“Partizan” Vüsal Aydının yeni essesini təqdim edir. Tənqidi mətn Rasim Qaracanın “Zülmətdə alatoran” romanı haqdadır. Oxumağa davam et Zəhlətökən kitab – Rasim Qaracanın romanı sərt tənqid edildi
“Partizan” Vüsal Aydının yeni essesini təqdim edir. Tənqidi mətn Rasim Qaracanın “Zülmətdə alatoran” romanı haqdadır. Oxumağa davam et Zəhlətökən kitab – Rasim Qaracanın romanı sərt tənqid edildi
Real TV-nin “Başdan-başa” verilişində Fransa prezidenti Emanuel Makron sərt tənqid olunub. Oxumağa davam et “Fransız olmaq problem deyil, gərək vicdansız olmaysan” – Video
“Partizan” Emil Rasimoğlunun “Varisin “İntihar dastanı”na ön söz…” yazısını təqdim edir. Oxumağa davam et Qələminin ucunda boğulan Varis – Tənqid
Partizan.az Seymur Həzinin “Alatava” serialı haqqında yazısını təqdim edir. Oxumağa davam et “Şərif Ağayarı onlara sırımaq istəyirdim” – Seymur Həzi məşhur serialdan yazır
“Elm”, “molla”, “alim”, “müəllim” sözləri eyni köklüdür. Ancaq etiraf edək ki, bizim mollamız “hoca” ola bilmədi. Sovet stadionlarında mirzə cəlillərin zərbəsi ilə mollamız tora elə qovuşdu ki, bu gün də həmin torda çabalayır. Mollamız çoxdan ölüb, ona görə də yeri qəbiristanlıqdır, “elm öyrədən” bir sənət sahibi ona-buna məzar yeri göstərməklə gününü axşam eləyir. Dini yox, xurafatı sənət edib pulunu ordan çıxarır. Oxumağa davam et Öz nəcisini yeyən alim – Azərbaycana ayaq açan türk “elm mollaları” kimlərdir? – Video
“Partizan” Orxan Cuvarlının “Kərəm haqlı idi” hekayəsinə tənqidçi və qələm adamlarının reaksiyasını təqdim edir. Verilən rəylərin seçimi zamanı müəlliflərin ədəbi sanbalına diqqət yetirildiyindən müzakirə sənət plastında baş tutub. Mətndə sərt tənqid axtaran oxucuları qeyd olunan məqamı nəzərə almaqlarını tövsiyyə edirik. Oxumağa davam et Kərəm haqlı idi… Bəs Orxan Cuvarlı? – Tənqid
“Partizan” ədəbiyyatşünas Maral Yaqubovanın gənc yazar Əli Zərbəlininin “Qəhqəhə” hekayəsinə münasibətini təqdim edir. Oxumağa davam et “Kəlağayı”, “türk serialları”, “gəlinlər”… – TƏNQİD
“Partizan” Əli Zərbəlinin “Qəhqəhə” hekayəsini ədəbi camiənin müzakirəsinə təqdim edib. Hekayə barədə yazıçı və tənqidçilərin fikirlərini diqqətinizə çatdırıq.
Professor, ədəbi tənqidçi Cavanşir Yusifli:
Gənc Əli Zərbəlinin “Qəhqəhə” hekayəsi zənnimcə təzə nəfəs məhsuldur. Onun mövzuya-mətləbə yanaşması, süjet boyunca maraqlı gedişlərə cəhdləri və sair bu kimi hərəkətləri maraq doğurur, ən önəmlisi ildırım sürəytiylə ötüb keçən detalların gücünə süjet, təhkiyə dinamikasını yaxşı idarə etməsi bu hekayənin müəllifinin istedadından xəbər verir.
Hekayənin məndə oyatdığı təəssürat belədir: hadisələr sanki qaranlıq bir məkanda baş verir, arada kadr “kəsilir”, yəni, tutaq ki, həyətə təcili yardım maşını girdikdə faraların işığı o qaranlığı aydınladır, balaca Nihad qapını açdıqda işıq yanmasa da qaranlıq öləziyir (bu hal Nihad yaşa dolduca zaman-zaman təkrarlanır da-!) və bu ortam kəndin yeknəsək və cansıxıcı həyatı ilə təndir.
Dünyada ölümə, yoxluğa ən çox yaxın olan elə gülüşdür, ancaq insanlar bunu bilmirlər, çünki mistik şeylər canda daşınır, dövr edir, yaddaş ərazisinə keçə bilmir, ona görə də gülüşdən, qəhqəhə çəkib ölməyi kimsə beyninə yeridə bilmir. Dünyanın sonunu ən dəqiq nişan verən də gülüşdür, o gülüşdən vaxtaşırı danışıb güldüyümüz lətifələrin içində də var, Bəhlul Danəndə, Molla Nəsrəddin lətifələrində və sair bu kimi mətnlərdə gülüşün o tayı dərin faciələrdir, və s.
Hekayənin ən maraqlı və kontrastlı yeri fikrimizcə adam qəşş edib öldükdən və ölüm səbəbi ilə bağlı kənddə müxtəlif versiyalar yayaıldıqdan sonra camaatın qapıya gəlib, həyətə girib adamdan həmin anektodu dinləmək istəyidir. Fikrimizcə bu səhnə daha yaxşı işlənə bilərdi, çünki hekayənin necə deyək, “taleyini həll edən” məqamlardan biridir. Amma nə qədər ciddi cəhdlə dinləsələr də, gülüşə köklənə bilmirlər, çünki ölüm yadlarından çıxıb.
Şair, yazıçı Aqşin Yenisey
Məlum ədəbi ölçülərin tələblərinə cavab verən bir hekayədir. Bir-iki xırda texniki qüsuru çıxmaq şərtilə.
Məsələn, ölü yerinə tələsən ana kələğayısını götürür. Arvadlar, adətən, yasa kələğayı ilə deyil, şal, çarşab kimi qara rəngli baş örtüləri ilə gedirlər.
Yaxud hekayədə təsvir olunan çütlük bir-birilərinə “ay kişi”, “ay arvad” deyə xitab edəcək yaşda deyillər.
Ümumiyyətlə, nəsrimizdəki bu ailə xitabları qondarmadır. Mən Azərbaycanda heç bir ailədə arvadın ərinə “ay kişi” dediyini eşitmədim, görmədim.
“Ay kişi”, “Ay arvad” xitabı dialoqu süniləşdirir.
Yazıçı Şərif Ağayar
Gülməkdən ölən adam “Min bir gecə nağılları”ndan bizə tanış olsa da, onun milli versiyasını işləmək cəhdi maraqlıdır. Lakin bunu edərkən bir nüansa diqqət etməliyik: süjetin maraqlılığı yaxşı hekayə üçün qarantiya deyil. Bu mənada yenə də hərlənib-fırlanıb klassik düsturun üstünə gəlirik – iş nə yazmaqdan çox necə yazmaqdadır.
Şübhəsiz, bu hekayədə də maraqlı yazılmış nüanslar vardır. Lakin, ümumilikdə, dostumuzu mətnin bədii səciyyəsi ilə bağlı daha diqqətli olmağa dəvət edərdim. Məncə, bunu bacarar.
Yazıçı Mübariz Örən
Əli Zərbəlinin “Qəhqəhə” hekayəsini iki dəfə oxudum. Birinci cəhddə gözümə dəyən bəzi uyğunsuzluqları (bəzi sözlərin yerində olmaması, təhkiyədəki bəzi zaman haçalanmaları, baş verən hadisəyə reaksiyalardakı qəribə təmkin, soyuqqanlılıq…) kənara qoyub, hekayəni ikinci dəfə oxudum və deyim ki, Abbasın “nədən ölməsi”, daha doğrunu “nəyə gülməsi” ilə bağlı “dedektivliyə” qədər inandırıcı, maraqlı, vədedici gəldi.
Hekayənin özəyi var, tapılıb; usandırıcı yeknəsəqliyin hökm sürdüyü bir kənddə hadisə baş verir, özü də necə! Adam gülməkdən ölür. Təsəvvür elə, bu detal düşə Q. Q. Markesin əlinə, “Dünyanın ən gözəl ölüsü” (niyəsə bu hekayə mənə o hekayəni xatırlatdı) gücündə bir mətn yaradardı. Yaxud “Gözlənilən bir qətlin tarixçəsi”ndəki Nasarın ölümü kimi bütün qəsəbəni bir-birinə vurardı. Burada isə belə bir dəhşətli hadisə telefon danışıqlarıdakı, münasibətlərdəki quruluqla, laqeydliklə müşaiət olunur, xeyli vaxt o hadisədən üç nəfərdən başqa heç kəsin xəbəri tutmaması inandırıcı görünmür (özləri bu qeyri-adi ölümün səbəbini – gülməkdən ölmək! – gizli saxlamağa çalışsalar belə). Çünki kənd balacadı və belə xəbərlərə təşnədi!
Düzdü, biz gənc qələmdaşımızdan indidən Markes ustalığı, Markes texnikası, koloriti tələb edə bilmərik, amma, tutaq ki, “ağzının içində deyinə-deyinə”, “boynunun qalın damarı”… kimi uğursuz ifadələrdən mətni təmizləyə bilərdi.
Gənc dostumuz püxtələşməyə gedən yolun astanasındadı. Bu çətin yolda ona öz obrazlarındakı təmkini, soyuqqanlılığı arzulayıram.
Qeyd: Sabah “Partizan”da “Qəhqəhə” hekayəsi haqqında Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi Maral Yaqubovanın yazısı yayımlanacaq.
“Partizan” ədəbiyyatşünas, tənqidçi Cavanşir Yusiflinin “Danışan və susan detallar” yazısını təqdim edir. Mətn İlham Əzizin “Beşmərtəbəli binanın birinci mərtəbəsi” hekayəsi haqqındadır. Oxumağa davam et Kölgədə də, gündə də görünməyən adamlar – Professor yazır…
XX əsrin görkəmli dramaturqu, 37-ci ilin qanlı represiyasından vaxtsız ölümünün hesabına qurtulan, yaradıcılığı ziddiyətdolu iki fərqli istiqamətə haçalanan dəyərli ədibimiz Cəfər Cabbarlının söz səmasında parlaq ulduz olduğu hamıya məlumdur. Oxumağa davam et Cəfər Cabbarlı da Hüseyn Cavidi baltalayıb – FAKT