Əsəd Qaraqaplan

“Nə gözəl uşaqlar idik sevə bilməyənə qədər” – Əsəd Qaraqaplandan yeni şeirlər

Loading

Partizan.az yazar Əsəd Qaraqaplanın yeni şeirlərini təqdim edir.


Mən yuxudan ibarətəm

o demək deyil, uçub gedəndən sonra quşlar yoxa çıxırlar

sərhədlər açılırlar.

bir ilan sürünərək beş diyar gəzə bilər

anlamayan adamlar sevmədiyimiz deyillər.


o
demək deyil,

nöqtə qoydun, bitəcək bütün sevgilər.

əllərini havada gəzdir bir az – başqa heç nə.

çıxıb çölə

havanı ciyərlərinə çəkmək də pulsuz deyil.

bəlkə, doğru.


m
in cür zaman maşınından daha çətinmiş indi

bir şeyə qərar verib həyatını dəyişdirmək.

uzun bir sevgi yarışı içində dayanmısan

baxırsan hansı sənə sərfəlidir – udursan…

 

zəng elə uzaqlara, yaxında bir səs eşit

kimi unutmamısan – kimə susmusan indi?!

o demək deyil, quşlara dönməməliymiş fəsillər

sərhədlər ancaq dirək olub qalmalıymış

 

o demək deyil, sürünəsən başqa növ ağac görməyə.

dünyanın altı həmişə eyni sularla doluymuş.

eyni çiçəklər açmaz, eyni heyvanlar qaçmaz

eyni günəş doğar ancaq, eyni qaranlıqmış bizi

eyni işığa çıxaran – başqa sərhədlər içində.

 

daşı sevəcəkdinsə, ya da suyu, ya da ayı

həbsxanalar heç də sevgisiz yer deyillər.

quşlar heç də soyuqdan qaçmadılar

sərhədlər –

o dirəklər sənin üzündən bağlıymış, bəlkə də.

tikanlı tellərin özü zamanın icadıymış.

keçimişin günahı, bəlkə, gələcəyin ağrısı…

 

mən bu gün gecə gördüyüm yuxudan ibarətəm.

 

Pəncərəsiz görmək səni

nə gözəl diyarlar var

nə uzun yollar, nə qərib ağaclar.

nə qədər insan var orda, yolların uzunluğundan yorulan

ağacları kölgə kimi görən ancaq…


adaml
ar… o adamlar… adamlar o…

 

nə qədər insan var burda – bu bomboş həyatımda.

birinə atam deməyə utanıram, birinə anam, ya bacım

biri qardaşım deyil, biri oğlum, ya qızım

biri heç uzağım deyil, biri heç uşaqlığım.

biri Tanrım ola bilmədi məni bir az adam eləsin.

biri tənhalığım deyil – Tanrı kimi hiss eləyim…


adaml
ar… o adamlar… adamlar o…

 

nə gözəl adamlar var

nə gözəl yoxluqları, nə gözəl kölgələri

qanadları var hətta, çoxunu uçan da gördüm.

nə qədər qaçan var imiş, hamısı indi burdaymış.


yollara haqsızlıq oldu bu qədər darıxmağımız

ağaclara haqsızlıq – onlara kölgəsizlikdən qaçmağımız.

nə gözəl insan yığmışdıq yolları gedə-gedə

budaq-budaq, yarpaq-yarpaq,

böyük-böyük, uşaq-uşaq.

nə qədər uşaq doğmuşduq yolda, həyatda, sevgidə.

nə qədər uşaq olmuşduq – Tanrı kimi

nə qədər tənha olmuşduq

əlimizdən aldıqları gözümüzə görünəndə…


adamlar… o adamlar… adamlar o…

 

nə gözəl sevgilər var

nə gözəl sevə biləcək – yanımızda uzaqlar

nə gözəl uşaqlar idik sevə bilməyənə qədər

nə gözəl Tanrı idik daha doğulmamışdan.

gün çıxdı, həyat qaraldı, ağaclar yaşıllaşdıqca soldular.

yollar gedə-gedə yordu


nə gözəl gəldik gecəyə

nə gözəl qaranlıq düşdü – nə gözəl uzaqlıqlarda.

nə gözəlmiş yol getmədən yorulmaq

ağaclara kölgəsizcə vurulmaq.

nə gözəlmiş Tanrı kimi uzanmaq torpaq üstünə

divarsız göylər nə gözəl

qapısız maviliklər.

pəncərəsiz görmək nə gözəlmiş səni…


adamsız… o adamsız… adamsız
o…

 

Musiqinin ən gözəl yerində

musiqinin ən gözəl yerində söndürüb oturdum.

gəlməyəcək nə qədər adam gözlədim.

bir pişik balası tapdım, əlləri doğulmamışdı

daha həyata sancmağa caynağı yox – yalvarırdı.


e
yvandakı işığı Ay sandım birdən –

elə bildim tutulmuşam.

hər kəs inciyir onsuz – həyatı nə qədər yaxşı olur-olsun.

kimsəyə izah etməyə, deməyə sözüm də yoxdur.

incidiyim adamlar şeirdə barışır mənlə.

 

ev o qədər küləklə doludur bu gün – mən bilirəm

azadlığı açıb ortaya sərməyin tam vaxtıdır.

heç kəsi ittiham etmədən yazıram qaranlığa

tapınmağın ağrısı işıq olacaq – burda səni kim doğacaq?!

 

mənə qalsa, hər il – hər doğulduğumun üç ayında

anamın bətninə girib yenidən doğulmaq üçün can ataram

mənə qalsa, insanın üç aylıq ömrü yüz illik çirkab halından daha təmiz.

musiqi – o uşaqlığın doğulmamış incə halı

şeiri çəkib çıxarır ananın bətnindən hər gün

sözün ətrafına keçib bir azadlıq halqasına bürüyür.

 

gəlməyəcək adamlara yazdığımız şeirlərmiş onları uzaq eləyən.

nə gözəlmiş bir pişik balası tapmaq, əlləri doğulmamış.

nə gözəlmiş pəncələrdən xilas olaraq yaşamaq

nə gözəlmiş Ayın olmayan işığı haqda belə lampanı görüb düşünmək.

 

nə gözəlmiş küləyi saçlarında yox, canında hiss eləmək.

ananın bətninə girib doğulmaq nə gözəlmiş.

hər şeyi yeni saxlamaq nə gözəlmiş – anan bilir.

 

uzun zaman yaşamağın ağırısıymış nəğmələr

uzun zaman yaşaya bilməməkmiş nəğmə olmamış şeirlər.

sevgi ola bilməyən azadlıqlar külək ola bilməməkmiş

bir də bizə gəlməyənlər yaşamaq sevə bilməkmiş, deyirlər…

 

Üzüyuxarı ayıqlama

sakitcə uzanıb qaldım –

bu yer üzündə hər şeyin mənim olduğunu gördüm.

nə qədər çox şeyim varmış – bu qədər az şeyə qarşı

mən uzağı bir dünya yaratmışdım –

içində bunlar olan

mən uzağı yaratmışdım…


külək pəncərəni d
əlib ərköyüncə girdi evə

uzandım üzüyuxarı, hər şeyi aydın gördüm


nə zülmət gecələr idi
günəşi yaratmamışdan!


nə qədər heç kim yox idi
torpaq bəhrə verməmişdən.

bir bulaq gözü boydadır hər şeyi görmək tərəfi

bir qığılcım qədərdir insanlığın başlanğıcı…

 

nə qədər iş görmüşəm, heç bu qədər yorulmadan

nə qədər sevmişəm burda – bu qədər hekayəm var

və zaman mənim üçün keçə bilmədən keçib

gələ bilmədən gedib – gedəcək nə qədərim var…


bir az boş buraxmışam
iki dünya savaşında

bir neçə virusla gələn azca sənət boşluğunu


bir neçə az misra yaza biləcək qədər kor oldum

nə qədər can alındısa, o qədər çox çətin oldu

yeni misralar yaratmaq

o qədər alıb apardı məni – səni görməyə…

səni o qədər sevgisiz yaratdığımı bilmirdim.

mən elə bilirdim, səni sevgi xoşbəxt eləyir

od isidir

külək azad eləyir

torpaq doyuzdurur səni


mən elə bilirdim, səni tanrı hesab eləməyim

məni daha çox mən edir.

mən elə bilirdim, hər şey var olmaq üçün yox olur

hər kəs gəlmək üçün gedir…