Məşhur aktyor nazirliyin şöbə müdirini təhqir etdi: “Qanacaqları bu qədərdir…”

Loading

Məşhur aktyor Hikmət Rəhimov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov haqqında ağır ifadələr işlədib.

“Partizan” xəbər verir ki, aktyor sosial şəbəkə hesabında şöbə müdirinin fotosunu paylaşıb, ona “fotodakı adam” deyə müraciət edərək, aşağıdakı ifadələri ünvanlayıb:

“Deməli, Türkiyənin Bursa şəhərində festivalda “Həyat deyəsən gözəldir” filminin nümayişi oldu. Filmdə əsas personajlardan birini mən oynamışam. Amma ora mən fotodakı adam tərəfindən dəvət olunmadım, oluna bilərdim. Əvəzində ora 2-3 nəfəri çıxmaq şərti ilə, kinoya heç bir aidiyyatı olmayan adamları yığıb apardı.Təkrar edirəm 2-3 nəfərdən başqa ordakıların kinoya qətiyyən aidiyyatı yoxdur.

“Kruq məsələsi” – bu qədər.

İnanın ki,dəvət eləsəydilərdə belə getməyəcəkdim. Sadəcə qanacaqları bu qədərdir.

Haqqım catırdımı orda olmağıma? Bəli, çatırdı.

Fotodakı adam sənə və sənin nazirinə hələ xod gedən vaxtinızda sözlərimi dedim. Sənlə üz-üzə oturub danışdıq və sənə bu camiyənin hansı vəziyyətdə olduğunu dedim və qoz qoymadın.

Şahidin adaşın və muavinin orda idi.

Sənlə son görüşümüzdə sənin bədən dilin mənə başqa şey deyirdi. Sən artıq incəsənət adamı yox, pox yemiş məmuru oynayırdın mənə.

Yadında, sənlə son görüşümüzdə səni qucaqlamaq istədim, dedin ki xəstəyəm, üzürlü say. Sənlə 1 saat söhbətdən sonra ayrılanda qucaqlaşdın, sənə sual etdim “xəstəliyin keçdi?” Və sənə son olaraq bunu dedim, bu bizim son görüşümüzdür.

Fotodakı adam, bu camiyəylə necə məzələndiyini, nələr elədiyini… hamısından xəbərim var. Sadəcə sənin evində çörək yemişəm, əgər çörək bilirsənsə nə deməkdir. Bu sənin üçün Bostonda oxumaq deyil.

Təki bu işlərdə başın ağrımasın, amma sən səndən əvvəlkilərə rəhmət oxutdurdun. Məmur eqon imkan vermədi sənə.

Bakı balaca şəhərdir, bir gün rəngli corab geyinib “ansız kapını çalacam”.

Mən sənə maddi durumum pis olanda ssenarimlə gəldim, dedim qəpik quruş ver, bunu çəkim, yanında elə adamlar görürdüm ki, o adamlar 8 dəfə ölüb dirilsələrdə, kinoya heç bir aidiyyatları yoxdur.
Səndən mükafat, nədə fəxri ad istəmədim.

Amma sənin gözlərində bir “yolaverdi” və laqeydlik vardı. Bax o gözlərə mən zamanı gələndə yenə baxacam.

Bu karmadır, bu kainatdır, bu tanrının ədalətidir.

Sona qalan qalib olur, foto adam”.

Qeyd edək ki, Rüfət Həsənov kinorejissordur, o, Mədəniyyət naziri Anar Kərimov tərəfindən 2020-ci ilin avqustunda Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.