Nobel həftəsi başladı – Bu il ədəbiyyat üzrə mükafatı kim alacaq?

Loading

Nobel həftəsi başladı. Bukmeyker kontorları son üç gündür ən başa fransız Mişel Uelbeki, keniyalı Tionqonu qoyublar. Bir də çox güclü kampaniya başlayıb ki, mükafatı Salman Rüşdü alsın.

Ancaq bukmeyker kontorlarının əmsallarına etibar yoxdur, ötən ilin qalibi Əbdülrəzaq Qurnanın adı heç siyahıda yox idi.

Nobel komitəsi 50 il boyunca kimlərin namizəd olduğu gizli saxlasa da, bəzi ədəbi agentliklər, qurumlar öz namizədlərini ictimaiyyətə açıqlayırlar.

İsveç pen-klubu bu il üçün namizədləri:

Suriyalı şair Səlim Bərəkət;
Haiti-Amerika yazıçısı Edvic Dantika;
İraqlı yazıçı-jurnalist İnam Kaçaçi;

Bolqarıstan Pen-klubunun namizədi – Bolqar romançı Georgi Qospodinov;

Polşa Elmlər Akademiyasının namizədi – Ukraynalı şair, esseist Sergey Jadan.

Bəs sizcə mükafatı kim alacaq?

(Paylaşdı: Qismət)