Yazıçı Anarın aktyor kimi çəkildiyi film – Video

Loading

Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı hamı romanları, hekayələri, povestləri ilə tanıyır. O həm də bir sıra filmlərin ssenari müəllifidir.

Çoxlarına məlum deyildi ki, yazıçı Anar aktyor kimi “Var olun, qızlar” filminə çəkilib. Yazıçı Anardan başqa şairə Nurəngiz Gün də filmdə rol alıb. Mərhum Xalq artistimiz Rafael Dadaşovun isə filmdə ilk işi olub.

Filmin quruluşçu rejissoru Eldar Quliyev, bəstəkarı isə Polad Bülbüloğlu olub.

“Partizan” Alla Axundova və Hüseyn Seyidzadənin ssenari müəllifi olduğu filmdə rejissor Murad obrazını canlandıran yazıçı Anarın Şəmsi obrazını canlandıran Həsənağa Turabovla dialoqunu özündə əks etdirən görüntüləri sizə təqdim edir: