Etiket arxivi: qorxma mən səninləyəm

Bu Azərbaycan filmində aktyor bıçaq yarası aldı, işə hüquq mühafizə orqanı qarışdı

Loading

“Partizan” “Qorxma mən səninləyəm” filmi haqqında 10 nadir fakt təqdim edir:

1. 1981-ci ildə ekranlara çıxan Yuli Qusmanın “Qorxma mən
səninləyəm filminin ilk adı “Onsuz da mən səni öldürməyəcəm”
olub. Filmdə Üçgöz Cəfər Teymuru qovub tutmaq istədiyi
səhnədə Teymur qalanın başına çıxıb oxuyur. Musiqini çox sevən
Üçgöz Cəfər düşməni mahnı ifa etdiyi üçün onu vura bilmir: “Ah,
bir görün o necə oxuyur! Bir az da oxusa, mən onu öldürə
biləməyəcəm” – deyir. Film də ilk adını məhz bu epizoddan
götürüb.

2. Çəkiliş zamanı filmdə Üçgöz Cəfəri canlandıran Xalq artisti
Həsənağa Turabov Ağçayın ətrafında kənd sakinlərindən birinin
atından yıxılaraq ağır yaralanıb. İş polisə qədər gedib çıxır. Atın
sahibi olan gənc oğlanı bu hadisədə təqsirkar bilirlər. Lakin
Həsənağa Turabov oğlandan şikayətçi olmadığını deyir və
məsələ bağlanır.

3. Filmdə çəkilən aktyorlar həmin gündən bütün ittifaqda
barmaqla göstərilir. Tellinin qanuni nişanlısını oynayan Cahangir
Novruzov deyir ki, səhəri gün Moskvada taksi sürücüsü məni
tanıyıb uzun bir yolu tam pulsuz apardı və dedi ki, mən gedib
evdə bu gün kimi gördüyümü danışacam.

3. 70-ci illərin sonlarında osetin Kantemirovlar sülaləsi sirk aləmini
fəth etmişdi. Hər nömrədə soyuq silahlarla riskli tryuklar göstərən
isə Muxtarbəy Kantemirov idi. Rejissor Qusman onu filmə, həm
də baş rola çəkmək istədiyini deyəndə, Muxtarbəy indiyə qədər
filmdə yalnız kaskadyor kimi iştirak etdiyini deyir. Yuli Qusman isə
onu uzun söhbətlərdən sonra inandıra bilir.

4. Filmdə Həmidə Ömərovanın təsdiq olunduğu Telli rolunda
əvvəlcədən 15 yaşlı bir qızın çəkilməsi planlaşdırılır. Sonradan
qərar dəyişilir.

5. Əvvəlcə obraz Kantemirovun xoşuna gəlmir. Ssenarini
oxuyur, deyir ki, mən dağ çayı ətrafında böyüyüb kişi olmuşam,
necə yəni, məni orda üzə bilməyən biri kimi göstərmisiniz,
istəmirəm. Dostunun gəlinini qaçırmaq səhnəsində də bəzi
məqamlarla razı olmur ki, kişi dostun gəlinini qaçırtmaz. Rejissor
Qusman sırf onu çəksin deyə çox məqamlarda Muxtarbəylə
razılaşmağa üstünlük verib. Onunla razılaşandan sonra filmin
adını da dəyişib “Qorxma, mən səninləyəm” qoymalı olur.

6. Azərbaycanda məmurlar gəlin qaçırılması kimi vəhşi adəti
xatırlatmağı lazım bilmirlər, “özümüzü dünyaya rüsvay edə
bilmərik” – deyirlər.
Filmi və onunla bərabər Yuli Qusmanın siftəsini o vaxt Mərkəzi
Komitənin I katibi Heydər Əliyev xilas edib. “Gənc rejissorun ilk
işidir, heç nə kəsilmədən, bütünlüklə verilsin” – deyərək filmi ağır
senzuradan qoruyub.

7. Çəkilişlərə Muxtarbəy 20 il bir yerdə işlədiyi Almaz adlı atını
gətirib. Çəkilişlərdə at xəstələnir. Muxtarbəy bunu atın
gözlərindən hiss edir. Məlum olur ki, nalbənd Kantemirovlardan
hansısa incikliyin qisasını almaq üçün məqsədli şəkildə mismarı
düzgün yerdən vurmayıb və atın qanına virus düşüb. Səhərə
qədər ölməkdə olan atının yanında qalan Muxtarbəy səhər yuxulu
halda çəkilişdə həyatında minlərlə dəfə etdiyi tryukda yanlışa yol
verir. Xəncərləri bir birinə bağlayıb qalanın başına atmaq istərkən
ayağının altından daş qaçır və Kantemirovun əlindəki iti xəncərlər
onun ayağını sümüyə qədər kəsir. Səhnə başa çatınca heç nə
büruzə verməməyə çalışsa da çox qan itirməsi onun özündən
gedir. Onun yarası kustar üsulla, iynə dərmansız tikilir.

8. “Qorxma, mən səninləyəm” filmi hazır olan kimi bədii
Şuranın üzvləri daxili baxışda doyunca gülüb, filmi qəbul ediblər.
Bir neçə gün sonra fikirlərini dəyişib, premyeranı təxirə salıblar.
Məlum olub ki, kino məmurlarını karate olan epizodlar qorxuya
salıb. 80-ci illərin əvvəlində idmanın bu növünə qadağa
qoyulmuşdu.Bu qərardan sonra Qusman depressiyaya düşür. Bir neçə
səhnəni yenidən çəkməli olurlar. Müəllim karate adı çəkmədən
hansısa milli oyunu uşaqlara təlim keçir. Guya söhbət güləşdən
gedir.

9. Filmdə Mirzə Babayev Tellinin atası Fərzəli bəy rolunda
oynayır. Çəkiliş prosesində bəlli olur ki, Mirzə Babayev fonoqram
oxuya bilmir. Dəfələrlə kadrı yenidən çəkirlər. Fonoqram ilə Mirzə
Babayevin dodaqlarının tərpənişi üst-üstə düşmür ki, düşmür.
Axırda Qusman ona “sən yaxşı müğənnisən, amma çox pis
aktyorsan” – deyir. Ona qədər də xarakterik obrazlar oynayan
Mirzə Babayev bu töhmətə dözmür, fonoqramla elə ifa edir ki,
Qusman özünü saxlaya bilməyib stresdən gülür. Yəni bu dəfə əla
alınır.

10. Filmdə Həmidə Ömərova təhlükəli kaskadyor işini də özü
görür. Rejissor bu işi görəcəyi halda, aktrisaya əlavə min manat
qonorar yazacağını söz verir. Lakin haqq-hesab məqamı gələndə
Yuri Qusman deyir ki, pul mənim yox, dövlətindir:
Filmin nümayişindən sonra gənclər xəncərlə gəzir, karate ilə
məşğul olur, amma bütün bunlarla birgə film humanizm aşılayan
döyüş, macəra, musiqili komediya kimi Azərbaycan kino tarixində
özünəməxsus yerini qoruyur.