Şərqi sidiyində boğan Mandana kimdir?

Loading

Herodota görə Mandana Kiaksarın oğlu Astiaq və II Aliattın qızı Aryenisin qızıdır. Lakin, Kristian Settipani qeyd edir ki, o, Astiaqın qızı olsa da anası başqa olub.

“Partizan” Şərqin taleyində silinməz izi olan Mandana haqqında tarixi fraqment təqdim edir.

Herodot qeyd edir ki, onun doğulmasından qısa müddət sonra Astiaq qəribə bir yuxu görür. Yuxuda görür ki, onun qızı o qədər işəyib ki, bütün Asiyanı su basıb.

Maqlarla məsləhətləşərkən, onlar yuxunu yozaraq qeyd edirlər ki, gələcəkdə Mandananın oğlu onun hakimiyyətini devirəcək.

Baş verəcək hadisələri önləmək üçün, Astiaq Mandananı madayların vassalı olan farsların hökmdarı, “yaxşı və sadiq ailədən olan” I Kambizlə nişanladı və o, düşünürdü ki, bununla təhlükəni özündən sovuşdura bilər.

İkinci yuxunu isə o, Mandana hamilə olarkən görür. Yuxuda görür ki, Mandananın bətnindən üzüm tağı çıxaraq bütün dünyaya sarmaşır.

Yuxudan dəhşətə gələn Astiaq ən sadiq hökmdar xidmətçilərindən biri olan məşhur sərkərdə Harpaqı uşağı öldürmək üçün Persiaya göndərir. Lakin, Harpaq hökmdar nəslindən olan insanın qanını axıtmaq istəmədiyindən, gələcəkdə II Kir kimi məşhurlaşacaq körpəni Mitridat adlı bir çobanın yanında gizlədir.

İllər keçir, Kir öz babasına meydan oxumağa başlayır. Astiaq onlarla mübarizə aparmağa məcbur olur və Pasarqad döyüşündə Harpaqın II Kirin tərəfinə keçməsi ilə məğlub olur və beləliklə də onun illər öncə gördüyü yuxusu, maqların yozduğu kimi gerçəkləşir.