Soyuq cəhənnəm – Yaşanmışlardan bir parça…

Loading

“Partizan” İlhamə Kədərin “Zimhəri” romanından parça təqdim edir.

(Yaşanmışlar)

Nağıllar aləminin onun üçün real həyatdan dəyərli olması səbəbsiz deyildi.Minbir gecənin Şəhrəzadı kimi nağıllarla ovundururdu özünü də,ətrafını da.Amma bu gün nə qədər düşünsə də heç bir nağıl köməyinə gəlmirdi.Gözünü divarın az qala yarısını tutan rəngli ekrana dikib baxırdı eləcə.Ekranda 8 noyabr rəngdən rəngə,şəkildən şəkilə dəyişərək əks olunurdu.Şahidlər şəhidlərdən danışırdı.

-Ana,nağıl vaxtı keçir,axı,danışmasan başın keçəl olacaq.-Hər axşam nağıl payını dinləməmiş yatmayan balacanın inadkar səsinə biganə qala bilmədi,boğazına tıxanmış qurğuşunu güc-bəlayla udqunub dilləndi:-Biri var idi,biri yox idi bir leytenant var idi.
Leytenant-bircə bu söz bəs idi onu illərlə sığındığı sehrli aləmdən götürüb acı reallığa atmağa.

Oğlan uşağı kimi asi olmağından evin ərköyün sonbeşiyi olduğu qədər müharibənin də payı var idi.Qorxa-qorxa qorxmazlığı, ağlaya-ağlaya vecsizliyi öyrənmişdi.Tibbi təhsili olmasa da yara yumaq,sarğı dəyişmək,sınıq gipsləmək su içimiydi onunçün.Qanı süzülə-süzülə at üstündə gətirilib,təcili yardım maşınına qoyulan meyidləri görəndə qorxub qaçan yoldaşlarını ələ salardı:-Eşşək boydasız,ölüdən qorxursuz.

Sonra əsgərlərə kömək edib meyidlərin çənəsini,gözünü bağlayar,fatihəsini oxuyub yola salardı.Zabitlər həmişə onun boyunu sevər:-Sən bizim balaca qardaşımızsan-deyə qarşısında təzim edərdilər.Bu arıq,çevik qızın belindən aşağı süzülən gur saçları belə onu ,,qardaşlıqdan,,çıxarmırdı.O bütün briqadanın balaca qardaşı olaraq da qalacaqdı,əgər şəhid olan tağım komandirinin yerinə o,gənc zabit gəlməsəydi.

Həmin gün səhər açılmamış başlayan raket zərbələri çox can almışdı.Zərbələrdən biri düz rabitə qovşağına düşdüyündən briqadayla əlaqə yaratmaq qeyri-mümkün idi.Briqadaya xəbər verməyin bircə yolu var idi-canlı teleqraf.Rota komandiri tağım komadirlərini yığıb göstəriş verirdi ki ,həm çevik həm də kəşfiyyat anlayışı olan bir nəfəri seçib briqadaya göndərsinlər,amma gedən adam yolla yox,sıldırım qayaların arasından keçən nazik cığırla getməlidir çünki bədxahlar yolu və çayı mütəmadi atəşə tutur,quş uçmağa imkan vermirdi.Gözləmək isə daha çox itki vermək idi.
-222-bu amiranə səsdən diksinib lontesi əlindən saldı,orta yaşlı tağım komandiri idi(elə bu kod adını da əmi dediyi həmin komandir vermişdi ona)-rabitə komissarı olmağa nə deyirsən?

Rota komandiri oturduğu yerdən dikəldi:

-Sən nə danışırsan ,Əhmədov,öhdəsindən gələr?-rota komandiri bu dəfə ona tərəf döndü-Bacararsan,bala?

Ürəyində oyanan iftixar hissi bircə anda yorğunluğuna qalib gəldi,əmisi ona güvənirsə bacarmalıdır,yoxsa bu qədər hərbçinin içində onu niyə deyirdi ki?.

-Əlbəttə,bacararam,mən o yolu burdakıların hamısından yaxşı tanıyıram.-deyib cəld ayağa durdu,yüngül idman ayaqqabılarının bağını möhkəmlənib qapıdan çıxdı,atəş səslərinə əhəmiyyət vermədən qaçaraq özünü qayalığ çatdırdı,əlini nağara kimi guppuldayan ürəyinin üstünə qoyub,ensiz,sürüşkən cığırla üzü yuxarı dırmaşdı.Böyürtkən kollarına çatıb dayandı,burda 10,15 metr düz gedib sonra üzü aşağı enməliydi.Kolların içindəki cır alça ağacının dibində balaca bir bulaq var idi,bulağa yaxınlaşıb,qurumuş dil-dodağını islatmaq,ciyərinin yanğısını söndürmək istədi amma…

Ovcunun qoşalayıb suya salanda suyun qanlı olduğunu görüb səksəndi,diqqətlə baxanda kolların içində bir qadın,iki uşaq və böyrü üstə düşən çiyələk verəsini gördü,kollardan o yanda da xeyli cəsəd var idi,görünür mülkü şəxslərdən də çox qırılmışdı.Əlini tir-tir əsən dizlərinə dayayıb dikəldi,bu balaca talanı keçib,növbəti qayalığa adlamaq ölümlə çilik-ağac oynamaq idi.Amma mütləq getməliydi,o qədər insanın hələ lap ön xəttə olan atasının sağ qalması üçün briqadaya çatmalıydı.Oxu ilişən val kimi eyni sözü təkrarlayırlar:-Bəs mən ölsəm,mən ölsəm..Açıqlıqdan necə keçdiyini,qayalığa necə çatdığını bilmədi,birdə növbəti dar çığırla üzü aşağı enəndə eşitdiyi addım səsləri onu özünə gətirdi.,,Vəssalam,mənimki də buraya qədər imiş,,deyə düşünsə də qorxmadım,sanki,onun üçün ən əziz olacaq biriylə qarşılaşacağınız hiss edirdi.

Addım səsləri kölgələrlə,kölgələr başını aşağı salıb qarışqa sırasıyla,iti addımlarla yoxuş yuxarı dırmaşan bir neçə hərbiçiylə əvəz olunanda lap ürəkləndi.Gələnlərin əlavə canlı qüvvə olduğunu geyimlərindən anlamaq çətin deyildi.Dəstənin başında çəyirtkə duruşuyla dırmaşan arıq bir gənc var idi.İki nəfərin yerləşə bilmədiyi dar cığırla ilbiz kimi sürüşüb keçmək istəyəndə baxışları qarşılaşdı,yorğun,əsəbi,təlaşlı baxışları var idi gənc adamın.Toz,torpağa bulaşmış sifətindən kin-küdurət yağırdı.Elə həmin kinli səslə də:-Ay uşaq-dedi-burda nə ölümün var,ayağımın altında qalmışdın.

-Pah,özün çox böyüksən.
Gənc belini dikəldi,əlini dizinə çırpdı:-Buna bax e,yolu kəsdiyi bəs deyil,mənə cavab da qaytarır,bir çlrtmalıq canı da yoxdu,götürüb atasan qayadan,qurda,quşa yem ola.
-Mən sizin yolu kəsməmişəm,ştaba gedirəm.
Bu vaxt arxadan bir səs:-Yoldaş komandir,bu 555in qızı olacaq(bu rəqəm atasının kod adı idi,bu ad olan yerdə heç kim ona toxuna bilməzdi)Amma bu dəfə gözlədiyi kimi olmadı ,gənc zabit əlini uzadıb ködəkcəsinin boynundan yapışdı:-Nə qız,alə,korsan,bu viddə qız olar,görmürsən bizimlə məzələnir,it oğlu.
Üzünü ayaqqabı boyasıyla boyadığı indicə yadına düşüb güləndə zabit lap cin atına mindi:-De görüm kimsən,ştaba niyə gedirsən?-deyə bğıra-bağıra onu silkələdi.

Çox şeylər yaşamışdı,amma indiyə qədər heç kim onu belə silkələməyə cəsarət etməmişdi.Qəzıblə dartıb özünü bu kobud zabitin əlindən qurtarmaq istəyəndə boz papağı başından düşdü,sancağı qopan uzun,gur saçları görən zabit diksinib əlini çəkdi:-Sən..siz..bağışlayın,üzr istəyirəm,elə bildim..Əliyev,bayaq sən nə dedin,kimdi dedin?
Özgə vaxt olsaydı bu çəyirtkənin haldan hala düşməsinə elə qəh-qəhə çəkərdi ki,səsi qayalara zəncir salardı,indi isə duruxub qalmışdı,pərt halda üzündəki qara boyanı qollarıyla təmizləməyə çalışırdı.
Gənc zabit isə yerə düşən papağı götürüb barmaqlarının ucuyla tozunu təmizlədi.Əsəbdən arının,işıqlanan,istiləşən baxışlarını düz onun gözlərinə dikib gülümsədi:-Ştaba getməyə ehtiyac qalmadı,İsgəndər susdurdu onları,rabitə də bərpa olundu.Bizimlə qayıda bilərsiz.
Dinməz-söyləməz papağı zabitdən aldı,çevrilib dəstənin qabağına düşəndə ayağı sürüşüb,arxası üstə yerə dəydi,(sanki,gözüyumulu keçdiyi bu ensiz cığır da bu gün onu pərt etməyə and içmişdi).Zabit əlini uzadıb gülümsədi,yəni,,əlimdən tut,qalx,,

Başının hərəkıtiylə,,yox,,deyib özü durdu,bu vaxt içərisindən nəyinsə qırılıb düşdüyünü hiss etdi,ürəyi qulaqlarında döyünməyə,sifəti alışıb yanmağa başladı.
Qayalığı keçib balaca tapcanaya çatanda zabitin səsi yenidən eşidildi-:-Əliyev,bir,iki nəfərlə burdakı meyidləri bir yerə yığıb sonra gəlin.
Sonra o,mündirini soyunub kolun dibindəki qadın meyitinin üstünə örtdü.
Əliyev deyilən hərbiçi:-Oldu,komandir-deyib arxa çantasını yerə qoydu,içindən bir neçə brezent parçası çıxardı və qıza tərəf dönüb:-Leytenantın kitelini götür,meyidlər çoxdu,üstlərinə çadırlar örtərik.Sən leytenantdan incimə,qızım,təzədi,heç nəyi bilmir.Götür kiteli,qaç,indicə bura adamla dolacaq.
O,mundiri Əliyevdən alıb sinəsinə sıxdı,leytenantınn mundirindən qan,tər və barıt qarışıq ,,silver,,qoxusu gəlirdi.

ardı var…