Rejissorumuz qızına görə filmə yataq səhnəsi salıb – Ata qız qalmaqalı… “Çılpaq yatırsız? – Video

Loading

“Partizan” TV 11-in  “Profilm” verilişini təqdim edir.

Çəkilişlərinə 1985-ci ildə başlanan “Bağ mövsümü” filmi yazıçı Elçinin “Dolça” povesti əsasında lentə alınıb. Ssenari müəllifi Elçin, rejissoru Tofiq Tağızadədir.

Filmin istehsal müddəti cəmi 3 ay davam edib. Ekran əsəri Bakının Mərdəkan bağlarında baş verən hadisələrdən bəhs edir.
“Bağ mövsümü” filmində Ağabacı obrazını oynamaq üçün Elmira Şabanova, Səfurə İbrahimova və Zemfira Sadıqova dəvət olunur. Zemfira Sadıqovanın sözlərinə görə bədii şura, ssenari müəllifi Ağabacı roluna onu uyğun bilsələr də, rejissor həmin rola Safura İbrahimovanı çəkmək istəyib. Belə olduqda aktrisa kinostudiyanın direktoruna müraciət edib və məqsədinə çatıb: “Rejissor məni heç cür çəkmək istəmirdi. Mənim oynadığım hissələrin çoxunu filmdən çıxartdı. Amma Leyla Şıxlinskayanın çox kiçik bir rolu olmasına baxmayaraq, rejissor onun üçün ssenaridə olmayan əlavə səhnələr yazdı. Çünki, onun atalığı idi”.

Faktların davamı ilə videomaterialda tanış ola bilərsiniz: