Azərbaycan teleməkanında yeni layihə – Video

Loading

ATV kanalında yeni kino verilişi efirə çıxır.

“Kinomuz” adlanan proqramda həm klassik, həm də yeni filmlərimizdən bəhs olunacaq.

Veriliş araşdırma, analiz materialları və çəkiliş meydançalarından reportajlar üzərində qurulub.

“Kinomuz”da Azərbaycan kinomotoqrafiyasında iz qoyan şəxslər barədə məlumatlar, klassik filmlər haqqında tamaşaçılardan gizlədilən həqiqətlər, yeni filmlərimizin qüsur və müsbət tərəflərini önə çıxaran rubrikalar təqdim olunacaq.

Verilişin oktyabrın 7-də saat 23:00-da efirə gedəcək ilk sayında Azərbaycan kinosunda silinməz izlər qoyan kinorejissor Rasim Ocaqovun “Təhminə” filmimdən bəhs edilir. Yeni filmlərimizdən isə “5 betər” hədəf götürülüb. Veriliş çərçivəsində tamaşaçılara yeni – “İntizar” serialının çəkiliş meydançasından reportaj da təqdim ediləcək.

Qeyd edək ki, layihənin rəhbəri Məhsim Məhsimov, aparıcısı Günəş Tegin, ssenari müəllifi Sərdar Amindir.

Bu və başqa rubrikaların yer aldığı “Kinomuz” verilişi hər həftənin cümə günü saat 23:00-da efirdə olacaq.

“Kinomuz”a baxın!