Flora Kərimovanın hamamda çəkildiyi açıq səhnə – “Sinəyə bax, mərmərdi…”

Loading

“Partizan” TV11-in “Profilm” verilişini təqdi edir. Verilişdə  “Qanun naminə” filmi barədə gizlədilən faktlar təqdim olunur.

“Qanun naminə” 1968-ci ildə Süleyman Rəhimovun “Mehman” povestinin motivləri əsasında lentə alınıb. Filmin ssenari müəllifi və rejissoru Muxtar Dadaşovdur.

Filmdə Flora Kərimovanı “Balış” obrazına – yəni epizodik rola dəvət edərək ardınca Züleyxa roluna çəkiblər. Flora xanımın həyat yoldaşı o zaman Yaponiyada olduğundan o çəkilişə bir şərtlə icazə verir: “Mənimlə bağlı bütün səhnələr Bakıda çəkilsin, rayonlara gedə bilməyəcəm”.

Mehmanla Züleyxanın zarafatlaşan zaman otaq şüşəsinin qəfildən sınması və Qaloşun qırıq şüşədən onları izləməsi səhnəsi kinostudiyanın pavilyonunda ekranlaşdırılıb. Bu səhnədə Flora Kərimova filmdə oynadığını bilsə də, Qaloş rolunu oynayan Rza Təhmasibin bağışlarından şoka düşür. Bir neçə gün qorxunun təsirindən çıxa bilməyib.

Faktların davamı ilə videomaterialda tanış ola bilərsiniz.