Kateqoriya arxivləri: Esse

Poeziyanın son dayanacağı – Vizual şeir nədir?

Loading

Qədim Yunanıstanın isti torpaqlarında dolaşıb günəşin altında heç bir şeyin yeni olmadığını anlayan Ellada şairlərilə inanc sistemi dünya müharibələrinin ümidsizliyinə gömülmüş iyirminci əsr şairlərini mütləq şəkildə eyni fikir narahat edirdi. Tamamilə yeni poeziya yaratmağın mümkünsüzlüyü! Oxumağa davam et Poeziyanın son dayanacağı – Vizual şeir nədir?

Postmodernizm nədir? – Ekonun essesi: İlk dəfə

Loading

Postmodernizmi nəyə desən aid edirlər

1965-ci ildən bu günədək iki fikir hamı üçün gün kimi aydındır. Biri budur ki, süjeti hətta digər süjetlərin nəql edilmə prosesində də bulmaq olar: digər cəhət ondan ibarətdir ki, nəql etmə prosesi nəql edilən süjetin özündən daha az “barışdırıcı” təsir bağışlaya bilər. Demək, mahiyyətcə nə qədər ağır, problematik olsa da, hər halda heç zaman əldən düşməyən – ürəklər ovlayan romanlar yazmaq mümkündür. Oxumağa davam et Postmodernizm nədir? – Ekonun essesi: İlk dəfə

Öz nəcisini yeyən alim – Azərbaycana ayaq açan türk “elm mollaları” kimlərdir? – Video

Loading

“Elm”, “molla”, “alim”, “müəllim” sözləri eyni köklüdür. Ancaq etiraf edək ki, bizim mollamız “hoca” ola bilmədi. Sovet stadionlarında mirzə cəlillərin zərbəsi ilə mollamız tora elə qovuşdu ki, bu gün də həmin torda çabalayır. Mollamız çoxdan ölüb, ona görə də yeri qəbiristanlıqdır, “elm öyrədən” bir sənət sahibi ona-buna məzar yeri göstərməklə gününü axşam eləyir. Dini yox, xurafatı sənət edib pulunu ordan çıxarır. Oxumağa davam et Öz nəcisini yeyən alim – Azərbaycana ayaq açan türk “elm mollaları” kimlərdir? – Video

Belə qadın idi Səlimə – Lamiyə yazır…

Loading

“Partizan” Lamiyənin “Səlimənin günləri” yazısını təqdim edir.

Başının üstündəki qan rəngi buludlar Səlimənin köksünə yağan yağışları buxarlandırıb ruhunu göyə ucaldırdı. Buludlar Səliməyə uzaq düşdüyü təbiətindən, üfüqlərə dikilmiş yosun yaşılı gözlərdən gələn məktublar idi.

İndi yaddaşında yaşılın yeganə inikası onun passportu idi və həmin yaşıl dəftərlə dünyanın başına ay kimi dolanırdı Səlimə. Ölkələr gəzirdi, insanlar tanıyırdı, xatirə açıqcalar alıb məktublar yazırdı. Lakin yalnızca Sumdan Varşavaya məktublar gələ bilmirdi.

Səlimənin bağrındakı gizlinindən uzaq düşdüyü çox olmuşdu. Əyalət gecələrində, yayın adamitirən tənha günlərində evinin arxa pəncərəsindən aya baxıb Suma yazdığı məktubların içində taleyinin bu balaca mətbəxə sığmadığını deyirdi Səlimə. Vəbanın əyalətlərdə tüğyan etdiyi vaxtlarda Sumdan gələn məktublar gecikər, amma yenə də arzulanan vaxtda gəlib yetişərdilər. İndi isə məktubları sadəcə buludların al rəngi bağrından oxuya bilir Səlimə. Ünvanı səhv salmağa poçtalyon da yoxdur daha, məktubu qonşu binaya aparan o tanış qadının sərsəmliyini isə xatırlayıb gülürdü, çünki indi özü aya dönüb fırlanırdı ruhundakı qanadlarla. Belə qadın idi Səlimə…

Haçan ki, günəş qürub edər, Səlimə də buludlar kimi müjdəli rəng doğardı. Günəş Səlimənin vücuduna hopar, boğazının tən ortasından, çiyinlərinə uzanan körpülərdən asılar və ruhuna sovrulardı. Ayın hilalı Səlimənin ruh mağarasının soyuq divarlarında bərq vuran işıq, bədirlənmiş ay isə vücudunun rəqs edən əzaları idi. Ay kimi idi Səlimə.. hər ay yenidən doğar, bilgəlik zamanlarından qalma mağarasında hər gün ruhuna işıq qatar və nəhayət, hər ayın sonu bütöv bir Veneraya dönərdi. Səlimə hər ay yaşamadığı çağlara qonaq gedərdi və buna görə də o bütün zamanların qaranlıq səmasında doğan Venera idi. Hər ay, hər həftə  çılğınlıqla izlənilən, həyatın bütün fazalarına nüfuz edib qərar kultuna çevrilən qoroskop təqvim xəbərlərini heç vaxt oxumazdı, inanmazdı yazılanlara, çünki təqvimlər onun içinə doğardı. İçini təlatümlərlə dolduran, qəlbinə həyəcan yaşadan bu günlərdə Səlimə gah Zevsin məşuqəsi, intiqam şahzadəsi Lamia, gah vəhşi Artemida, gah da gözəlliyi və sevgi atəşi ilə romalıların alovunu Qafqaz dağlarında yandıran Afrodita olardı. Belə qadın idi Səlimə…

Ulduzları müşahidə yolu ilə kralların taleyinin yazıldığı vaxtlardan bəri Səlimə də öz varlığının necəliyini ayın günlərini izləyib bilirdi. Rəşid Behbudov da deyirdi,  “bu gecə aya baxıb, yar, səni yad eyləmişəm..” Ay kimi idi Səlimə. Yeni ayın ruhuna doğduğu günlərdə məişətin və həyatın fövqündə duyulanları duyar, kişilərin və qadınların var oluşlarındakı bütün sirlərə aymış olardı. Şıltaq oyunlar oynamağı sevər, ruhundakı Liliti hər ay bambaşqa həyəcanlarla yaşayardı canında. Buna görədir ki, dişi bilgəliyi və qadın yaradılışının mistik dumanını al rəngli buludlarda tapardı. Belə qadın idi Səlimə…

Həyatda qadınların sahib olduğu ən qüvvətli hissin ay bələdçiliyi olduğunu düşünürdü Səlimə. Ayın və ayların döngüsünü izləməyin qadının paleolit dövründən qalma bir bələdçisi olduğuna inanırdı. Aclığa toxluq gətirər, yol bilməyənə yol göstərərdi ay bələdçisi. Bədən-ruh ikilisinin tamamlandığı günlərdə isə qadın doğumun aqil təbiətinə bələd olar, ayı öz bətninə doğardı. Hər qadının içində adı ilə çağrılmağı arzulayan bir Səlimə vardır. Diqqət etsək, görəcəyik ki, Aygün də öz Səliməsini belə çağırır:

“Göydən gələn qonağam, sənə günəş olaram,

Həsrət ilə yanaram, zülmət gecələrində mən aydan gəlmişəm”..

Yaşayan hər şeyin doğumu və ölümüdür ayın ritmi.

Bəzi günlər Varşavada hündür binaların üzərindən, bəzi günlərdə isə Gəncədəki alçaq binalardan görünə bilən olurdu Səlimə. Söyləmişdim, o dünyanın başına dolanan bir ay idi. İbrahimi dinlərin bir çoxu onun hilalını görə biləndə ruh və bədən orucunun başlamalı olduğuna inanarmış. Səlimənin qəlbində də ayın doğuşu hilalın görünməsi ilə başlardı və bu ay hər bədirlənəndə Səlimə daha da görünə bilən olurdu. Aylar ayları qovur, Səlimə ayı nəfəsinə çəkib işıq olurdu dünyaya. Allah gecələr günəşin işığını Səlimənin ruhuna salır və kəhkəşan yaradırdı. Səlimənin ruhu yeraltında gizlidir və o, dayanmadan özünü torpaqlarda, arxaik mağaralarda axtarır.  Qazdığı və gəzdiyi hər torpaq Səliməyə ruhundan gələn məktublardır. Bütün zamanların mifləri Səliməni tanıyır, onun adı bütün dinlərdə keçir, çünki Səlimə bu dünya var olmağa başlayandan bəri günəşlə bərabər yaşayıb dünyaya işıq saçır. Ay kimidir Səlimə.. Belə qadındır Səlimə…