Nuri Bilge Ceylan daha bir filminin kadrarxasını yaydı – Video

Loading

Dünya şöhrətli türkiyəli rejissor Nuri Bilgə Ceylan daha bir filminin çəkiliş meydanında baş verən maraqlı məqamları sosial şəbəkədə yayıb.

“Partizan” bildirir ki, rejissor “Uzak” (Uzaq) filminin çəkilişi zamanı aktyorlarla iş və alınmayan səhnələri bölüşüb. N.B.Ceylan filmlərinin kadrarxası səhnələri tamaşaçılar tərəfindən maraqla qarşılanır. Bir çox kinotənqidçilər bu materialları rejissorlar üçün dərslik hesab edir.

Qeyd edək ki, 2002-ci il istehsalı olan “Uzak” filmi Kann Kino Festivalı da daxil olmaqla bir neçə kino müsabiqəsində ən yaxşı mükafatlara layiq görülüb.