Ruslar Allahın ən çirkin bəndələridir – Tarixi kitabda dəhşətli qeyd – Video

Loading

Təbii ki, bir qövmə ümumiləşdirilmiş ad vermək qəbahətdir. Başlıqda gördüyünüz ad isə bizim ifadəmiz deyil. Bunu Bakılı alim Ərdəşir Bakuvi 1300-cü illərdə qələmə aldığı “Abidələrin xülasəsi və qüdrətli hökmdarların möcüzələri” kitabında yazır.

“Partizan” TV11-in “Tarix unutmur” silsiləsindən Ərdəşir Bakuvinin qövmlər, ümmətlər, xalqlar haqqında qeydlərdən qədim ruslar haqqında yazdıqlarını təqdim edir.

“Ruslar. Böyük türk ümmətidir. Onların ölkəsi hər tərəfdən göl suları ilə əhatə olunan bir adada yerləşir və ada onların qalası və düşmənlərdən xilasıdır. Səqləblər ölkəsi ilə həmsərhəddir. Ticarətlərini İtil çayı boyu aparırlar. Onlar özlərini nəcislə murdar olmadan qorumurlar. Çarlarının qiymətli daşlarla naxışlanmış çox böyük yatağı var. Onun üstündə o, qırx kənizi ilə birlikdə oturur. Onların qanunları və xüsusi dilləri var. Bədənləri palma kimi ağdır. Bunlar Allahın ən çirkin bəndələridir”. Sitatın sonu.
Bir daha qeyd edirəm ki, bu qeydlər Ərdəşir Bakuvinin kitabından götürülüb, heç bir təhrifə yol verilmədən sizə təqdim olunub.