“Partizan” İlhamə Kədərin “Yaz bayramları”nı təqdim edir….
Yaz bayramları.
Fəsillərin ən gözəlidir bahar. Təbiət anamız ağ örpəyini açıb ilıq nəfəsli yel babaya verər-verməz ağ saçlarına qaranquş nəğməli bənövşə ətirli yaşıllıq gəlir.
Yazın gəlişi ən gözəl bayramdır, üstəlik ən gözəl bayramlar da bu fəsilə təsadüf edir.
Vətənimin seyrinə çağırıram elləri: -Cənnət görmək istəyən Azərbaycana gəlsin.
Süleyman Rüstəm çox güman ki, bu misraları elə bahar fəslində yazıb.
Bu cənnətdə yaşayanlar dinindən, dilindən, irqindən asılı olmayaraq bir ailə kimi yaşayır. Bir-birinin xeyirində, şərində, xüsusilə də bayramlarında əl-ələ verir.
Beynəlxalq qadınlar günü tatlar, ləzgilər, avarlar, kabardinlər, malakanlar, udinlər- bir sözlə, ölkəmizdə yaşayan xalqlar həmin gün birgə bayramlaşır.
Novruz bayramını isə qeyri-müslümlər və meshetilər qeyd etmir.Lakin bizə “mübarək” deməyi unutmur, göndərdiyimiz bayram xonçasını məmnuniyyət və minnətdarlıqla qəbul edirlər.
Bizim tonqalımız, keçəl və kosamız, bahar qızımız onlar üçün xüsusi maraq kəsb edir.
Bu il müqəddəs Ramazan bayramı da baharın payına düşdü.Ləzgilər, udinlər, tatlar, meshetilərlə birlikdə səf çəkib, bayram namazı qıldıq.
Nəzir-niyaz paylayıb 11 ayın sultanını növbəti ilə uğurladıq.
Təbbi ki,malakan və yəhudi dostlarımız da halva-külçə ziyafətindən məhrum qalmadı.
Bu gün isə dinimiz və dilimiz fərqli, vətənimiz eyni olan vətəndaşlarımızın müqəddəs Pasxa bayramıdır.
Novruzda göndərdiyimiz xonçalar məhz bu gün Pasxa şirniyyatlarıyla geri qayıdır.
Onlar da bizim kimi rəngli yumurtalar boyayır.
Onların da dinində qumar, oğurluq, riyakarlıq, zina haramdır.Onlar da oruc tutur (bizimkindən fərqli) Allaha inanır, öz dillərində ibadət edirlər.
Sadəcə peyğəmbərlərimiz, dillərimiz və dinlərimiz fərqlidir.
Bizim malakanlar ” слова Бога” yox,
“слова Аллаха” deyir.
Müharibə vaxtı millətindən asılı olmayaraq hamı səfərbər oldu.Bəlkə qələbəni də bu vəhdət sayəsində qazandıq.