Nizami haralıdır? – İranlı, yoxsa Azərbaycanlı? – VİDEO

Loading

“Partizan” TV 11-in “Tarix unutmur” verilişindən Nizami Gəncəvi ilə bağlı nadir fakt təqdim edir.

Nizami Gəncəvini haralı olması ilə bağlı xeyli iddialar var və dünya onu əksər mənbələrdə Fars şairi kimi təqdim edir deyə, əcnəbilər Şeyx Nizamini fars sayır.

Bəs, Əslində Nizami Gəncəvi haralıdır? Onun adındakı Gəncəvi sözünün bizim Gəncə şəhəri ilə əlaqəsi varmı? Yoxsa onun təxəllüsü Gəncinə Nizamlayan, yəni xəzinə nizamlayan deməkdir? Bu bir rütbədirmi, yoxsa Nizami həqiqətən Gəncəlidir?

“TV 11” “Tarix unutmur” silsiləsindən daha bir tarixi kitabın toz basmış səhifəsinə işıq salır.

Pafosdan, saxta vətənpərəvrlikdən sıyrılıb tarixi faktlara diqqət yetirdikdə də Nizami Gəncəvinin bu gün Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədən olduğuna dair çoxlu faktlarla rastlaşmırıq. Hətta onun ədəbi təxəllüsünün – yəni Nizami Gəncəvi ifadəsinin də Gəncə şəhəri ilə əlaqəsinin olmadığını, bu ifadənin farsa Gəncinə, yəni xəzinə nizamlayan mənasl verdiyini deyən ədəbiyyatşünas və tarixçilər də var.

TV11-in hazırda təqdim edəcəyi fakt isə Nizami Gəncəvinin ölümündən təxminən bir əsr sonra qələmə alınıb və heç bir dəyişikliyə məruz qalmayıb.

Söhbət 14-cü əsrdə yazılan Bakılı səyyah, alim Əbdürrəşid Bakuvinin “Abidələrin xülasəsi və qüdrətli hökmdarların möcüzələri” kitabından gedir.

Öncədən bunu qeyd edək ki, şəhərin qədim adı Gəncə yox, Cənzədir. Cənzə adında daha bir şəhər indi cənubi Azərbaycan adlandırdığımız, ərəb səyyahlarının Azərbaycan dediyi Arazın o tayında da var. Əbdürrəşid Bakuvi kitabında hər iki şəhərin koordinaltlarını verir və şəhər haqqında olduqca maraqlı məqamlar təqdim edir.

Nizami Gəncəvi haqqında məqama gəlincə öncə Bakuvinin hazırda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə haqqında yazdıqlarına diqqət edək:

CƏNZƏ – Uzunluq dairəsi -83°05′, en dairəsi – 41°20’-

dir. İstehkamları olan Arranın şəhərlərindəndir və şəhər gürcülərə yaxın olduğundan müsəlmanların sərhədyanı qalalarından sayılır. Çox bərəkətli və çörəkli şəhərdir. Əhalisi dindardır. Orada Gürcü ölkəsindən axan Qəıdəqəs çayı axır. Suyu altı ay olur, altı ay olmur.

Əhalisi barama becərməkdə və ipək toxumaqda mahirdir.

Şəhərdən bir mənzil aralı Hərək adlı qala var, ətrafında ətirli otlar bitir, axar sular və bağlar var. Yayda buranın havası gözəldir və Gəncə camaatı buraya köçür. Orada böyük bir dağ və onun üstündə Şam tutuna bənzər Xur adlı bitki var. Həmin bitki cigər xəstəliyindən xilas edir. Gəncədən və Şirvandan başqa bu bitki heç yerdə yoxdur.

İndi isə gələk kuliminasiya nöqtəsinə… Əgər Nizami bu şəhərdəndirsə, Bakuvi mütləq bu məqama toxunmalıdır. Çünki danışdığı şəhərlərin hamısı haqqında məlumatlar qeyd edərkən, mütləq o şəhərin görkəmli şəxsiyyətlərini də yad edir.

Bəli, gəlirik “Abidələrin xülasəsi və qüdrətli hökmdarların möcüzələri” kitabının həmin nöqtəsinə:

Görkəmli şair, arif və həkim Əbu Məhəmməd Nizami

buradandır. Onun gözəl «Divanı» və «Xosrov və Şirin» «Leyli və Məcnun,» «Məxzən əl-əsrar» və «həft peykər» adlı gözəl dastanları var.