“Partizan” ədəbiyyatımızın seçmə şeirlərindən olan Vaqif Bayatlı Odərin qardaşımın üzü” şeirini təqdim edir:
Dilərəm Tanrıdan qəlbə dəyməyən,
Uduzub yorulan, udub doymayan,
Ağlaya-ağlaya top-top oynayan,
Qardaşımın üzü köməyim olsun.
Vurduğu topları dəyər dirəyə,
Kimə bir söz desə dəyər ürəyə,
Belə bəxti olan çətin kiriyə,
O da ağlamasın bəs kim ağlasın.
Dərd gəldi – könlünü bağlamaz kişi,
Yaş gəldi – gözündə saxlamaz kişi,
Çox nahaq deyirlər ağlamaz kişi,
Kişi də insandı gözü-könlü var.
Ağla demirəm ki, hər kəlməbaşı,
Dərd olur, söz olur ağrıdır daşı,
Üzündə xəbərsiz qovur yaş-yaşı,
Dörd yanın kişiysə utanma, qardaş!
Dilərəm tanrıdan qəlbə dəyməyən,
Uduzub yorulan, udub doymayan,
Ağlaya-ağlaya top-top oynayan,
Qardaşımın üzü köməyim olsun.