Azərbaycan himni Bakıda ilk dəfə belə səsləndirilib: 17.11.1989 – Nadir video

Loading

SSRİ dağılmadan öncə Azərbaycanın himninin Bakıda yenidən səsləndirilməsi olduqca cəsarətli və çətin addım idi. Lakin o zaman xalq və onun qarşsında gedən ziyalılar bu çətin yolda cəsarətlə addımlaya bilirdilər.

“Partizan” AXC himninin yenidən Bakıda səsləndirildiyi anı sərgiləyən videonu təqdim edir.

Videoda Əbülfəz Elçibəy çıxış edir və himn haqqında məlumat üçün meydana şair Vaqif Səmədoğlunu dəvət edir. Səmədoğlunun çıxışından sonra Azərbaycan bayrağı qaldırılır və himn səsləndirilir.

Qeyd edək ki, bu hadisə 1989-cu ilin 17 noyabrında baş verib.

Görüntüləri təqdim edirik: