Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib.
Partizan.az xəbər verir ki, yazıçı zəhərlənib.
Çingiz Abdullayev 3 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxılıb. Ötən gün onun halı yenidən pisləşib.
Azərbaycan Yazıçılar Birliyinin Mətbuat katibi Xəyal Rza yazıçının səhhəti barədə məlumat verib:
“Hazırda Çingiz müəllim yaxşıdır. Hələ ki evə buraxılmayıb. Gələn həftə işə çıxacaq”.