Senzura əksər sovet filmlərimizin koloritini məhv etsə də, bəzi məqamlarda rejissorların yaratdığı və senzuradan keçirdiyi səhnələr bu gün təəccüb doğurur.
Belə səhnələrdən biri “Dəli Kür” filmində Cahandar ağanın əri uzun illər əvvəl ölmüş dul bacısı Şahnigarla yenicə qaçırdığı gəlin – Mələk arasındakı dialoqdur.
Həmin səhnədə Şahnigar Mələyin paltarınıı cıranda onun sinəsini görür və heyrətini gizləyə bilmir. Qadın olsa da, onun sinəsinə baxıb “elə bil tər bənövşəsən, adam səni yemək istəyir”, deyir.
Həmin dönəmlərdə “lesbiyanlıq” anlayışı yayğın olmasa da, sözügedən səhnəni bu gün analoji müstəvidə müzakirə etmək olar.
“Partizan” həmin səhnəni təqdim edir: