“Partizan” 1990-cı illərdə çəkilən ən uğurlu kommersiya filmlərimizdən olan “Bəxt üzüyü” haqqında 15 nadir faktı təqdim edir. Oxumağa davam et Vaqif Mustafayev bu filmin rejissorluğundan imtina edib
“Partizan” 1990-cı illərdə çəkilən ən uğurlu kommersiya filmlərimizdən olan “Bəxt üzüyü” haqqında 15 nadir faktı təqdim edir. Oxumağa davam et Vaqif Mustafayev bu filmin rejissorluğundan imtina edib
“Babək” filmi öz dövrü üçün nəıinki Azərbaycan kino arenasında, SSRİ plastında ən böyük büdcəli və meqa kinolayihələrdən idi. Buna görə də əksər sözünü demiş rejissorlar bu layihədə özünü görmək istəyirdilər. Kinoya quruluş vermək isə bir nəfərin taleyinə yazılmışdı.
“Partizan” rejissor, yazıçı, ssenarist Həsən Seyidbəylinin həyatına son qoyan filmin kadrarxasından maraqlı fakt təqdim edir:
Bəli. 1979-cu ildə lentə alınan “Babək” filminin rejissorluğu ilk olaraq Həsən Seyidbəyliyə həvalə olunub. Əsərə quruluş verməyə hazırlaşan rejissor fotoproblardan, kinoproblardan, sınaq çəkilişlərindən sonra dərhal rol bölgüsü aparmağa başlayır.
Bədii Şuranın təsdiqindən sonra filmin çəkilişi ərəfəsində məlum olmayan səbəblərdən “Babək” filmi ondan alınaraq kinorejissor Eldar Quliyevə verilir.
Film üçün mübarizə aparan Həsən Seyidbəyli çəkiliş ərəfəsində səhhəti ilə bağlı xəstəxana şəratində müalicə alır. Müalicə müddəti uzandıqca, sağalacağına gümanı azalan H.Seyidbəyli gözlənilmədən fikrini dəyişir və filmin quruluşçu rejissor işindən könüllü olaraq imtina edir.
Rejissor 1980-ci ilin yayında dünyasını dəyişir.
“Partizan” kinorejissor Oqtay Mirqasımın müsahibəsini təqdim edir. Müsahibə elektron mediada ilk dəfə dərc olunur. Oxumağa davam et Oqtay Mirqasım: “Son dövrdə çəkilmiş filmlərimiz İran kinosuna arxalanıb”