (süni yaradılmış xəstəlik də ola bilər) insanlar faciə kimi qarşılamayacaqlar. Əzizlərini itirdikdə belə, koronavirusu xatırlayıb rahatlaşacaqlar; Allah betərindən qorsun.

– Saxta pandemiyanın yaradılmasına digər bir səbəb isə kütləvi dərman satışı ola bilər. Artıq əhəmiyyətindən daha çox formal təsiri olan dərmanlar ən rahat pul qazanılan sahələrdəndir.

– “Dünyadakı bütün fiziki prosesləri saxlayaraq onlayn dünyanın inkişafına fantastik dəstək vermək” – bu isə pandemiyada müşahidə etdiyimiz ən öncül proseslərdən idi.

– Yeni bir dünya, yeni insan, yeni mədəniyyət, yeni sənət yaratmaq. Təbii ki, artıq bu proses baş verməkdədir. Pis, ya yaxşı – yeni bir yol açılır. Bu yol ya yeni üfuqə doğrudur, ya da yerin dərinliyinə doğru. Doğru, ya yanlış olduğuna da gərək özünüz qərar verəsiniz.

İnsanlar bezib, “ölmək ölməkdirsə, xırıldamaq nəyə lazımdır?” deyir. Təəssüf ki, dünyanın bu hala gəlməsinə səbəb də elə dünya əhalisinin bu informasiyanı qəbul edəcək potensialda qalmasıdır. “Quş”, “donuz”, “ebola” altında alınmayan virus layihəsi “Korona” kod adı ilə alındı və dünya bu virusu yedi.

XXI əsrin adamının bu boyda uydurmanı qəbul etməsi utancvericidir. Azərbaycan, Qafqaz, Şərq ölkələri bir yana bu uydurmanı Qərb ölkələrinin vətəndaşlarının da rahatlıqla həqiqət kimi qarşılaması böyük bir testin cavabıdır. Demək, çox da ağıllı deyilmişik. Hərçənd Qərb adamı pandemiyadan, karantindən Azərbaycan və Azərbaycanla eyni səbətdə olan ölkələr kimi məhrumiyyət və görmürlər.

Bununla yanaşı dünya ölkələrində pandemiyaya qarşı həm geniş etirazlar keçirildi, həm də elektron platformalar yaradılaraq “saxta virus”u ifşa etdilər. Sadəcə dünya mediası, yəni hakim dairələrə xidmət edən populyar media, təbii ki, bu etirazları dünyaya təqdim etmədi. Biz o etirazları yalnız fərdi profillərdə, sosial şəbəkələrdə izlədik.

Bu mətn dünyanı ağuşuna almış nəhəng bir hadisənin deşifrə olunmasına, ifşaya hesablanmayıb. Onsuz da bu və bu tip yazıların təsirilə bu qanlı çarxın hərəkəti qəti ləngiməyəcək. Bu yazı xalqımın qorxudan ölən bəzi nümayəndlərinə kömək məqsədilə yazılıb.Onsuz da heç bir nüfuzlu təşkilat, rəsmi dairələr sizi sağaldacağına söz vermir. Əmin olun ki, sizin sağlamlığınız öz əlinizdədir. Bu xəstəliyi unudun. Göstərilən qaydalara əməl edin, amma qorxaraq yox, qanun olduğu üçün. Əks halda özünüzü sıxıb axırınıza çıxacaqsız. Özünüzü psixi basqıdan qoruyun ki, ürək-damar və digər qəfil xəstəliklərdən ölməyəsiz. Deyin, gülün, bol-bol qazlı-limon sıxılmış su için. Qatıq için, meyvə yeyin, sərin suniçin. Əzizlərinizə də deyin ki, COVİD ölümcül xəstəlik deyil. Bu xəstəlikdən yalnız bu halda salamat qurtaracaqsız.

Qeyd: Artıq 2022-ci ilin avqusundayıq. Azərbaycanda yenidən süni şəkildə pandemiyaya cəhd müşahidə olunur. Unutmayaq, nəyi istəyiriksə, nəyə layiqiksə, o cür də idarə olunuruq. İdarəetməni mükəməlləşdirən əsas təsir neqativlərə etirazdır. Etiraz etməkdən usanmayın!

Sərdar Amin