1922-ci ilin martında Rusiya KP MK-ya məktubunda Çiçerin N.Nərimanovun 1918-ci ilin dekabrında Həştərxanda kilsənin dövlətdən ayrılması haqqında dekretin nəşri ilə əlaqədar dindarlara müraciətini dindar müsəlmanlara taktiki yanaşma nümunəsi kimi səciyyələndirir. Çiçerin Leninə məktubunda yazır: “Nərimanov… Şərqdə təşviqatçılara olduqca qiymətli göstərişlər vermişdi… Onun mollalar qarşısındakı nitqi müsəlman camaatına nəzakətlə yanaşmağın nümunəsidir”.
Ancaq bu proses uzun sürmür. 1922-ci ildə Rusiyada din əleyhinə başlayan proseslər Azərbaycana da təsirsiz ötüşmür.
“Partizan” Azərbaycanda yaradılan “Allahsızlar cəmiyyəti” barədə “TV 11”-in “Tarix unutmur” silsiləsindən növbəti materialı təqdim edir: