Prezident fotoqrafının arvadı ilə sevişdi – Namus üstündə ölkədən qaçan Xalq artistimiz – VİDEO

Loading

“Partizan” TV11-in “Bu adam” verilişini təqdim edir.

Azərbaycanın iki Mixaylosu var idi, biri “Uzaq sahillərdə”, biri də elə Xəzərin kənarında…

Mehdi Hüseyn obrazını yaradaraq Mehdinin özündən daha çox məşhurluq qazanan Xalq artistimiz, acar əsilli Nodar Şaşıqoğlunun həyatını dəyişən bir hadisəni təqdim edirik. Həmin hadisə baş verməsəydi, Nodar, bəlkə də SSRİ-nin ən çox filmə çəkilən və şöhrətli aktyoru olacaqdı… Bu hadisə qadınla bağlıdır. Özü də başqa bir məşhurun arvadı ilə bağlı. Bu barədə bir neçə saniyə sonra…

Nodar İzzət oğlu Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib. Türk əsilli babası Acarıstanda tanınmış zadəganlardan, atası isə çar zabiti olub. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb.

Qadın heyranlarının arsından seçdiyi qızın anası erməni idi. Olduqca qəşəng olan bu qız xüsusən baş rollarda oynayan aktyorun sevgisini qazana bilmişdi. Onun darıxmasının, yeni evləndiyi xanımından da ayrılmağının səbəbkarı erməni qaynanası oldu. Nodar Şaşıqoğlu evini də xanımına verib evdən də, işdən də çıxır.

Nodar Şaşıqoğlu ümumilikdə dörd dəfə evil olub, hər dəfə də evini növbəti xanımına verib, bir çamadanla çıxıb.

“Uzaq sahillərdə” filminin nümayişindən sonra adamlar Nodar Şaşıqoğlunu Mixaylonun özüymüş kimi əlləri üstdə aparırdılar. Əynindəki kostyumdan özlərində nə isə bir yadigar saxlamaq üçün hərə bir kəsim götürməkdən onu cırıq-cırıq etmişdilər. Küçədə onu “Mixaylo” deyib qucaqlayıb öpürdülər. Nodar Şaşıqoğlu bu şöhrətdən qorxmurdu. Küçələrdə piyada gəzməkdən çəkinmirdi.

Filmin premyerası “Nizami” kinoteatrında keçirildi. “Vətən”də göstəriləndə bilet almaq istəyənlərin növbəsi “Azneft”dən başlayırdı. Kinoteatra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar məni əhatə etdi. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardılar. İnanırsınız? Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşalarda adam əlindən yer olmurdu”.

Nodar Şaşıqoğlu “Uzaq sahillərdə” filmindən sonra dalbadal “Əsl dost”, “Mateo Falkone”, “Onun böyük ürəyi”, “Bizim küçə”, “Leyli və Məcnun” filmlərinə çəkilir.

Bundan sonra Nodar Şaşıqoğlu səkkiz il Bakıda yaşayır. Rejissor Məhərrəm Haşımov onu dəfələrlə Rus Dram Teatrında işləməyə çağırırdı. Hər dəfə imtina edirdi, çünki filmlərə çəkilirdi. 50-ci illərin sonu – 60-cı illərin əvvəllərində “Azərbaycanfilm”in ən parlaq aktyoru Nodar Şaşıqoğlu idi. Eyni vaxtda iki-üç filmə çəkilirdi. Pula da pul demirdi. Bakının gözəl vaxtları idi.
Şahin Qalbəylinin sözlərinə görə, filmdən sonra Nodar Şaşıqoğlu o qədər populyarlıq qazanır ki, şöhrət onun həyatını da məhv edir/

Onun karyerasını məhv edən həmin xanım və hadisə ilə bağlı məlumat aşağıdakı videomaterialdadır.