“Elm”, “molla”, “alim”, “müəllim” sözləri eyni köklüdür. Ancaq etiraf edək ki, bizim mollamız “hoca” ola bilmədi. Sovet stadionlarında mirzə cəlillərin zərbəsi ilə mollamız tora elə qovuşdu ki, bu gün də həmin torda çabalayır. Mollamız çoxdan ölüb, ona görə də yeri qəbiristanlıqdır, “elm öyrədən” bir sənət sahibi ona-buna məzar yeri göstərməklə gününü axşam eləyir. Dini yox, xurafatı sənət edib pulunu ordan çıxarır.
İlbər Ortaylı və Cəlal Şəngörün alim simasını tanıyırıq, bu yazıda isə onların molla fəaliyyəti – elmin xurafatını təsbeh kimi çevirməklərindən danışacağıq.
Bəli, onlar elmi təsbeh kimi oynadırlar və təsbehin otuz üç daşını zikr edərək yox, Brüs Linin “nimçaqa” oynatdığı kimi.
Bu alimləri bir-birinə dost edən səbəb də, elə budur; elmin populist təqdimatı ilə pul qazanmaq.
Materialın davamını TV11-in “Onbirbucaq” verilişində izləyə bilərsiniz.