Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin “Görsən üşüyürsən…” adlı şeirlər kitabı işıq üzü görüb. Oxumağa davam et Qulu Ağsəsin yeni kitabı çap olundu
Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin “Görsən üşüyürsən…” adlı şeirlər kitabı işıq üzü görüb. Oxumağa davam et Qulu Ağsəsin yeni kitabı çap olundu
Məşhur psixoterapevt Əli Nağıyev canlı efirdə çətin anlar yaşayıb. Oxumağa davam et Canlı efirə qəfil zəng! Məşhur azərbaycanlı həkimin ikinci arvadının olduğunu dedilər – Video
Mövlud Süleymanlının altmış il əvvəlki ölümü
Xalq yazıçısı Mövlud Süleymanlı vəfat etdi. Sağ olsaydı, bu cümləyə görə məni xeyli tənqid edərdi. Deyərdi, vəfat nədi? Ərəb-fars sözlərindan uzaq durun. Su kimi, dup-duru sözlərimiz var.
Yaxşı, ustad, onda belə deyək: Mövlud “Şeytan”sız dünyaya “Köç” etdi.
Xalq yazıçısı kimi Bakının göbəyində basdırılacaqdı, ancaq onun üçün göbək bəzən ürəkdən də önəmli olduğu üçün, göbəyinin kəsildiyi yeri düşündü. Ancaq o yerlərdə – Qərbi Azərbaycanda, Qızıl Şəfəqdə hazırda şəfəqlər qızılı olmadığı üçün göbəyini kəsən adamın yanını seçdi: Şamaxı, anasının məzarının yanı…
Ürək-göbək demişkən, bu yazımın böyük hissəsini ustadın 60 il əvvəl “ürək-göbəyini” yediyi günə həsr edəcəm.
Tanıdığımız hər insan eynimizdə nəyləsə asossasiya olunur. Ən azından üzüylə. Mövlud Süleymanlı deyəndə ağlıma həmişə “istəkli” sözü gəlib. Çünki o, yaratdığı bulaq kimi təmiz “Bulaq” radio-verilişində aparıcılar yad kökənli “əziz” sözünü istifadə etməsin deyə günlərlə fikirləşib və istəkli sözünü tapıb. Xatırlayırsınızsa, “Bulaq” verilişinin ən sevimli sözlərindən biri də məhz “istəkli” idi.
Gələk İstəkli Mövlud Süleymanlının başına gəlib ürəyində saxladığı həmin xatirəyə.
XX əsrin ortalarında Bakıda SSRİ-yə qarşı yaradılmış gizli təşkilatdan çoxunuzun xəbəri var. Mövlud Süleymanlının həmin təşkilatda başına gələn bir əhvalatdan isə məncə çoxunuzun xəbəri yoxdur.
O deyir:
“60-cı illərdə gəncliyin verdiyi emosiya və cəsarətlə SSRİ-yə qarşı təşkilatlanmışdıq. Elə biliridik ki, alçaq təpələri biz yaratmışıq. Düzdür, işimizi məxfi görürdük. Günlərin birində nişanlımla görüşə gedirdim. Anidən hiss etdim ki, kimsə məni götürdü, gözümü açanda gördüm ki, bir zirzəmidə nəhəng sarışın oğlan elə gözlərimin açılmağını gözləyir. Ona baxan kimi kəlmə də kəsmədən başladı məni əzişdirməyə. Həyatımda elə döyülməmişdim. Döyülməyimin səbəbini demirdi. Təxminən bilirdim, anacaq özümü bilməzdiyə vurub soruşurdum. Danışmırdı. Sonra dedim ki, birini də vursan, öləcəm. Bəsdi.
Başa düşmüşdüm ki, buradan sağ çıxmağım mümkün deyil. Elə içəridəcə güllələnəcəm. Ölümümə əmin olduğum anda yuxu kimi bir hadisə baş verdi.
Ölüm hökmümün veriləcəyini düşündüyüm bir kabinetə girdim.
Kabinet uzun idi. Otağın o biri başında masa arxasında bir adam oturmuşdu. Masasındakı işıq üzünə düşürdü. Diqqətlə baxdım. Gözləri mavi idi. Başa düşdüm ki, o, həmin adamdır. Haqqında əfsanələr eşidib üzünü görmədiyimiz Heydər Əliyev.
Mənə tərəf baxmırdı. Vərəqləri oxuyurdu. Elə mənə baxmadan da dedi:
– Alma yeyirsən?
Bu sözləri eşidəndən sonra, yaşamağa azca ümidim yarandı, dizlərim əsməyə başladı.
– Çox sağ olun.
– Bəlkə çay istəyirsən?
Yenə təşəkkür etdim.
Sonra məni yaxına çağırıb üzümə baxdı. Dedi, Sovet Sosialist Respublikaları İttifaqını yıxmaq istəyirsiz? Qorxudan heçnə deyə bilmədim. Hiss etdi ki, üzümdə ölüm qorxusu var. Bir az da susub böyük qardaş qayğısıyla dedi:
“Cavan oğlansan. Özün də istedadlı, bacarıqlı gəncsən. Sənin indi oxuyan, savadını artıran yaşındı. Sən ölkəmizə lazımlı adam ola bilərsən. Bu ölkə sizin yıxa biləcəyiniz bir quruluş deyil. Burdan çıx, düz evə get. Bir də bu barədə düşünmə”.
Təşəkkür eləməyə belə cürətim çatmadı. Çıxdım.
Nişanlıma görüş verdiyim ünvana getdim. Gördüm hələ də məni gözləyir. Onu Bülbülədəki evlərinə ötürüb “elektriçka”ya oturum. Oturan kimi düz yanımda bayaq məni əzişdirəm həmin yekəpər oğlanı gördüm.
Dedim, qurban olum, nişanlımı yola salırdım, evə gedirəm. Üzümə də baxmadı, elə bil onunla deyildim. Növbəti dayanacaqda düşüb getdi.
2003-cü ilə qədər bu barədə heç kəsə danışmadım. Sonra bunu yazmaq istəyimlə bağlı prezident Heydər Əliyevə müraciət etdim. Müavinlərindən biri ilə danışmışdım. Heydər Əliyev yazmağıma razılıq vermişdi.
Mövlud Süleymanlı bu xatirəsini bizə 2020-ci ilin 31 oktyabrında danışmışdı. İkinci Qarabağ müharibəsinin tam gücü ilə davam etdiyi günlərin birində. Ona görə danışmışdı ki, Azərbaycana, dövlətə çox inanırdı. Azərbaycanın təməlindən bu günə “Köç” romanı təhkiyyəsində danışıb post-müharibə dönəminə qədər gəlmişdi.
Mən isə bu xatirəni həm ona görə yazdım ki, elektron mətbuatda da olsun, həm də ona görə yazdım ki, Mövlud da elə Azərbaycan kimi adam idi. Bir hissəsi Qərbi Azərbaycanın Loru mahalında, bir hissəsi Şərqdə, Xəzər dənizində… Ömrü keşməkeşlərdə arınıb, astanalarda durulub.
“Dəyirman”da üyüdüldü, “Yel Əhmədin bəyliyi”ni gördü, “Köç”dü.
Mövlud Süleymanlı öz ədəbi yolunu öz sözləriylə hördü. Sadəcə bu təriqin yol yox, cığır olmasını istədi. Ədəbiyyat dağının yamacına naxış salan qüdsi cığır.
O qədər qüdsi ki, haqqındakı nekroloqu da tamamlamaq üçün də öz sözü, öz şeiri lazım olur.
Qanadın yorulmasın, məndən sonra uçan quş.
Sağlığa uçasan səni.
Məndən sonra gələn qış, soyuğun sünbülə dönsün.
Gül kimi açasan səni.
Məndən sonra axan su, ruhumdan keç.
Beləcə bütöv, sağlam, duru – Aranımdan, dağımdan keç.
Məndən sonra gedən yol, mən sənə vardım getdim, başa varasan.
Məndən sonra gələn söz, səni aradım getdim, həmişə uca durasan.
Aramızda yalan olmadı.
Biri üzündən aldı, biri tozundan aldı, özündən alan olmadı.
Məndən sonra gələnlər, sağlıqla yaşayın.
Amma bilin ki, doğulan kimi vaxtın oğlu olur adam,
gedəndə də, elə-belə getmir, gedəndə də qalır adam.
Bizimləsən, ustad. Getdiyin yerdə mövludun mübarək. Qaldığın yerdən başla…
Sərdar Amin
Yazıçı Şərif Ağayar həmkarı Seyran Səxavətə ironik irad bildirib. Oxumağa davam et Şərif Ağayar: “Seyran Səxavətinkini pişik aparıb”
Xalq şairi Məmməd Arazın səs yazısı yayılıb. Oxumağa davam et Məmməd Arazın nadir səs yazısı yayıldı: “Vəsiyyət edirəm, bu məktubu oxumayın!” – İLK DƏFƏ – VİDEO
Bu il Şuşada “Qorqud Ata Türk Dünyası” Film Festivalı keçiriləcək.
Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Belə ki, festival oktyabr ayında baş tutacaq.
Festivalın icraçı orqanları Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.
Ədəbiyyat üzrə Nobel laureatı Orxan Pamukun “Məsumiyyət muzeyi” romanı əsasında serial çəkilir. Oxumağa davam et Pamukun “Məsumiyyət muzeyi” romanına serial çəkilir – “Netflix”də
Senzura əksər sovet filmlərimizin koloritini məhv etsə də, bəzi məqamlarda rejissorların yaratdığı və senzuradan keçirdiyi səhnələr bu gün təəccüb doğurur.
Belə səhnələrdən biri “Dəli Kür” filmində Cah Oxumağa davam et Azərbaycan filmində lesbiyanlıq – Video
Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.
1984-cü il təvəllüdlü R.Əmirov İsgəndər adlı şəxsi (soyadı dəqiqləşdirilir – red) bıçaqla öldürüb.
R.Əmirov şübhəli şəxs qismində saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən fakt “Report”a təsdiqlənib.
Faktla bağlı araşdırma aparılır.
Zəfər bayramı ilə əlaqədar “Sən qalibsən, Azərbaycan!” adlı tədbir keçirilib. Oxumağa davam et “Sən qalibsən, Azərbaycan!” – Fotolar
Məşhur aktyor Hikmət Rəhimov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov haqqında ağır ifadələr işlədib. Oxumağa davam et Məşhur aktyor nazirliyin şöbə müdirini təhqir etdi: “Qanacaqları bu qədərdir…”
ATV kanalında yeni kino verilişi efirə çıxır.
“Kinomuz” adlanan proqramda həm klassik, həm də yeni filmlərimizdən bəhs olunacaq. Oxumağa davam et Azərbaycan teleməkanında yeni layihə – Video
Azərbaycanın nakam şairi Mikayıl Müşfiq haqqında rep yazılıb.
“Partizan” xəbər verir ki, “Şair” adlı repin müəllifi “Likantrop”dur (Şahin Heydərzadə).
Treki təqdim edirik:
Stokholmda Ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatı qalibinin adı açıqlandı. Oxumağa davam et Ədəbiyat üzrə Nobel mükafatını o aldı