“Qələbəni istəmirik…” – Milli komandaya marş

Loading

PartizanYetim Qacarın “Qələbəni istəmirik, varlığın da bizə yetər” adlı essesini təqdim edir.

Hər məğlubiyyətdən sonra olduğu kimi dünəndən asıb-kəsirik .

Azərbaycan millisinin oyunçuları yenə tənqid və təhqirin hədəfindədir.

Bu təhqirləri yağdıranlara bir sualım var.

Guya, sən və sənin kimilər və yaxud sənin dediyin məşqçinin rəhbərliyi və yaxud sənin seçiminlə formalaşan komandanın nəticələri fərqli olacaq?

Mən stadiona gedə bilmirəm, amma imkanım olsa, millinin nəinki ev hətta bütün səfər oyunlarında stadionda olaram.

Və dayanmadan millimə dəstək olaram.

Bu yazı ilə milliyə stadionda dəstək olan hər bir azerkeşə təşəkkür edib, millini hər məğlubiyyətdən sonra təhqir edənlərə keçirəm.

Sizin üçün milli nədir bilmirəm, amma mənim üçün milli həm də müstəqilliyimizin atributlarından biridir.

Gerb kimi, bayraq kimi himn kimidir.

Niyə unudursunuz ? Millimin hər oyununda himnimiz səslənir, bayrağımız dalğalanır.

Və dünyaya milli varlığımızın dövlət formasında mesajı verilir.

Hansı ata zəif olduğu oğlundan imtina edib və ya kim atasından imtina edib zəif olduğu üçün?

Millimiz və millimizdə oynayanlar bizimdir, hər halıyla və biz onlara dəstək olmayılıq.

Şəxsən mənim üçün milli komanda Azərbaycan ordusunun bir manqasıdır.

İllər boyu milli ordumuz məğlub durumda idi.

Amma vicdanı olan heç bir Azərbaycanlı ordumuza yuxarıdan aşağı baxıb aşağılamadı.

Əksinə bizim ordu sözünü həmişə qürurla dedik.

Və həmin ordu bizim güvəncimizlə böyüdü, nəinki Ermənistanı dünyanın istənilən ordusunu məğlub edəcək gücə döndü və bizə Aprel, 44 günlük, antitertor adında qələbələri bəxş etdi.

Milli məğlub olanda mən uşaq kimi ağlayıram, amma düşünürəm ki, o bayrağın dalğalanması, o himnin səslənməsi üçün şəhidlər vermişik və düşünmə anından kədər göz yaşlarımı qürur göz yaşları əvəz edir.

Mən gözlərim kor olacaqa qədər ağlamağa hazıram, təki milli komandamızın varlığı əbədi olsun.

Demək, milli komandaya da sona qədər güvənmək lazım.

Görəsən, millini təhqir edənlər bilirmi, dünyada nə qədər milli komandası olmayan millətlər var?

Millətlər var illərdir milli komandası olsun deyə qanlı mübarizə aparırlar, amma hələ də milli dövlətləri yoxdu.

Azərbaycan öz müstəqilliyini elan edəndə dünyada əhali sayına görə bizdən qat-qat üstün olan millətlər var idi və indi də var, amma hələ də milli dövlətləri yoxdu.

10 milyondan 11 futbolçu tapılmır deyənlər, deyəsən, Hindistanın əhali sayını unudurlar və deyəsən, bizim millinin Hindistanı 16-0 məğlub etdiklərindən xəbərləri yoxdur.

Düzdü, bu qələbəni əsas millimiz qazanmasa belə, bu bizim millinin qələbəsidir.

Onda dünyanın ən çox əhalisinə sahib hindlilər nə etsin ?

Meydana çıxan 11 futbolçunu öldürsün mü?

İnanın, biz olsaq öldürərik.

Avropada əhalisi az amma futbolu Hindistandan görünməyəcək qədər qabağda olan ölkələr var.

Əminəm ki, siz bilirsiz ki, futbolçu say hesabıyla yetişmir. Elə olsa, dünya futbolunun liderləri Çin və Hindistan olardı.

Siz bilirsinizmi, futbol ingiltərədə yaransa da, Braziliyada daha çox inkişaf edib.

İngilislərin dünya çempionatında cəmi bir nəticəsi olub, o da bizim Tofiq Bəhramovun ədaləti sayəsindədir.

Onda ingilislər dava salsın ki, bizim yaratdığımız oyunu niyə Braziliya bizdən yaxşı oynayır?

Təhqirlə oyun düzələcəksə, mənə bir nəticə göstərin, mən də sizə qoşulum.

Uduzmuş komandaya təhqir ancaq eniş gətirəcək.

Mən özüm də futbol məşqçisi işləmişəm.

Məğlubiyyətin də, qələbənin də dadını gözəl bilirəm.

Xocahəsəndə keçirdiyimiz oyunların birində əlinə düşən bir epizodu boş verən oyunçumu azerkeşin var-yoxuna qədər söyməyinin şahidiyəm.

Əvvəl fasilədə həmin azerkeşə yaxınlaşıb sərt iradımı bildirmək istədim, amma fikrimdən daşınıb 15 dəqiqəmi uduzan komandama həsr etdim.

Siz oyunu yox, ilk hissəni uduzmusunuz deyə onlara dəstək oldum. Rəqibin ilk hissədə etdiyini edib, siz ikinci hissədə geri dönüş edib qələbə qazana bilərsiz dedim.

Azerkeşlərin inadlı etirazlarına baxmayaraq söyülən oyunçunu meydanda saxladım və dedim:

“Səni söyənləri peşman edəcək oyuna sahib olduğuna əminəm.Çıx meydana həm rəqibi, həm də azerkeşləri susdur.

Və elə də oldu.

İlk hissədə təhqir olunan Elvin iki qol vurub oyunun taleyini həll etdi və onu hamıdan çox qucaqlayan məhz onu söyən azerkeş idi.

Siz siz olun millinin oyunlarında tək bir şüar səsləndirin.

“Qələbəni istəmirik,

Varlığın da bizə yetər.

Azərbaycan millisi”-deyin.

Və sözünüzə sahib çıxın.

Və əmin olun, varlığıyla qürur duyduğunuz milli mütləq sizi sevindirəcək.

Məmməd İsmayılın “boz ədəbiyyat”ı… və ya xroniki mətnsizlik sindromu

Loading

“Partizan” Emil Rasimoğlunun essesini təqdim edir.

Demək olar ki, bütün dövrlərdə KREATİV KEYFİYYƏTin fonunda təqdim olunan ədəbi İmzalarla yanaşı kütlə təfəkkürünə söykənmiş kəmiyyətin müstəvisində görünən imzalar da az olmayıb, olmur, heç az olmayacaq da… Oxumağa davam et Məmməd İsmayılın “boz ədəbiyyat”ı… və ya xroniki mətnsizlik sindromu

Azərbaycan repi məşhur türk serialının musiqisi oldu – Video

Loading

Azərbaycanlı repçi “Xpert”in repi türk serialının növbəti bölümünün soundtreki olub.

Partizan” bildirir ki, bu barədə repçi sosial şəbəkə hesabında məlumat yayıb. O, bildirib ki, “Dar Dalanda Əcinnələr” treki Türkiyənin “Ayak işleri” serialında bir bölümün rəsmi soundtreki olub.

Qeyd edək ki, “Ayak işleri” artıq üç ildir ki, yayımlanır. Baş rollarını Çağlar Çorumlu və Güvən Muradın oynadığı serial “Gain” platformasında təqdim edilir.

Bölümün anonsu:

 

Nobel mükafatlı yazıçının Moskvada gördükləri: “Gürcü arağını heç kəsə məsləhət görmürük”

Loading

Sovet İttifaqına səyahət, soyuq müharibənin başlaması haqqında söhbətlər, gürcü süfrəsi, Ukrayna kəndləri – Amerika ədəbiyyatının klassiki 1947-ci ildə SSRİ-yə səfərində buranı necə görmüşdüsə “Rus gündəliyi” kitabında oxuculara da o cür təqdim etmişdi. Oxumağa davam et Nobel mükafatlı yazıçının Moskvada gördükləri: “Gürcü arağını heç kəsə məsləhət görmürük”

Prodüseri Rəsul Quliyev olan məşhur Azərbaycan filmi – Kölgədə qalan faktlar

Loading

“Partizan” 1993-cü ildə təqdim olunan “Təhminə” filmi haqqında bir neçə maraqlı faktı diqqətinizə çatdırır.

– Film yazıçı “Anar”ın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında lentə alınıb.

– Romanın sonunda qoca Zaurun gözünə yenidən cavan Təhminə görünür. Hamı qocalıb, ancaq Təhminə illər əvvəlki kimi təravətli və həmin donda Zaurun qabağında addımlayır. Yaşlı Zaur nə qədər çalışsa da, ona çata bilmir. Sonda Təhminə bir binanın blokuna girir. Zaur özünü blokun girişinə salır və Təhminən neçənci mərtəbəyə qalxdığına baxır. Təhminə liftin 6-cı düyməsini basır və lift qalxır. Zaur liftə çatıb yenidən çağırır. Lift qayıtdıqda Zaur diqqət edir ki, bina beşmərtəbəldir, nə altıncı mərtəbə var, nə də liftin 6-cı düyməsi.
Bununla da Anar çoxlarının fahişə kimi baxdığı Təhminəni əksər insanlarda olmayan üstün pilləyə qaldırır. Yəni insan beşmərtəbilidrisə, Təhminə bunun altıncı mərtəbəsidir.
Filmdə isə qeyd olunan sonluq yoxdur. Bəlkə də buna görə filmin adı “Beşmərtəbəli evin altıncı mərtəbəsi” deyil.

– Filmdə Təhminə Azərbaycan televiziyası üçün sabahkı proqramı oxuyanda deyir: “Park” bədii filminə baxa bilərsiniz. “Park” filminin rejissoru Rasim Ocaqov, baş rolun ifaçısı isə Fəxrəddin Manafovdur.

– Filmin prodüseri həmin vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti-Neft və qaz emalı üzrə Baş İdarənin rəisi Rəsul Quliyev olub. Film ekranlara çıxanda, yəni 1993-cü ildə isə Rəsul Quliyev artıq Azərbaycan Respublikası Baş nazirinin müavini idi. Elə həmin ilin noyabrında isə o, Azərbaycan Respublikasının Ali sovetinin sədri təyin olunur.

– Filmin sponsoru Bakı Neftayırma Zavodudur. (“Azneftyağı”)

– Maliyyə problemlərinə görə filmin çəkilişləri bir müddət yubanıb.

– “Təhminə” rolunu Xalq artisti Amaliya Pənahova oynamaq istəyib. O, müsahibəsində bu məsələ barədə deyir:

“Filmdə mən çəkilmək istəyirdim, bu istək neçə ildir ki, mənim ürəyimdə qalıb. O zamanlar mənə sirr idi ki, niyə Rasim Ocaqov mənə heç təklif də etmədi? İstanbulda Beynəlxalq kino festivalında olanda, rəhmətlik Ocaqovla söhbət açıldı, o mənə gözəl sənətkar olduğumu dedi, mən də izin vermədim ürəyimdə qubar qalsın, dedim, mən gözəl sənətkar olsaydım, siz “Təhminə”yə çəkərdiniz. O da heyrətlə bir mənə, bir yoldaşıma baxdı və dedi:

“Filmdəki açıq səhnələrə görə rolu sənə təklif etməyə ürək etmədim, qorxdum birdən razılaşmazsan”.

Sizə dediyimi o zaman ona da demişdim ki, filmdə açıq heç bir şey görmədim və mən o sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim. Həm də o, səhnələrdə nə vardı axı? Onu elə başa salacaqdım, heç istəməyəcəkdi o səhnəni çəksin. Ona görə də bir neçə il öncə düşünmüşdüm ki, eyniadlı filmi özüm fərqli şəkildə çəkim və baş rolu da özüm ifa edim.

– Filmdə “Təhminə” rolunda oynayan türk aktrisa Meral Konratı azərbaycanlı aktrisa, Əməkdar artist Nəcibə Hüseynova səsləndirib.

– Meral müsahibələrindən birində qeyd edir ki, film təklifi zamanı o, Azərbaycana gəlmək istəmirmiş. Aktrisa Azərbaycanda oğurlanmaqdan qorxurmuş.

– Əvvəlcə Zaur roluna başqa aktyor çəkilir. Fəxrəddin Manafov isə Spartak rolunu canlandırır. Sonra isə Təhminə rolunun ifaçısı Meral Konrat filmdən imtina edərək İstanbula qayıdır. Aktyor dəyişdirildikdən sonra qayıdır.

– Filmin bəstəkarı Emin Sabitoğludur, amma ekran işində daha çox Şopenin 9-cu noktornundan da istifadə edilib.

– Filmdəki ad günü səhnəsində çəkilənlərdən biri də məhz məşhur bəstəkar Emin Sabitoğludur.

– Filmin nümayişindən sonra bir müddət hər kəs Fəxrəddin Manafov və Meral Konratın sevgili olduğunu düşünür. Buna səbəb isə sovet filminə öyrəşmiş tamaşaçının senzurasız bir filmlə üz-üzə qalması idi. Aktyor və aktrisanın açıq səhnələrdə səmimi oyunu Azərbaycan tamaşaçısını çaşdırmışdı.

– Meral Konrat “Təhminə” rolundan sonra bir çox filmlərdə – “Bahar sevgisi”, “Əlvida”, “Tale”, “Malikanə” kimi ekran işlərində obrazlar canlandırsa da, o karyerasının ən yaxşı və yaddaqalan obrazının “Təhminə” olduğunu deyir.

meral_konrat
Meral Konrat

– Zaurun atası rolunu canlandıran Xalq artisti Həsən Məmmədov xahiş edir ki, filmdə Təhminə ilə bağlı işlətdiyi təhqiramiz sözü dəyişsin. Aktyor deyir ki, istəmirəm, tamaşaçı məndən söyüş eşitsin. Ancaq rejissor Rasim Ocaqov bununla razılaşmır və Həsən Məmmədov Zaur evi tərk edərkən onun arxasında deyir:

“Onda rədd ol! Rədd ol o q*hbənin yanına!”

– Filmə görə Bakıda ev tikilib.

– Əksər səhnələr Bakıda Pavilyonda çəkilib. Digər səhnələr isə Türkiyədə və Rusiyada.

– Fəxrəddin Manafov və Meral Konrat “Təhminə” filmindən təxminən 20 il sonra Zülfiyyə Xanbabayevanın klipinə çəkilib.

art platforma