Bu cizgi filmini uşaqlar xatırlamaz – Video

Loading

80-90-ların uşaqlarının sevə-sevə gözlədikləri bir cizgi filmi var idi. Arabir AzTv-də təqdim olunurdu. O cizgi filminə hərə bir ad qoymuşdu: “Erməni-Azərbaycanlı”, “Erməni-müsəlman”, “Xeyir və şər”… Əslində elə cizgi filminin motivi də təxminən bu ikili mübarizədən götürülüb.

Filmdə səhrada qurub yaradan xeyir obrazı və qura bilmədiyinə görə xeyirə düşmən kəsilən şər obrazından bəhs olunur.

İllər sonra başqa televiziya kanalları peyda oldu, internet əlçatanlaşdı və AzTv unuduldu. Lakin həmin illərin uşaqlarının unutmadığı bir şey var idi: həmin cizgi filmi.

Bir çoxları “Youtube”da müxtəlif adlarla həmin cizgi filmini axtarsalar da, tapa bilmirdi.

Çoxu bu cizgi filmini “Türkmənfilm”, “Özbəkfilm”in istehsalı bilsələr də, “Başlanğıc” (Naçalo) adlı cizgi filmi elə öz istehsalımızdır.

Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Vaqif Behbudovdur.

“Partizan”  1981-ci ildə istehsal olunan “Başlanğıc” cizgi filmini təqdim edir:

Ad: Başlanğıc
Ssenari: R. İbrahimbəyov
Rejissor: V. Behbudov
Redaktor: Z. Omelyan
Motiv: Habil və Qabil
İstehsal ili: 1981
Musiqi: “Bolero”