“Partizan” Anar Nağılbaz haqqında videomaterial təqdim edir. Oxumağa davam et Milyarder qızından intim videoya… Nağıl kimi ömür – Video
“Partizan” Anar Nağılbaz haqqında videomaterial təqdim edir. Oxumağa davam et Milyarder qızından intim videoya… Nağıl kimi ömür – Video
“Elm”, “molla”, “alim”, “müəllim” sözləri eyni köklüdür. Ancaq etiraf edək ki, bizim mollamız “hoca” ola bilmədi. Sovet stadionlarında mirzə cəlillərin zərbəsi ilə mollamız tora elə qovuşdu ki, bu gün də həmin torda çabalayır. Mollamız çoxdan ölüb, ona görə də yeri qəbiristanlıqdır, “elm öyrədən” bir sənət sahibi ona-buna məzar yeri göstərməklə gününü axşam eləyir. Dini yox, xurafatı sənət edib pulunu ordan çıxarır. Oxumağa davam et Öz nəcisini yeyən alim – Azərbaycana ayaq açan türk “elm mollaları” kimlərdir? – Video
“Partizan” Lamiyə Həbibovanın yeni essesini təqdim edir. Oxumağa davam et Yalnız Azərbaycan dilində gözəl səslənən sözlər
“Partizan” Lamiyənin “Səlimənin günləri” yazısını təqdim edir.
Başının üstündəki qan rəngi buludlar Səlimənin köksünə yağan yağışları buxarlandırıb ruhunu göyə ucaldırdı. Buludlar Səliməyə uzaq düşdüyü təbiətindən, üfüqlərə dikilmiş yosun yaşılı gözlərdən gələn məktublar idi.
İndi yaddaşında yaşılın yeganə inikası onun passportu idi və həmin yaşıl dəftərlə dünyanın başına ay kimi dolanırdı Səlimə. Ölkələr gəzirdi, insanlar tanıyırdı, xatirə açıqcalar alıb məktublar yazırdı. Lakin yalnızca Sumdan Varşavaya məktublar gələ bilmirdi.
Səlimənin bağrındakı gizlinindən uzaq düşdüyü çox olmuşdu. Əyalət gecələrində, yayın adamitirən tənha günlərində evinin arxa pəncərəsindən aya baxıb Suma yazdığı məktubların içində taleyinin bu balaca mətbəxə sığmadığını deyirdi Səlimə. Vəbanın əyalətlərdə tüğyan etdiyi vaxtlarda Sumdan gələn məktublar gecikər, amma yenə də arzulanan vaxtda gəlib yetişərdilər. İndi isə məktubları sadəcə buludların al rəngi bağrından oxuya bilir Səlimə. Ünvanı səhv salmağa poçtalyon da yoxdur daha, məktubu qonşu binaya aparan o tanış qadının sərsəmliyini isə xatırlayıb gülürdü, çünki indi özü aya dönüb fırlanırdı ruhundakı qanadlarla. Belə qadın idi Səlimə…
Haçan ki, günəş qürub edər, Səlimə də buludlar kimi müjdəli rəng doğardı. Günəş Səlimənin vücuduna hopar, boğazının tən ortasından, çiyinlərinə uzanan körpülərdən asılar və ruhuna sovrulardı. Ayın hilalı Səlimənin ruh mağarasının soyuq divarlarında bərq vuran işıq, bədirlənmiş ay isə vücudunun rəqs edən əzaları idi. Ay kimi idi Səlimə.. hər ay yenidən doğar, bilgəlik zamanlarından qalma mağarasında hər gün ruhuna işıq qatar və nəhayət, hər ayın sonu bütöv bir Veneraya dönərdi. Səlimə hər ay yaşamadığı çağlara qonaq gedərdi və buna görə də o bütün zamanların qaranlıq səmasında doğan Venera idi. Hər ay, hər həftə çılğınlıqla izlənilən, həyatın bütün fazalarına nüfuz edib qərar kultuna çevrilən qoroskop təqvim xəbərlərini heç vaxt oxumazdı, inanmazdı yazılanlara, çünki təqvimlər onun içinə doğardı. İçini təlatümlərlə dolduran, qəlbinə həyəcan yaşadan bu günlərdə Səlimə gah Zevsin məşuqəsi, intiqam şahzadəsi Lamia, gah vəhşi Artemida, gah da gözəlliyi və sevgi atəşi ilə romalıların alovunu Qafqaz dağlarında yandıran Afrodita olardı. Belə qadın idi Səlimə…
Ulduzları müşahidə yolu ilə kralların taleyinin yazıldığı vaxtlardan bəri Səlimə də öz varlığının necəliyini ayın günlərini izləyib bilirdi. Rəşid Behbudov da deyirdi, “bu gecə aya baxıb, yar, səni yad eyləmişəm..” Ay kimi idi Səlimə. Yeni ayın ruhuna doğduğu günlərdə məişətin və həyatın fövqündə duyulanları duyar, kişilərin və qadınların var oluşlarındakı bütün sirlərə aymış olardı. Şıltaq oyunlar oynamağı sevər, ruhundakı Liliti hər ay bambaşqa həyəcanlarla yaşayardı canında. Buna görədir ki, dişi bilgəliyi və qadın yaradılışının mistik dumanını al rəngli buludlarda tapardı. Belə qadın idi Səlimə…
Həyatda qadınların sahib olduğu ən qüvvətli hissin ay bələdçiliyi olduğunu düşünürdü Səlimə. Ayın və ayların döngüsünü izləməyin qadının paleolit dövründən qalma bir bələdçisi olduğuna inanırdı. Aclığa toxluq gətirər, yol bilməyənə yol göstərərdi ay bələdçisi. Bədən-ruh ikilisinin tamamlandığı günlərdə isə qadın doğumun aqil təbiətinə bələd olar, ayı öz bətninə doğardı. Hər qadının içində adı ilə çağrılmağı arzulayan bir Səlimə vardır. Diqqət etsək, görəcəyik ki, Aygün də öz Səliməsini belə çağırır:
“Göydən gələn qonağam, sənə günəş olaram,
Həsrət ilə yanaram, zülmət gecələrində mən aydan gəlmişəm”..
Yaşayan hər şeyin doğumu və ölümüdür ayın ritmi.
Bəzi günlər Varşavada hündür binaların üzərindən, bəzi günlərdə isə Gəncədəki alçaq binalardan görünə bilən olurdu Səlimə. Söyləmişdim, o dünyanın başına dolanan bir ay idi. İbrahimi dinlərin bir çoxu onun hilalını görə biləndə ruh və bədən orucunun başlamalı olduğuna inanarmış. Səlimənin qəlbində də ayın doğuşu hilalın görünməsi ilə başlardı və bu ay hər bədirlənəndə Səlimə daha da görünə bilən olurdu. Aylar ayları qovur, Səlimə ayı nəfəsinə çəkib işıq olurdu dünyaya. Allah gecələr günəşin işığını Səlimənin ruhuna salır və kəhkəşan yaradırdı. Səlimənin ruhu yeraltında gizlidir və o, dayanmadan özünü torpaqlarda, arxaik mağaralarda axtarır. Qazdığı və gəzdiyi hər torpaq Səliməyə ruhundan gələn məktublardır. Bütün zamanların mifləri Səliməni tanıyır, onun adı bütün dinlərdə keçir, çünki Səlimə bu dünya var olmağa başlayandan bəri günəşlə bərabər yaşayıb dünyaya işıq saçır. Ay kimidir Səlimə.. Belə qadındır Səlimə…
Canınız ağrımasın.
Ağrıyan yerini göstərən insan bəşəriyyətin ən yazıq canlısıdır. Oxumağa davam et Xəstəxanalarımızdakı qətliam – SOS!
“Partizan” Polşada təhsil alan yazar Lamiyə Həbibovanın “Sənətdəki oyun, oyundakı sənət” essesini təqdim edir. Oxumağa davam et Mis üzərinə xarıbülbül çəkib ingilis professora vermək… – Sənət necə yarandı?
“Partizan” ədəbiyyatşünas Maral Yaqubovanın gənc yazar Əli Zərbəlininin “Qəhqəhə” hekayəsinə münasibətini təqdim edir. Oxumağa davam et “Kəlağayı”, “türk serialları”, “gəlinlər”… – TƏNQİD
“Partizan” Əlibala Əhmədovun yeni essesini təqdim edir. Oxumağa davam et Keçmişin yox olmuş təbəssümü – Əlibalanın essesi
Ədəbiyyat gündəm olanda da tərs tərəfdən, nimdaş üzündən dəbə gəlir. Oxumağa davam et Əlisa Nicatı kim bu hala salıb?
“Partizan” Müsəllim Həsənovun “SSRİ-nin baş çekisti” yaxısını təqdim edir. Oxumağa davam et Şairləri güllələdən şəxsin arvadı bu yazıçı ilə yatırmış – Nazir arvadının məşuqu – Fakt
“Partizan” ədəbiyyatşünas, tənqidçi Cavanşir Yusiflinin “Danışan və susan detallar” yazısını təqdim edir. Mətn İlham Əzizin “Beşmərtəbəli binanın birinci mərtəbəsi” hekayəsi haqqındadır. Oxumağa davam et Kölgədə də, gündə də görünməyən adamlar – Professor yazır…
İranda aləm bir birinə dəydiyi günlərdə Azərbaycanda çoxunuza məlum olmayan bir tarixi hadisəni diqqətinizə çatdırım:
1981-ci il iyunun 28-dən 29-na keçən gecə Tehranda “İslam Respublikası” partiyasının qərargahında Xomeyni hakimiyyətinin rəhbərlərinin iclası zamanı partlayış olur. Partlayış zamanı Xomeynidən sonra ikinci adam olan Ayətullah Məhəmməd Behişti, 4 nazir, 6 nazir müavini, 23 deputat olmaqla 72 nəfər öldürülür. Oxumağa davam et Xomeyninin ən yaxın adamının ölümünü Milli Müsavat Partiyası təşkil edib – Dəhşətli fakt
“De, görüm, nə deyirsən”.
“De, görüm” – bu ifadə dilimizin arxaik gözəlliyindən xəbər verir. Məlumdur ki, deyilən şey eşidiləndir, görülən deyil. Azərbaycanlı niyə deyiləni eşitmək yox, görmək istəyir? Oxumağa davam et Dilimizlə bağlı yeni iddia – Aqşin Yenisey yazır…
“Partizan” Günel Mehrinin “Hamısı Qarabağdır…” essesini təqdim edir.
Əvvəllər elə bilirdim, bütün qəbirlər dolu olmalıdır. Elə bilirdim ki, qəbir varsa, demək, içində yuyulub kəfənə sarınmış cəsəd var. Bəlkə bir qolu, ya başı yoxdur, amma mütləq o cəsəddən nəsə var ki, dədə-baba qaydasıyla başdaşı qoyub, üstünə də mərhumun adını, soyadını, doğum və ölüm tarixlərini nəqş ediblər. Hə, əvvəllər elə bilirdim. Onda hələ müharibənin görünməyən üzü ilə tanış deyldim. Onda müharibə həqiqətləri ancaq efirdən izlədiyim qədər idi. Daha bilmirdim ki, qəbirlər boş da olur. Özü də səhvən, təsadüfən deyil də, bilərəkdən, planlı şəkildə… Hətta boş qəbirlər digərlərinə baxanda daha çox əzizlənir. Çünki neçə-neçə adamın qəlbində nə az, nə çox, elə özü boyda boşluğu doldurur, böyük bir ailənin ümid yerinə çevrilir…
Ümid – gəlişigözəl sözdür, amma mənə görə, insan beynini zəhərləyən ən dəhşətli hissdir. Adamı nələrə inandırır, nələrə təşviq edir bir parça ümid… Ən güclü, ən mötəbər insan da o diri qalan, solmayan ümidin qarşısında acizdir. Bunları beynimdə saf-çürük edə-edə qarşımdakı dünyagörmüş kişinin baxışlarıyla üzləşirəm. O da ümidlə baxır. Ağzımdan çıxaracağım hər kəliməyə illərin dəyirmanında üyüdülüb öləziyən ümidlə boylanır:
-Nə dedilər, nəsə xatırlayırlar qardaşımla bağlı?
Başımı yelləyirəm:
-Day soruşmadığım adam qalmadı. Bəziləri heç xatırlamır. Deyirlər, bu 30 ildə çox şey yaddan çıxıb. Xatırlayanlar da siz deyəni deyir, Namiq müəllim…
– Olar, bir siqaret yandırım?
-Əlbəttə. Buyurun.
O, siqaretini alışdırır. Araya dəmir sükut çökür. Hər qullabda bir ah çəkir. Bütün üz əzələləri gərilib, siması pörtüb:
– Neynəsinlər e, olanı deyirlər də… Döyüş başlayan kimi yaralanıb. Çox qan itirib. Gəzməyə taqəti yox imiş. Cüssəli oğlan idi Dəyanət. Ağır olsa da, yoldaşları 3 gün xərəkdə daşıyıblar. Sonra yolun yarısında atışma başlayıb… Hərə bir tərəfə səpələnib. Onu da qoyublar bir ağacın altına. Üstünü də kol-kosla örtüblər… Bir müddət sonra getmişdim ora. Əsgər yoldaşları nişan verdi. Ağacı da tapdım. Amma Dəyanəti tapmadım…
Son sözlər ağzından qırıq-qırıq çıxır. Qəfil qəhərdən boğulub hönkürür. Çarəsiz barmaqları gənc əsgərin masanın üstünə səpələnmiş fotolarını götürüb-qoyur. Sonra barmağıyla ilə yanağında cığır açan yaşı itələyir:
– İdmançıydı. Karateylə məşğul idi. Atam istəyirdi hərbi xidməti bitirsin, polis olsun. Bax bu şəkildə hələ Sumqayıtdadı. Getmişdik görüşünə. Axı əvvəl orda başlamışdı hərbi xidmətə. Sonra atam onu Gəncəyə keçirtdi ki, bizə yaxın olsun. Yazıq kişi nə biləydi ki, belə olacaq…
Yenə sükut… Baxışlarımızı bir-birimizdən qaçırırıq. Boğazını yaşlamaq üçün qurtum aldığı çayı doğru-dürüst uda bilmir. Çeçəyib öskürür:
-92-ci ilin iyulu idi. Evdə oturmuşduq. Xəbər gəldi ki, uşaqlarınız Ağdərənin Aterk kəndində mühasirəyə düşüb. Nə öldülərindən xəbər var, nə qaldılarından… Dedik, nə mühasirə? Bunların döyüşdə nə işi var? Axı onlar gənc əcgərlərdi, çoxu 3-4 ay hərbi xidmətə başlamış 18 yaşlı uşaqlar idi. Valideynlər gecə-gündüz hərbi komissarlığın qabağından çəkilmirdi. Axırı dedilər, biz tapa bilmirik, özünüz axtarış edin… Getmədiyimiz yer, müraciət etmədiyimiz orqan qalmadı. Gürcüstana da yazdıq, pul da təklif etdik ermənilərə. Qardaşımı gördüm deyən olmadı… Mənimlə bərabər uşağını soraqlayan neçə-neçə başqa valideyn də var idi. O vaxt deyirdilər ki, həmin mühasirədə Dəyanətdən başqa 40 nəfər də itkin düşüb. Aralarında zabit də vardı, əsgər də… Bilirsiz, uşağın şəhid olur, barışırsan, şəhidlik ali zirvədir. Cəsədini götürüb torpağa tapşırırsan, ürəyin istəyəndə də gedib ziyarət edirsən, için az da olsa rahatlayır. Amma itkin olanda adam bilmir, hara getsin, harda ağlayıb ürəyini boşaltsın. Çətin məsələdir e, deməklə, danışmaqla deyil…
Bayaqdan bəri ilk dəfə cəsarətimi toplayıb sözünü kəsirəm:
– Şəhidlər xiyabanında ziyarət etmişdim qəbrini. Bəs necə oldu ki, ona boş qəbir düzəltdirdiz?
– Hə, atam çox fikir çəkirdi, vəziyyəti yaxşı deyildi. Elə deyirdi ki, bircə qəbri olsaydı… O vaxt xalam oğlu vəzifədə idi. Onun köməyi ilə Şəhidlər xiyabanında yer götürdük, qəbir düzəltdirdik. Elə öz cəbhə yoldaşları ilə bir sıradadır Dəyanətin boş qəbri. Amma atama dedik ki, cəsədi tapılıb, orda torpağa tapşırılıb. Bu yalanı danışmağa məcbur idik. Sırf atamın ürəyi rahat olsun deyə… Kişi ölənə kimi ildə neçə dəfə ziyarətinə gedib, Quran oxutdurdu o boş məzarın üstündə. İnandı bizə. Təsəvvür edin, hər dəfə ora gedəndə biz qardaş-bacı nə çəkirdik… Amma susmağa məcbur idik… Sonra Aterkdə itkin düşənlərin şərəfinə xiyabanın girəcəyində bir abidə ucaltdılar. Dedilər ki, mühasirədən sonra o ərazidə tapılan cəsəd qalıqlarını bir yerə toplayıb orda dəfn ediblər… Hər dəfə ora gedəndə həmin abidəni də ziyarət edirəm. Bəlkə qardaşım da ordadır, bilmirəm… Ya bəlkə hələ də sağdır, hardasa oralarda əsirlikdədir…
Bu söhbətin üstündən aylar keçib. Amma Namiq müəllimin baxışları hafizəmdən silinmir. Çünki onlarla şahidi sorğulasam da, qardaşı Dəyanətlə bağlı ona bir tutarlı xəbər verə bilməmişəm…
Şuşadayam. Cıdır düzündə üzü küləyə doğru dayanmışam. Səfər yoldaşlarım Qarabağda yeni yüksəkliyin azad olunmasını müzakirə edir. Sonra xəbər saytlarında paylaşılmış 50 şəhidimizin fotolarına baxırlar. 50 nurüzlü şəhid… 50 yarımçıq ailə… 50 nakam tale… Düşünürəm ki, indi üstündə məğrur-məğrur dayandığım bu torpaq, gör nə qədər şəhidin qanıyla yoğrulub. Bu 30 ildə nə qədər canlar izsiz-tozsuz bu dağlarda qeyb olub, ağac olub, torpaq olub, daş olub… Bu andaca fikrim haçalanıb işıq sürətiylə Şuşa dağlarından Goranboyun Qızılhacılı qəsəbəsinə, Məmmədovlar ailəsinin evinə yol alır. Xəyalən aylar öncə olduğum barlı-baxarlı həyətə adlayıram. Həmin dəyirmi masadır, həmin pürrəngi çaydır. Yenə Namiq müəllimlə üz-üzə oturmuşuq. O, siqaretini tüstülədir, gözləri yol çəkir. Bu səfər nəzərlərimi qaçırmıram. Sözlü adamlar kimi şəhadət barmağımla tüstüləyən stəkanın kənarına sığal çəkirəm:
-Mən bilirəm Dəyanətin yerini. Onlar hamısı Qarabağa dönüb… Əl-ələ verib Qarabağ olublar… Polad da, Raquf da, Dəyanət də, Səbuhi də, hamısı Qarabağdır… Hamısı…
Şuşa, 13 sentyabr-2022.
Xüsusi olaraq “Partizan” üçün
Bu yazı Polşanın zəif nəqliyyat (qatar) sistemini yüzüncü dəfə təcrübə edib, anamla video görüntülü zəngdən sonra ərsəyə gəlib. Yazının adını da elə anamın dili ilə adlandırıram… Oxumağa davam et Qürbətdən qeydlər – Lamiyə Polşadan yazır…